Vagif Bayatly Oder · Poetry
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Azərbaycanı babəkləşdirməyə cəhd edən Ənvər Məmmədxanlıya*Əsil döyüşçüyə səngəri qəfəs!
Boş görünən bu yer əslində, boş deyilBoş görünən bu yer əslində, boş deyil, gündüz görünməyən ulduzlarla dolu göyüzü kimidir – Allahın qəlbindəki hələ gəlib bizə çatmamış İlahi Sözün – İlahi Şeirin varlığına kiçicik bir işarədir.O Sözün – Şeirin varlığını duymadan səhifəni çevirsək də çevirməmiş kimi olacağıq.
Bu göyüzündən o yana Tanrıyla öyünən körpə suVarı, yoxu – dibində daş,yanında da daş balası,
Bütün kainat, bütün göyüzü- Tanrının qapısı ağzı!Yer-göyüzündə kiçicik bir nöqtə yox,Göyüzünün kiçicik bir nöqtəsi!
Səni Allah yaradıbsa, Allaha lazımsan deməkMin illik dərbədər dərtdən,yadigar qəmdən də keçsən,
Hamı hər şeyi birdən, Allah da tək-tək istəyirTanrı düzəntək yanbayaninsan da hər an həm tikan,
Adamların çoxu həm Allahlı, həm də Allahsız olurAdamların çoxu həm Allahlı, həm də Allahsız olur. Əslində, bu cür Allahlı olmaq da elə Allahsızlıqdır. Allah bütövlük, tamlıq sevir. Elə torpaq da, Vətən də. Biz özümüz bütöv olanda Allah da bizi bütöv görəcək – Azərbaycan da Bütöv olacaq.İLAHİ, mən indi bilirəm, insanın, həm də onun vətəninin özünü harada və necə görməyi əsas deyil, əsas Sənin onu harada və necə görməyindir.
Sənin elə varlığın, tək, ölümün yoxluğu deməkMən indi bilirəm, İlahi, Sən niyə elə hey mənə «Ölüm yoxdu!», «Ölüm yoxdu!» – dedizdirirdin, məni hər an ölümdən yox, ölümsüzlükdən danışdırırdın. Sənin varlığın elə ölümün yoxluğuymuş.
Sənin varlığın elə ölümün yoxluğuymuşÖlüm ancaq, adamın ölməyə və qorxmağa vaxtı qalmadığı bir çevrilmə anıymış, adamın azad ruha çevrildiyi, göyüzünün bir parçası, həm də göyüzünün özü olduğu, təkcə Allahı duyduğu bir anmış ancaq. O anda, Tanrım, mən Sənin bütün Kainatda yatan heç bir canlını diksindirməməkçün səssiz bir sevgiylə bütün Kainatın üstünə örtdüyün göyüzünə necə toxunduğunu duyunca, diz çökdüm, ancaq yerüzü dizlərim altından sürüşüb getdi və göyüzündə, Kainatın ortasında diz üstdə tək-tənha qaldım. Elə o anda Sənin də ordan uzaqlaşdığını duyunca heç özüm də bilmədim, nədən dəhşətə gəlmədim.Mən indi bilirəm, indi bilirəm, İlahi, Sənin bir yandan məndən uzaqlaşdığını duyduğum anda Sən milyonlarla yandan mənə yaxınlaşıbmışsan. Həm də bilirəm, İlahi, insanın özünü harda və necə görməyi əsas deyilmiş, əsas Sənin onu harda və necə görməyinmiş.
Dünyanın ruhi açılışı – bütün kainatçün İlahi kitablar ilkin bura enmiş, odur ki, yerüzü – bütün kainatın tək ibadət yeri, bütün kainatın, bütün duaların üzü bəriTanrım, Sən bütün Kainatın tək İbadət yeri – göyüzündə diz çöküb alın qoymağa Möhürdaşıtək Yerüzünü və öz yanınacan sonsuz ucalıq, sonsuz ibadəttək Eşqi yaratmısan, həm də bütün Kainat üçün İlahidən gələn Kitabları ilkin bura endirmisən. Həm də bütün duaların üzünü ən böyük İlahi İbadətə, bütün sevgilərin üzünü ən uca İlahi Eşqə doğru yönəltmisən. İlahi İbadəti, İlahi Eşqi bütün Kainata burdan yaymısan. Həm də əbədi sükuta qərq olmuş bütün Kainatda eşidilən ibadət və eşq pıçıltısından başqa səs yox. Bunları mənə Sən anlatdın, Tanrım.Ən uzaq ulduzlardan belə İlahi Eşq İbadətiyçün bura doğulmağa gələn milyonlarla adamların ayaqlarını eyni anda necə yuyub çatdıra bilməyimi, o ayaqları qoxlamaqdan niyə doymadığımı, bu dünyaya azıb gəlmiş, dünya hökmranlığına can atan yad ruhların nədən mənə dəymədiklərini də Sən anlatdın.
Yıxılarkən hamıya dua açan körpə varlıqMən bütün bunlardan sonra anladım, İlahi, şeir, kitab, söz yoxumuş, yerüzündən göyüzünə min bir yana, hamısı da Sənə doğru sonsuz yollar, sonsuz uçuşlar, sonsuz sevgilər varmış ancaq. Həm də anladım, qanad uçmağa, səs oxumağa, söz yazmağa, insanın özüyçün duası Allaha mane olurmuş. Həm də insan özü duymadan Kainatın lap qırağında, göyüzünün yıxılan, axan bir yerindən heç vaxt görmədiyi, bir qəribə körpə varlıq hər an dönə-dönə dua edir ona... Həm də o sevgili körpə elə bilir dua oxuyan Allah özüdür, o isə ancaq duanın hər insançün hər an bir ayrıca oxunduğunu duyur və buna sevinir.Yıxılırkən özündən başqa hamıya dua açıb sevinənlər, bütün dünyanın üstündə duaları çiçəktək açılanlar, Sizinçün sonsuz göyüzünə
Göyüzünün peyğəmbərin ayağı altına gəlməyiO hara getdi, yürüdü,elə onu görən anda
Hərəni öz eşqi boyda göyə çevirir AllahHər nə görürük, dadırıq,aldanırıq, aldadırıq,
O dünyaya əlidolu keçməyəQəmi qanada çevirmədənqəmi ancaq qəmtək dadan,
Göyüzündən – Allahın ayağı altından nurdən dənləməyəTanrıdan uzaqlaşdıqca insanlarqanadsızlaşır, qəddarlaşır onlar,
Ölməyə yox, qoxlamağa Vətən!Düşmən oxun haqlamağa –oxdan iti uçub gedən,
Azərbaycan – su xanımlar, od ərlər, od bəylər yurduAzərbaycan – su xanımlar,od ərlər, od bəylər yurdu,
Ölüm hələ ölmək deyil, canlılarSiz də, siz də eşitdinizmi? Bunu Hadi dedi, ya Cavad, Yusif Vəzir dedi, Müşfiq dedi, ya Cavid:– Budurmu, budurmu ölüm?! Bundanmı qorxursunuz, ay zalımlar! Bundanmı qorxursunuz?!
Böyük oğullar ayaqyalın yüyürüb keçdikcə göyüzünün qatlarını Tanrı da göndərər sonuncu qatdan böyük oğulların çiyinlərinə böyük oğulların qanadlarınıBu Şeir dünyaya gələndə bu dünyada nə insan, nə də dar ağacı vardı.Şair həmişə olanları yox, olacaqları yazır.
Hər şey bütöv addımlarla qaçar yarım adamlardan, yarım haqlardan, yarım millətlərdən, yarım xalqlardanBütöv Azərbaycanın son göyüzündən*Hanı şəhərlər, kəndlər, ağaclar,
İlahi yol aldatmaqdan yox, aldanmaqdan keçir... həm də İlahi yol aldatmaqdan yox, aldanmaqdan keçir. Həqiqətə aldada-aldada yox, aldana-aldana gedilir. Bununçün insan ən azı insan olmalıdır. Ən azı insan! Heç vaxt aldatmayan, hər an aldanmağa hazır insan!Allaha doğma?
Həm qadın, həm Allah kimi hər qadınYenə, yenə bu dünyadaHər şey dəyişsə də ancaq
Sən hamıdan zalım, balaca çiçəkSən də zalım çıxdın, dəli qardaşım külək,apara bilmədin başımdakı dumanı,
Nəfəs ala-ala olmaz oraya, sevginin gücündən nəfəs çırpınar, çırpınıb, çırpınıb nəfəs gizlənərHər biri özü öz dəminin üstdəadamlar dolaşır dəstəbədəstə
Özüm özümə gülüb, özümü sarımaqdan sərxoş oluramKim eşqlə dolu bədəndən sərxoş olur,kim ayrılıqlarla dolu badədən,
Nə adam kimi adamam, nə mələk kimi mələyəmHə adam kimi adamam,nə mələk kimi mələyəm,
Min il həbsdə unudulan, min il qolları nazilən uşaqDünyadan qovduqlarını,üzü ağ, qara, sarı,
Ən uzaq ulduza sıçrayan yaralı ceyranHər şair elə bilirdünyanın son şerini
Bu dünyada balaca, körpə hər nə var başqa bir dünyadan doğma kiməsə oxşarMən hara, dağlar, dəryalar, ümmanlar hara,zirvələr, sıldırımlar, dumanlar hara,
Bizi Tanrı dərgahına ancaq bağışladığımız günahlar qaldıracaqKim dostlarını necə tanıyırsa,dünyanı da eləcə tanıyır,