Məmməd Səid Ordubadi
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
IRamazan sözü müsəlmanlarda oruc ayının adıdır. Amma bir adət də vardır ki, müsəlmanlar müqəddəs ayların adını adamlara da qoyurlar. Məsələn: məşədi Ramazan, kəblə Məhərrəm, Namazəli, Orucəli və qeyrə.
Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməabİranın dövri-istibdadını, Nəsrəddin şahın üsuli-idarəsini, dövləti-mütləqənin İrana nə kimi fəna tə’sir bəxş etdiyini, Müzəffərəddin şahın əhdi-səltənətində əhalinin tərzi-məişətini, üləmanın elmə, fünunə dair olan iştibahını göstərən bir facieyi-aşiqanədir.*Əş’ar
İkinci pərdəBir quyunun kənarında sıra ilə düzülmüş xurma ağaçları görünür. Yüklər biri-birinin üzərinə yığılmışdır. Qafilə camaatı xurma ağaçlarının altında rahatlanır. Karvanın dəvələri uzaqda otlayır. Zəng səsləri gəlir.*Yusif qolları bağlı bir halda qardaşlarının qarşısına gətirilir.*
Dördüncü pərdəAltıncı şəkilPadşah sarayının qarşısında bir meydançadır. Padşah, əyanları ilə bərabər, balkonda durub meydana yığılan üsyançı xalqa nəsihət verir.*
İkinci pərdəTəbriz şəhəri. Xalça fabrikinin qarşısı. Fabrikin ətrafında silahlı adamlar gəzişir. Kiçik meydanda dar ağacları hazırlanır. Alverçilərin səsi eşidilir.*Oyuncaq satan** — Ay yaxşı şax-şax, banlayan xoruz!..
Sevgi fəlsəfəsi yerinə həyat fəlsəfəsiNizami Fəxrəddinlə bir yerdə çağırdığı müşavirəni bitirib küçəyə çıxmışdı. O, yenə Fəxrəddinin ehtiyatsız qədəmlər atacağından qorxur və ona qəti göstərişlər verirdi.– Xəlifəyə göndərilən məktubun barəsində məsələ qaldırmaq lazım deyil. Biz əvvəldən də Əmirin oynadığı bu oyunlardan xəbərdarıq. Atabəy hökumətinin siması bəlli olana qədər Əmir İnancın məsələsini təxirə salmaq lazımdır.
QısqanclıqƏmir İnanc süpəhsalar Hüsaməddini yanına çağırıb danışır və deyirdi:– Mən məmləkəti sizin əlinizə tapşırdığım zaman işlərin inanılmış adamlar əlində olduğuna inanırdım. Lakin mənim ümidlərim tamamilə boşa çıxdı. İndi iki həftədən artıqdır ki, xəlifəyə göndərilən qasid qarət olunmuşdur. Lakin siz heç bir təşəbbüs etməmişsiniz. Hacibdən alınan məktubun kimin əlində olmasını təyin edə bilməmişsiniz. Mənim hazırda sizi fəaliyyətsizlikdə təqsirləndirməyə haqqım vardır. Mən özüm qapanıb saray içərisində qalmışam, adamlarım isə eşikdə öz kefindədir. Məmləkətin tamamilə üsyançı xalq əlində qalmasının qeydinə qalan yoxdur. Sizin fəaliyyətsizliyiniz nəticəsində Gəncənin bir neçə addımlığında xəlifənin qasidini tutub soyundururlar. Xəlifənin məktubu düşmən əlinə keçəndən bəri yenə də hər tərəfdə mənim və xəlifənin əleyhinə olan dedi-qodular artmışdır. Bu cür məmləkət idarə etmək olmaz, gedib yaxşı bir düşün. Aran şəhərlərinin hamısında özbaşınalıq hökm sürür, hazırda Kəştasifi, Mahmudabad, Bacərəvan, Bərzənd şəhərləri tamamilə özünü sərbəst hesab edir. Əcəba, siz şəhərlərdən, kəndlərdən döyülüb qovulan məmurların dağılmış başlarını, qaralmış və qançır olmuş üzlərini, ağac və kötəklə sındırılan qabırğalarını gördüyünüz zaman utanmırsınızmı?
Şairin son sözüAxşam çağı idi. Günəşin istiliyi axşam küləkləri qarşısında məğlub olaraq, get-gedə təsirini itirirdi. Səyahət vaxtı keçirdi, çay kənarına səyahət üçün gələnlər çəkilib gedirdi. Şair də qalxıb çayın kənarı ilə şərqə doğru döndü. Musa dəyirmanının ətrafındakı söyüdlükdən qalxıb Səncər meydanına tərəf getdi. Bu zaman onu arxadan bir nəfər səslədi:– Möhtərəm şair, bir az ayaq saxlayın.
Vahid AzərbaycanQızıl Arslan Şimali Azərbaycanın bəzi hissələrini gəzdikdən sonra məmləkətin vəziyyəti barəsində Atabəy Məhəmmədə uzun bir məruzə məktubu göndərmişdi. O, məktubu yazırdı:“Üsyanların əsas səbəbi üsul-idarənin köhnəlməsi və qanunların qabalığıdır. Məmləkətin xalqı iki hissəyə ayrılmışdır. Acizlər, əzilənlər mühacirətdədirlər. Qolunda və qəlbində qüvvət hiss edənlər isə üsyan cəbhəsindədir. Səlcuqilər Azərbaycanda hökumət qurduqları yüz ilin müddətində islamın zühurundan bəri ərəblərin qurduqları üsul-idarədən istifadə etmişlər. Hazırkı vəziyyətdə peşəkarları şəhərə, kəndlini isə torpağa təhkim etmək imkan xaricindədir. Səlcuqilər dövründə və hazırkı hökumətin iş başına keçdiyi birinci illərdə yerli hakimlər xalqın etimadını tamamilə itirmişdir.
Sevgi məktublarıQətibənin qəlbi köhnə sevgilisi Hüsaməddindən əmin deyildi. Çünki Əmir Hüsaməddinə illərdən bəri vədlər verib, “Qətibə səninkidir” – demişdi. İndi Qətibə Atabəy Məhəmmədə ərə veriləndən sonra, Hüsaməddin aldandığını görərək Əmir İnanca ədavət bəsləyirdi, neçə gündü ki, o, saray ətrafında belə görükmürdü. Qətibə bu işin intiqamsız həll olunmayacağını yəqin etmişdi. Çünki Hüsaməddinin inadlı olduğunu bilirdi və onun son kərə dediyi “Mənim olmasan da, heç bir kəsin də olmayacaqsan!” sözlərini yadından çıxarmamışdı. Buna görə də o, Hüsaməddini görmək, onun qəlbini ələ gətirmək və aldatmağı düşünürdü. O, Səbanı yanına çağırıb:– Sənə bir iş tapşıracağam, – dedi. – Onu yerbəyer edə bilərsənmi?
Dilənçi xəlifələrGünorta azanı vaxtına o qədər qalmırdı. Fəxrəddin Rəsafə camesinin qapısını kəsib durmuşdu. Bağdad xalqı günorta namazına hazırlanmaq üçün Rəsafə camesinin həyətində dəstəmaz alırkən camenin qapısını korlar və dilənçilər kəsmişdi. Divarların dibi, səkilər və hovuzların kənarı korlar və dilənçilər tərəfindən işğal olunmuşdu. Korlar və dilənçilər bir-birlərini dümsükləyərək kənara atır və irəli soxulurdular. Camenin qapısına yaxın olmaq üçün dilənçilər bir-birini döyürdülər.Fəxrəddin hər şeyi unudaraq, bu mənzərə ilə məşğul idi. Dilənçilərdən birisinin olduqca zəif bir koru vurub yerə yıxdığını görüncə o, təbii halından çıxdı, irəli gəlib koru dilənçinin əlindən xilas edib ovcuna bir qədər gümüş para tökdü. Kor barmaqlarını sürtüb paraların nə kimi para olduğunu yoxladı və sonra da dua edərək dedi:
Poçt-teleqraf rəisinin evindəQızlar tualetlərini düzəldib quru, təmiz paltarlarını geyindikdən sonra xanın qadını ilə bərabər salona çıxdılar. Zəngin Şərq salonunu ilk dəfə görürdülər.Salonda elektrik işığı yoxdu. Lakin lampa elektrik işığından daha işıqlı idi. Həris Qərb müəssisələri İranda elektrik işığı olmadığını bilməmiş deyildir. Bunun üçün də onların salonunda gözəl lampalar, lalələr, əzəmətli avizələr gündən-günə artmaqdadır.
İlk görüşlərMənzil etdiyim bu məhəllə inqilab qəhrəmanlarından Bağır xan Saların nüfuz məntəqəsidir. Burada onun hərbi qərargahı, mübarizləri, cəbbəxana və silahları yerləşdirilmişdir. Gecə Qafqaz sosial-demokratlarını tapmaq mümkün olmadı. Onların Hərbi İnqilab Şurası ətrafında toplandıqlarını, Səttar xanla işlədiklərini eşitdim.Mən bunlarla görüşməzdən əvvəl inqilabın yerli rəhbərlərilə görüşmək istəyirdim. Onların bu inqilab haqqındakı fikirlərini öyrənmək, gələcəkdə işləri düzgün qurmaq üçün daha mühüm idi.
Nina ərə gedirMən evə gəldikdə Nina yox idi. Onun qulluqçusu Zeynəb bacı və mənim evimi təmizləyən Təhminə xanım ev sahibi Minasyanın qadını Şuşanik xanımla danışırdı. Təhminə və Zeynəbin gözləri ağlamış adam gözünə oxşayırdı. Mən içəri girəndə yalnız Şuşanik xanımın bu sözlərini eşitdim:– Hayıf gözəl Nina! Arşak mənim öz ermənimdir. Amma bilirəm ki, o, arvad saxlayan deyil.
Nina və Səttar xanın qadınlarıNina çoxdan bəri Səttar xanın ailə həyatı ilə tanış olmaq istəyirdi. Lakin buna imkan yox idi, çünki onun konsul Millerin evində xidmət etməsi Səttar xanın evinə getməsinə müsaidə vermirdi. O bu ziyarətin konsul ailəsində şübhə oyadacağından qorxurdu. Bu kimi maneələr olmasaydı, Nina hər gün Səttar xanın evinə gedib tanış ola bilərdi. Aprel ayının əvvəllərindən «Russkoye slovo» qəzeti müxbiri Tardovun öz qadını ilə Təbrizə gəlməsi və onların Səttar xanın ziyarətinə getmək istəməsi, Ninanın çoxdan bəri daşıdığı məqsədin həyata keçməsinə imkan yaratdı.Səttar xan rus qəzetləri müxbirlərini Təbrizə buraxmırdı. Bir neçə gün bundan əvvəl Təbrizə gəlmiş «Novoye vremya» qəzetinin müxbirini şəhərə girməyə belə qoymadı. Konsulxana üzvləri bunu Səttar xana təqdim etmək istədisə də biz onun «Xuliqan» qəzetinin müxbiri olduğunu Səttar xana isbat edib Acı körpüsündən geri qayıtmasına səbəb olduq.
QarətlərBir neçə gündən bəri gələcək müharibələri şəhərin xaricində aparmaq üçün Bağır xan və Səttar xanla müzakirə aparırdıq.Top və tüfəng güllələri altında qalan şəhərin bir gün iğtişaş qaldıracağından və düşmənə təslim olacağından qorxurduq. Bundan başqa, müharibənin şəhər xaricində getməsi yaxın kəndlərdən Təbrizə yeməli şeylərin gətirilməsinə də imkan verə bilərdi, çünki yaxın kəndlərin yolu açılacaqdı. Camaat köçüb gedirdi. İçəridə yaşamaq qorxulu idi. Rus konsulu da işlərə müdaxilə etmək üçün bəhanə axtarırdı. Rus təbəələrinə rus himayəsində olanlara dəyən hər 5 qəpiklik zərər üçün konsul böyük bir macəra törədirdi.
Birinci iclasSəhər erkən qalxmışdım. Hüseynəli əmi bizdən də tez yuxudan durub həyəti sulamaqda idi. Mən ona bir məktub verərək Mirzə Əhməd Süheylinin evinə gördərdim. Məktubda evdə oturub məni gözləməsini yazmışdım. Çünki başqa yerdə iclas etmək mümkün deyildi. Hacı Əli, Abasəli qəndfüruş və başqa inqilab rəhbərlərinin qapısında xəfiyyələr dolaşdığından o tərəflərə dolanmaq mümkün deyildi.Səhər çayını Mirzə Əhmədin evində içməli idik. Hüseynəli əminin samovarı hazırlamasına baxmayaraq, biz Əlekbər yoldaşla birlikdə Mirzə Əhmədin evinə getdik.
Çarın ultimatumuBu gün Təbriz böyük həyəcan içərisində idi. Çar hökumətinin İrana ultimatum verməsi, maliyyə müşavirə Morqanın İrandan çıxarılmasını tələb etməsi, əks təqdirdə Şimali İranı işğal etmək təhdidində bulunması böyük söhbət mövzusu olmuşdu. Xiyabanlar, meydançalar, ziyarətgahlar və məscidlər camaatla dolu idi, Məhərrəm günləri olduğundan camaat onsuz da ayaq üstündə idi.Mən bu gün səhərdən saat birə qədər şəhəri dolaşdım, vəziyyətin ağır və çıxılmaz olduğunu hiss edirdim. Rusların uyğunsuz və həyasız çıxışları nəticəsində qanlı bir hadisə zühur edəcəyini yəqin etmişdim. Saat ikiyə çağırdığımız iclas nəzmiyyə rəisi Əmir Heşmətin evində idi. İclasa gələnlər də çox təxirlə gəlirdi, küçələr çox qorxulu idi.
Miss Hannanın son günləriRusiyanın İstanbul səfiri Gitsin 22 iyul 621 nömrəli teleqramla, Türkiyənin bitərəfliyə dair verdiyi təminatdan bəhs etdiyinə baxmayaraq, Rusiya hazırlıq görür və Türkiyə hüduduna qoşun dəstələri göndərirdi. İstər Qafqaz, istərsə də İran Azərbaycanı daxilində, erməni könüllü dəstələri təşkil olunur və erməni xalqını son kərə olaraq rus mənafeyinə alət etmək üçün hazırlıq görülürdü.Çar konsulu Orlovun çağırdığı iclasdan bir neçə saat sonra, iclasın çıxardığı qərarı bütün Təbriz eşidib bildi.
Hacı Səməd xanın müharibə hazırlığıHacı Səməd xanın səfərbərliyi olduqca müvəffəqiyyətlə qurtarmışdı. Bütün Azərbaycan xanları və əşirətlər öz atlısı ilə Marağaya və Savucbulaq ətrafına gəlmişdi. Hacı Səməd xanın komandası altında min nəfərə qədər rus piyada qoşunu, on min nəfərə qədər də İran atlısı vardı.Ərdəbil, Sərab, Gərmrud, Ocan, Abbas və Çardovlu tərəflərindən nə qədər dəyərli atlılar var isə hamısı Səməd xanın əmrini alan kimi Savucbulaq tərəfinə axıb gəlməyə başlamışdı. Hacı Səməd xan qələbə üçün tələsirdi, çünki bu müharibə onun gələcəyini həll edəcəkdi. Bunun üçün də hələ Şahsevən və Qaradağ xanları gəlib yetişmədən müharibəni başlamağa qərar verdi, çünki o, osmanlılara əlavə qüvvə gəlməsindən qorxurdu.
Erməni məhəlləsində hücum hazırlığıArtıq tərk-silah etmək və həbsə almaq məsələsi fikri tamamilə Helmi və Fovzi bəylərin yadından çıxmışdı. Onların bizim haqqımızda çəkdiyi planlar özlərinin bizdən yediyi zərbə nəticəsində darmadağın olmuşdu. Onlar ümumi qarət və kütləvi talana imkan tapa bilmədilər. Lakin tək-tək adamları tutub cərimələyir, qarət edir və malını aparırdılar.Qoşun nəfərləri bazar əhlindən hər nə alırdılarsa, pulunu vermək istəmirdilər, onların ağzından söyüş və «gavur oğlu gavurə sözündən başqa bir söz eşidilmirdi.
Vəliəhd gəlirÇar konsulu Təbrizdə vəliəhdlərə məxsus Şəmsülimarənil boşaltmışdı. Şəmsülimarə binası vəliəhdin Təbrizə gəlməsi münasibəti ilə təmir edilirdi.İran hökumətinin vəliəhdi Təbrizə göndərməkdə məqsədi özünün Azərbaycandakı hakimiyyətinin mövcud olduğunu göstərməkdən ibarət idi, çünki səltənətin vəliəhdi daim Təbrizdə yaşamışdı. İranın bu məqsədini çar diplomatları da lazımi qədər anlamışdı, onlar bütün varlığı ilə vəliəhd Məhəmmədhəsən Mirzənin Təbrizə gəlməsinə mane olmaq istəyirdilər.
Jenya yolunu «azmışdır»Jenya 1902-ci ilin may nümayişindən sonra qudurğan Bakı polisinin diqqətini daha artıq cəlb etmişdi. O, daha ata-anası yaşayan evdə də yaşaya bilmirdi, çünki polis və jandarmlar evi tez-tez axtarırdılar. O, paltarını dəyişərək Bakı polisinin nəzərindən çox uzaqda gəzirdi. O, Ladonun mühüm bir fikrini həyata keçirmək üçün çoxdan bəri hazırlaşırdı.Onu ancaq ev qulluqçuları sırasında görmək olurdu. Ev qulluqçuları ilə bərabər gedər və başqa yerlərdə əylənərdi. Onu bu kimi yerlərdə bir kərə Əsgər, bir kərə də Pavluşa özü görmüşdü.
SusannaBakı yanğınların, barıt tüstülərinin, quldurların və soyğunçuların ixtiyarına verilmişdi. Rayonlar da eyni vəziyyətdə idi; Bakının qeydinə qalan ancaq Bakı Komitəsi idi.İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi ki, o da şəhərdə olan toqquşmaların rayonlara yayılmasına mane olmaqdan ibarət idi. Bakı Komitəsi bütün diqqəti mədən dairələrinə verməyi, eyni zamanda şəhər əhalisinə müraciətnamə buraxmağı, hökumətin xəyanətlərini ifşa etməyi, qırğınların nə üçün düzəldiyini zəhmətkeş kütlələrə bildirməyi qərara aldı. Bu müraciətnamədə bütün zəhmətkeşlər tətil etməyə çağırılırdı.
VI. Neft sənayesi milliləşirNeft sənayesinin milliləşdirilməsi haqqında iyunun 2-də verilən dekret Bakıda mühüm bir hadisə kimi qarşılandı. Bu məsələ ətrafında saysız-hesabsız dedi-qodular başlandı.Mədən sahibləri neftin milliləşdirilməsi məsələsinin əsasən həll olunduğuna və Moskvada təsdiq edilməsinə baxmayaraq, məsələni uzatmaq və bunun həyata keçirilməsini çətinləşdirmək üçün əldən gələni əsirgəmirdilər.
XIII. Əminənin romanıRaya özünün haraya və kimin evinə aparıldığını bilmirdi. Çünki onu örtülü faytonda və görmədiyi küçələrlə aparırdılar. Raya fayton atlarının inildəyərək yoxuşa dırmandığını görürdü.Raya faytonda təkcə oturmuşdu. Faytonun sağ-solunda iki başqa fayton da gedirdi. Bunlar, Rayanı həbs etməyə aparan Bakı qoçularının faytonları idi.
XVII. CəbhəGecə tünd qaranlıqdı. Göyün ulduzları havada uçan qurşunlarla bir-birinə qarışmışdı. Cəbhədən çəkilən qocaman bir ordu sel kimi axaraq Biləcəriyə tökülməkdə, eşelonlar tökülüb gəlməkdə idi.Parovoz fitləri, əskəri araba təkərlərinin səsi, zabitlərin göstəriş və qışqırıqları, gurultu bütün Biləcərini bürümüşdü.
XXVIII. CəbhədəAyın 15-də gecə saat birdən başlayaraq Palçıq vulkanı ətrafında sakitlik bərpa edilmişdi. Türk səngərlərindən bir dənə də güllə atılmırdı. Bu sükut, birinci mövqedə yerləşmiş ingilislərə geniş nəfəs almaq imkanı verirdi.Bahadır xan gecə rahat yatmışdı. O, səhər saat səkkiz tamamda yuxudan qalxıb çayını içmədən Leyla xanıma məktub yazmağa başladı:
XXIX. Məğlubiyyətdən sonraLeyla xanımın müharibənin nəticəsindən xəbəri yox idi. O, məğlubiyyəti hiss edirdi. Fəqət verilən qurbanlar haqqında bir şey eşitməmişdi.Şimali-qərbdən gələn və şəhəri titrətməkdə olan top gurultuları sakit olmuşdu.
XLII. QəzvindəBiçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.