V

Rəcəb Badamın evində yaşamağa başlamış və bütün ailəni ovcunun içinə almışdı. O, Badamı öz təsiri altına elə salmışdı ki, onun hər sözü Badama bir qanun sayılırdı. Rəcəb özü də bunu hiss edir, Badamın zəifliyindən istifadə etməyə çalışırdı. O, Xasayın və Zinyətin dərsdən sonra vəzifədə çalışmalarına razı deyildi. “Onlar evdə daha çox qazana bilər” – deyirdi.Rəcəb arzularını istədiyi kimi həyata keçirdi. Hər iki uşağı vəzifəsindən ayırdı. Günortadan sonra Xasayı papiros satmağa göndərdi. Bütün bunlar kiçik Xasaya təsirsiz qala bilməzdi. O, gündən-günə dəyişirdi. Özünü evdə, həyətdə, küçədə və məktəbdə olduqca sərbəst hiss edirdi. Hər gün anasından aldığı papirosları ciblərinə doldurub fit çala-çala böyük küçələrə gedirdi. Əvvəlləri çəkinə-çəkinə, utana-utana satardı, əlindəki papirosu satmaq üçün divara söykənib yoldan keçənlərə yalnız təklif edərdi. Son zamanlar o qədər sırtıqlaşmışdı ki, başqa satıcı yoldaşlarına da aman vermirdi! Yoldan keçən adamın qarşısına qaçırdı. Papiros satmaq üstündə yoldaşları ilə boğuşurdu. Alıcı az olduğu zamanlar divar dibində toplanıb yoldan keçən adamların qarşısında hər bir qaba hərəkətlər etmək və tərbiyəsiz sözlər söyləməkdən çəkinməzdi.

Abdulla Şaiq19353 dəq
XII

Xasay yenidən məktəbə qəbul edilmişdi. Kamil isə onu bir an gözdən qoymur, onu dərsə, məktəbə maraqlandırmaq üçün hər şərait hazırlamışdı. Kamil müəllimi ancaq Xasayın ailə həyatı düşündürürdü. O, bilirdi ki, Xasayın ailə həyatında yeniliyə və yaxşılığa doğru bir dəyişiklik olmasa, istedadına güvəndiyi Xasayı istədiyi kimi bir vətəndaş yetişdirə bilməyəcək. Halbuki Xasaydan gələcəkdə çox şeylər gözləyirdi. Bu arzusuna qovuşmaq üçün hər şeydən əvvəl Xasayın anası Badamı tərbiyələndirmək, yeni həyatın bütün şəraiti ilə onu aşna etmək istəyirdi. O indi yalnız bunu düşünür, bunun üçün çarələr axtarırdı.Xasayın pozulmuş əxlaqı hələ tamamilə əvvəlki halına gəlməmişdi. O, yenə sinifdə arabir bəzi qaba hərəkətləri ilə dərsə mane olub müəllimləri və yoldaşlarını incidir, intizamı pozurdu. Qoca müəllim Mirzə Rəhimin şikayətləri yenə başlamışdı. Kamilə arabir şikayətlənib: “Bu nədir, bu xuliqanı yenə nə üçün məktəbə gətirdiniz? Bilmirəm nə üçün bu qədər ona yapışmısınız? Ondan adam olsa mən bu bığlarımı kəsdirərəm” – deyirdi.

Abdulla Şaiq19355 dəq
Sükutumdan şikayətçi bir qadına

Soruşursan: – Nədir bu əczü sükut?– Məni hüsnündür eyləyən məbhut,

Abdulla Şaiq19101 dəq
Möhtərəm Nəriman bəy Nərimanov cənablarına

Nişan qoymusan, eşitdim, xeyr olsun.Dan ulduzu kimi bəxtin durulsun.

Abdulla Şaiq19141 dəq
Yeni ay doğarkən

Türk bikələri qiyafəsində alicənab bir qadın oğlu Yavuza yeni doğan Ayı göstərərək*Q a d ı n

Abdulla Şaiq19192 dəq
Həyat-sevməkdir

Qurumlu bir ocaq kimi fikrimə his çökmüşdü,Qanadlanan ümidimi qırıb yerə tökmüşdü.

Abdulla Şaiq19192 dəq
Bizimdir

Bu gördüyün şən-şən ellər bizimdir!Qarlı dağlar, coşqun sellər bizimdir!

Abdulla Şaiq19221 dəq
Hər şey var

Bu ölkədə nələr yoxdur görənə?Hər yan, hər şey bir-birindən gözəldir.

Abdulla Şaiq19231 dəq
Bir az da atəş qat!

Gənc xanəndəmiz Bülbülə*Nədir, nədir o gözəl səsdə titrəyən fəryad,

Abdulla Şaiq19241 dəq
Azadlıq pərisinə

Bahar gəlir, dərələrÇiçəklənir, güllənir,

Abdulla Şaiq19241 dəq
Ailə həyatımın on altı illiyi

Səməd Vurğuna ithaf edirəm*Vurğunum, get-gedə gəncləşir könül,

Abdulla Şaiq19362 dəq
Saqi, ayağa dur, gətir badə ki, yaz vaxtıdır

Saqi, ayağa dur, gətir badə ki, yaz vaxtıdır,Mürği-könül, nəvayə gəl, suzü güdaz vaxtıdır.

Abdulla ŞaiqQəzəl1 dəq
Yeni köməkçi

Tarlaya gəldi Nəbi,Gördü səhərdən bəri

Abdulla Şaiq19061 dəq
Qonaqlıq

Vəli yazıb dərsini, uzanmış idi yerə,Köpək səsi eşitdi bayırda birdən-birə.

Abdulla Şaiq19081 dəq
Tülkü və qurd

Oldu bir yolda tülkü qurda düçar,Hara? – sordu, – gedirsən, ey sərdar?

Abdulla Şaiq19081 dəq
Mahnı

Doğdu günəş qırmızıCan gülüm, can, can!

Abdulla Şaiq19101 dəq
Bənövşə

Bənövşəyəm, bənövşə,Düşmüşəm dilə-dişə;

Abdulla Şaiq19281 dəq
Sözün qiyməti

NağılVarlı bir tacirini üç oğlu varmış. Tacir kiçik oğlunu hamısından çox istəyirdi. Böyük qardaşlar paxıllıq edib deyirdilər: “Atamız onu görəsən nəyə görə bizdən çox istəyir? Onun bizdən nəyi artıqdır?”

Abdulla Şaiq1 dəq
İkinci pərdə

Səhnə Səfər bəyin bağçasını təsvir edir.*Bağban** (bağı suvara-suvara oxuyur).

Abdulla Şaiq19124 dəq
Masama

Ey mənim köhnə masam, köhnə dostum, mən yenə də sənə dirsəklənərək əlimdə qələm çalışıram. Bu dəfə qələmə aldığım mövzu sənsən, ancaq sən!..Qırx ildir ki, sən mənimlə baş-başa verib ədəbi yaradıcılığımda can qoyur, mənimlə bərabər əmək sərf edirsən.

Abdulla Şaiq19462 dəq
VII

Rəcəb Xasaya getdikcə daha çox təsir etməyə çalışırdı. Bir gün Xasay əlində dəyənək bağçanın taxta hasarlığına çırpa-çırpa qaçırdı. Rəcəb bir siçanın quyruğundan tutub gülə-gülə:– Xasay, bura bax, bura bax, siçan tutmuşam – deyə onu çağırdı.

Abdulla Şaiq19352 dəq
XIV

Xasayın Rəcəblə bərabər hara və nə üçün getdiyini bilmədiyindən Badam çox rahatsız idi. Oğlunun yolunu çox gözlədi, gəlib çıxmadı. Onun səhərə qədər gözlərinə yuxu girmədi. Rəcəb qaçaq olduğu gündən evə qarşı çox soyuq idi. Evin bütün zəhməti onun üzərinə düşmüşdü. Bir tərəfdən Rəcəbin qapıçılıq vəzifəsini görür, küçəni, həyəti süpürüb təmizləyir, bir tərəfdən qonşulara su daşıyır, boş vaxtlarında da qapıda qutusunu qarşısına qoyub alverini edirdi. İşə alışmamış olan Badam bu ağırlıqların altında yorulub əzilirdi. O, səhərə qədər öz vəziyyətini və Xasayı düşündü.Badam səhər yerindən xəstə kimi qalxdı. Həyətə çıxdığı zaman onu Xasayla Kamil müəllim və bir də tanımadığı bir kişi qarşıladı. Badam Xasayı görüncə:

Abdulla Şaiq19353 dəq
XVI

Kamil getdikdən sonra Xasay qəzetə bükülü bəxşişi açdı. Corabdan tutmuş papağa qədər hər şey alınmışdı. Hətta paltarın içərisinə bir qutu konfet də qoyulmuşdu. Xasay şeyləri götürüb o biri otağa keçdi. İş köynəyindən tutmuş coraba, çəkməyə qədər dəyişdi. Yeni paltarı ona çox yaraşırdı. Otaqdan çıxınca anası, bacısı ona baxıb “sağlıqla geyin” – dedilər.Konfet qutusunu açdı, gülə-gülə:

Abdulla Şaiq19355 dəq
Zamanın inqilabçılarına

Hardasız, ey vətən qayıqçıları?Qaldı dərya üzündə yelkəniniz.

Abdulla Şaiq19101 dəq
Hamımız bir günəşin zərrəsiyik

Əsrlərdən bəri zülmə alışan,Qan içən, qan qusan, ey şər insan!

Abdulla Şaiq19101 dəq
Biri sənsən mələkciyim, biri mən

Qonşuda qarşı-qarşıya görünənİri camlı, genişcə pəncərədən

Abdulla Şaiq19131 dəq
Faş etdi göz yaşım bu nihan razi ellərə

Faş etdi göz yaşım bu nihan razi ellərə,Əfsanə tək cahanda məni saldı dillərə.

Abdulla ŞaiqQəzəl1 dəq
Könlüm etmiş o ləbü ləlinə ey yar həvəs

Könlüm etmiş o ləbü ləlinə, ey yar, həvəs,Gözəlim, çünki qonar şəhdü şəkər üstə məkəs.

Abdulla ŞaiqQəzəl1 dəq
Ciqqeyi-hüsnümü başımda bu gün yan edəcəm

Ciqqeyi-hüsnümü başımda bu gün yan edəcəm!Minəcəm naz atına, ərsədə cövlan edəcəm!

Abdulla ŞaiqQəzəl1 dəq
Dördüncü pərdə

Səhnə Jirikovun çadırını təsvir edir.*Jirikov**. Zəhra qaçmış, heç inanmıram.

Abdulla Şaiq5 dəq