Джалил Мамедкулизаде · Проза
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Misirdə çıxan erməni qəzeti ”Yeni fikir”dən:İndiyə qədər osmanlı tayfalarının yekdigərindən mütəfərriq qalması məhzən “müsavat” sızlıqdan irəli gəlib, ya əfrad arasında şəxs etibarilə və ya tayfalar arasında irq etibarilə müsavatsızlığa dəlalət edəcək əhvalın cümləsi ittihadi-osmanlının qüvvətlənməsi əməlinə müxalifdir.
MüştərilərimizəAbunə məsələsi İranda çətin məsələdir. Rusiyada biz buna adət etmişik ki, abunə olanlar dəftərə yazılan saat abunə pullarını verib qəbz alırdılar. Amma İranda vəz özgə şəklə düşüb; çünki burada qədim vaxtlardan ta bu günə kimi ruznaməyə pul verməyi hədər bir şey hesab eləyiblər və bu səbəbdən abunə pullarını qabaqca vermək səhldir, axırda da hıqqana-hıqqına veriblər.Biz İran abunəçilərini qınamırıq; çünki həmişə mümkündür ki, qabaqca birisi pulunu versin və sonra da ruznaməni əcəl dərk eləsin. Bəs onda necə olsun, heç kəs puldan əl çəkməyə hazır deyil.
Müştərilərə1. İdarəmizə müraciət edən təbrizli ağayani-möhtərəmlərdən iltimas edirik ki, məcmuəmizdə dərc olunası məqalələri bəqədri – imkan şəhər postu vasitəsilə idarəmizə göndərsinlər; çün məqalələr barəsində zəbani sual-cavaba vaxtımız azdır.2. Təbrizdən və qeyri şəhərlərdən göndərilən məktublar və məqalələr ya fars dilində, ya türk dilində, müxtəsər yazılmalıdır və illa idarəmizin şənində müfəssəl və zınqırovlu ibarələri, tərif və tövsifləri yazmağa yazanların vaxtı və oxumağa bizim vaxtımız nahaq yerə zay olur.
TəbrikTəmcid edirik haman maarif-dust yoldaşları ki, yeni türk əlifbasını indi meydana qoyublar.Təbrik edirik müsəlman aləminin cəmi əfradını ki, yeni türk əlifbasının tərəfdarıdırlar.
Heykəl açılışıBu noyabrın 17-də böyük bayram günü Azərbaycan türklərinin sevgili şairi Sabirə dikəlmiş heykəlin açılı oldu.Şəhərimizin anlaqlılarının çoxusu orada görsənirdilər.
BəyanMəcmuəmizin 35-ci nömrəsində birinci səhifədə biz belə şəkil çəkmişdik: Xalq Maarif Komissarlığından bir neçə teatr və qeyri tamaşagah müdirləri dallarında pul yükü aparırlar, aşağıda kasıb kəndli oturub baxır və deyir:– Maarif Komissarlığının yuxarıda göstərilən idarələrinə bu qədər pul daşınanda, əlbəttə, kənd məktəbləri pulsuz qalacaqdır.
Fatma xalaDünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt, xah arabadan ya faytondan, xah dəmir yol ilə gedəndə.Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övrətlə Xorasana gedən vaxt övrətinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmir yolda gedən zaman pilləkanları enibçıxanda düşdü və yüz qırx altı dəfə İranda at yolu ilə gedəndə düşdü.
Təzə xəbərTükəzban xalanın gəlini, istəyirdi toyuqlara dən səpə, sarı toyuq gözünə sataşmadı. Bir az “cü-cü” eləyib çağırdı, sarı toyuq görsənmədi. Gəlin fikir elədi ki, bəlkə toyuq Fatma xalanın həyətinə keçib və divara tərəf yeriyib divarın alçaq yerindən başını Fatma xalanın həyətinə uzadıb çağırdı:– Ay Fatma xala, sən Allah, bax gör bizim sarı toyuq sizin həyətə keçməyib ki?
QuzuMəmmədhüseynin kirvə oğlusu Qurtbasar kəndindən buna bir quzu sovqat göndərmişdi. Kəblə Məmmədhüseyn istədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıçağı tulladı yerə və arvadına dedi ki:– Bir sümüknən bir dəridən savayı bir şey yoxdu.
Konsulun arvadıNahardan sonra uzandım, amma yuxum gəlmədi. Durdum, əl-üzümü yudum, bir qədər zehnim açıldı. Geyindim, çıxdım küçəyə və yavaş-yavaş gəldim şəhər bağına. Skamyaların birinin üstə oturdum; amma genə bilmədim ki, nə qayırım. Bir qoca rus arvadı bir balaca uşağın əlindən yapışıb yeridirdi. Uşağın əlindəki tağalaq çörəklərin hərdənbiri düşürdü yerə, arvad qaldırıb, tozunu silib verirdi uşağa. Sonra bir rus saldatı ilə bir rus arvadı qol-qola gəlib qabağımdan keçdilər. Kənarda bir neçə gəzib-dolanan görsənirdi; amma bunların heç birindən mənə bir mətləb hasil olmadı və az qalmışdı duram bir özgə tərəfə üz qoyam, birdən, aha, rəfiqim Rzaqulu bu tərəfdən nağafil çıxdı. Mən çox sevindim və haman saat xəyalıma gətirdim öz mənzilimi: bir tərəfdə əyləşib Rzaqulu, bir tərəfdə əyləşmişəm mən özüm və ikimiz də dünyanı yaddan çıxardıb, cummuşuq şahmat oyununa.Rzaqulunu görcək bir söz deməyib, düz getdim yapışdım rəfiqimin qolundan və başladım bizə tərəf çəkməyə. Rzaqulu dayandı və soruşdu:
İki ərBu əhvalat ki, aşağıda rəvayət olunur, şayəd köhnəlmiş və çeynənmiş məsələlər qəbilindən nəzərə gələ; zira nikah və talaq söhbətləri gah hekayələrdə, gah məqalələr vasitəsilə bizim türk mətbuatında dəfələrlə yazılıb, oxunub və eşidilibdir. Və lakin o əhvalat ki, mən onun barəsində söhbət açmaq istəyirəm, zənn edirəm az-az ittifaq düşsün və bəhər hal xeyli maraqlı və eşitməlidir; o dərəcəyə kimi ki, indi, Oktyabr inqilabının on illiyinin müqabilində belə bir hadisə xariqüladə və ağla sığışmayan bir “nağıl” hesab oluna gərək. Və lakin həqiqətdir və bu həqiqətin şahidi həqir özüdür.O şəhər ki, bu əhvalat orada vaqe olub, Araz çayına yavıq Azərbaycan şəhərlərinin biridir. Və necə ki, dindar İran torpağının qonşusu, bu şəhərin əhalisi də iman əhllərindən bir zərrə qədərincə geri qalan deyillər: demək olar ki, əhalinin küllisi Allah-taala təyin etdiyi ibadət və rəyazətində bərqərar, nəmazi-yomiyyə öz vaxtında; hətta nafilə namazları və sairə sünnəti namazlarını cabəca edən müqəddəs bir camaatdırlar. Habelə ramazan ayının şəraitini təfsilatla yerinə yetirmək, həcc və ziyarəti-şühəda və mahi-məhərrəmül-həramda Kərbəla müsibətini layiqincə yad etməkdə birinciliyi qazanan müsəlmandırlar.
QiyamətYaxud kəndli qadınlar*Bu ilki oktyabr ayı ola bilər ki, bir çoxları üçün bir şadlıq yadigarı hesab oluna, amma mən baxtıqaradan ötrü həmin oktyabr qəmgin bir ay oldu, o səbəbə ki, bu ayın ərzində saysız və hesabsız kəndli qadınlar bir yerə cəm oldular və üzü açıq, naməhrəm kişilərin içində nitq söyləməyə başladılar.
UcuzluqNaxçıvan şəhərindən bir nəfər yetim oğlan gəldi mənim yanıma və məndən iltimas elədi ki, Bakının flan texnikum məktəbinin müdiri flan… dan iltimas edim ki, onu yetim olmaq cəhətindən texnikum məktəbinə götürsün.Yetim çox xoşuma gəldi: on beş yaşında həmin oğlan dilənib dolanmaqla Naxçıvanın darülmüəlliminini bitirmişdi.
Proletar şairiMənə dedilər ki, iki adam məni görmək istəyir: biri proletar şairi Təhsin Fevzidir, o birisi də Nuruxanın oğlu Şahverdixandır.Çıxdım onların yanına. İki şəxs idi: biri olardı on səkkiz-iyirmi yaşında, çox səliqəli geyinmiş, başının telləri qız saçı kimi daranıb, alnına düzülmüş, qız kimi üzü tüksüz, təm-təzə frenc və kalifeli, beli incə, parıldayan uzunboğaz çəkməli bir centlmen idi. O birisi sadə və həqir geyimli, otuz ya bir qədər artıq sinli bir adam idi.
ZəlzələZəlzələdən indi düz on yeddi il keçir və hərçənd o vaxtın əhvalatı yadımdan çıxıbdır, ancaq həmişə zəlzələ söhbəti düşəndə, bir yetim uşağın faciəsi hər bir təfsilatı ilə ayın-şayın gəlib durur gözümün qabağında və yazı yazdığım yerdə qələmi, yainki çörək yediyim yerdə tikəmi gərək qoyam yerə və huş-guşumu verəm keçmiş günlərə və çox bir dəqiqələri qara xülyalara qərq olam.Zəlzələdən dağılan Badamlı qəsəbəsi idi. Doğrudur, Badamlı ilə bizim fasiləmiz uzaq idi, amma orada üz verən müsibət o dərəcə ağır idi ki, mən və bir nəfər də yoldaşım araba qoşdurduq və Sarvanlar meşəsindən keçdik, kəsə yol ilə axşam vaxtı yetişdik Badamlıya. Orada müəllim Mirzə Əliquludan savayı bir kəsi tanımırdıq və arabanı qəsəbənin içinə sürüb Mirzə Əliqulunu soraqlaşdıq. Məlum oldu ki, məktəb binasının bir tərəfi zəlzələdən uçub və Mirzə Əliqulu oradan özgə yerə köçübdür.
Eydi-rəməzanŞükür və süpas haman pərvərdigari-aləmə ki, dünyanı altı günün ərzində xəlq etdi: iki günün ərzində yeri, iki gündə göyü və iki günün müddətində də yer üzündə yaşıyan və göydə uçan heyvanları.Mənim bu şükür və sənama əlbət bir illət var ki, bu barədə möhtərəm oxucular ilə bir qədər söhbət etmək mənim indiki məqaləmin mövzu və məqsədidir.
Atalar sözüDunyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur, zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır. Belə ki, keçmiş hükəmanın, şüəranın sözləri hala baqidir. Buna görə türk hükəmalarının təcrübəli və işə yarar zərb-məsəllərindən “Atalar sözü” namilə bir neçəsini məcmuəmizdə yazdıq ki, qarelərimiz oxuyub lazımi yerində onları dəsturüləməl etsinlər.Atı atın yanında bağlasan – xan görüb deyər: Birini bağışla mənə. Ata malı olan yerdə özün qazandığın haramdır.
Hamama– Hara gedirsən, Məşədi Məhəmmədnəcəf?– Hamama.
İran təqvimindənBu il həmişəki kimi çox toz olacaq. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək. Sel gəlsə dam-daşı dağıdacaq. Yayda istidən odun təsiri olmayacaq. Böyük kimsələr kiçiklərin sözünə baxmayacaqlar. İran tərəqqi edəcək, Yaponiya tənəzzül. Əgər 1906-cı ildə ixtişaşi-inqilab qeyri – məmləkətlərdə zühur etsə, İranda və Qafqaz müsəlmanlarının arasında meymun oynatmaq və əl quşu saxlamağa bir tərəfdən maneçilik olmayacaq. Bir para millətlərin içində rəylər müxtəlif olacaq.Osmanlı ilə Bolğariya ya dava edəcək, ya etməyəcək. Dava etsə ya Osmanlı basacaq, ya Bolğariya.
BakılılaraAy bakılılar, Allah xətirinə məndən əl çəkiniz. Mən xəta eləmədim ki, gəldim bir para məzhəkəli nağıllarla sizi güldürəm ki, könlünüz açılsın və xörəyiniz yaxşı həllə getsin! Yoxsa mən gəlmədim ki, onu-bunu özümdən incidəm.İşin ibtidasında falı bəd vuran – o evi xarab Dəmdəməki oldu: götürüb o qədər yalan-palan yazdı ki, cəmi Bakı əhli məndən rugərdan oldular.
NəsihətCamaat vəkillərinəSizədir bizim ümidimiz, biz müsəlman camaatının ümidi, ey millət vəkilləri! Allah sizə yaxşı yol versin.
Əbdürrəhim əfəndiAlicah Əbdürrəhim əfəndinin hünəri barəsində “Bürhanitərəqqi”, “Həyat” və “İrşad”da yazılan məqaləni oxuduq. Və lakin həmin əhvalat “Noqarelli” adlı gürcü qəzetində bir özgə məzmunda yazılıb. Məzkur qəzetə 141-ci nömrəsində yazır: “Zəmani ki, hələ rus padşahı Yaponiya ilə davanı təzə başlamışdı, Şamaxı məhkəməsinin üzvü Hacı Əbdürrəhim əfəndi öz tərəfindən ərəb dilində şeirlə bir mədhnamə inşa edib, imperator Nikolay və imperatrisa adına Peterburqa göndərmişdi. Çox çəkmədi ki, bunun əvəzində padşah tərəfindən cənab qazıya bir ədəd qızıl saat, üstündə padşahın və əyalının surəti nəsb olunmuş, – göndərildi. Cənab əfəndi isə o hədiyyəni yadbud edib, o vaxtdan bəri hər işin tərk eləyib, yenə cənab imperatordan bir başqa hədiyyəyə nail olmaqdan ötrü bu neçə vaxtlarda tamah dəndanın gecə və gündüz tiz etməyə məşğul olub, tədbirlər və politikalar tökürlər idi ki, aya yenə nə iş qayırım ki, padşahi-alindən dəxi də artıcaq bir başqa padarkaya layiq olam. Odur ki, neçə həftə bundan əqdəm cənab əfəndi 40 ədəd peçenyə manənd çörək bişirdib, hər bir çörəyin üstündə bir cür tilsimmanənd dualar yazıb və bir neçə kəlmədən ibarət olan quran ayələrindən bir parça kağıza yazıb, rusca və müsəlmanca tərcümə də həm eləyib, poçt ilə imperatorun hüzuruna irsal edib və bu mənada bir kağız yazıb göndərib: “Uca olan və yenə ucadan da, ucadan da, ucadan da uca olan imperatori-əzəm sələməllahü təaliyə poçt ilə bir pasılkeyi-həqir, – ki [ibarət] ola qırx ədəd xırda ayə ilə yazılmış çörəklərdən və yenə bir parça kağızda tilsim, – göndərdim uca olan cənabınızın xidmətinə. Həmin bu çörəkdən qırx gün hər sübh bir ədəd yeyərsiniz və bu parça kağızda olan duanı hər sübh qırx dəfə vird və təkrar oxuyarsınız, inşallah dəxi o vaxtda duma tərəfi məğlub olar və əsla duma tərtib etməyə meyil etməzlər və dumanın tifaqı bərhəm olar və özünüz (köhnə səyaq ilə) qaimməqam olarsınız, inşallah”. Və bu barədə imperatori-əzəm tərəfindən hacı Əbdürrəhim əfəndiyə bir rizaməndlik teleqramı gəldi və teleqram da polisə vasitəsilə gəlmişdir”.Molla Nəsrəddin öz tərəfindən:
İran konsullarıYetişsə daşlara fəryadi-dadim, daşlar ağlarlar,*Bəni-növi-bəşər, sən bəs neçün fəryadə yetmirsən?*
Nə eləmək?Duma da ki, belə oldu.İndi bəs nə eləmək?
QoloşapovaEy yari-bivəfa Qoloşapov! Bu imiş məgər dostluğun şəraiti? Biz məgər sənlə belə danışmışdıq? Heç bilirsənmi ki, kimi qırırsan, kimin evlərini topa tutursan, kimin məhəlləsinə od vurub yandırırsan? Məgər Qarabağ müsəlmanlarını tanımırsan? Məgər qeyri müsəlmanları tanımırsan? Məgər müsəlmanlar sənin padşahın barəsində etdiyi rəftarının əvəzidir ki, sən müsəlmanlar barəsində eləyirsən?..Məgər bu, onun əvəzidir ki, Rusiya dövləti bina tutandan indiyə kimi hər bir müsəlman küçədə getdiyi yerdə bir rus görəndə tez qaçıb düşüb onun ayaqlarına və deyib: “Fəda olum sənə, ey rus”?
SəyahətnaməReynqartın səyahət kitabından(19-cu nömrədən sonra)
Nəsihəti-hükəmaBu kitabçada ədəbə dair yazılan nəsihətləri yəcucu dilindən tərcümə etmişik ki, millət uşaqları oxuyub əməl edələr, çünki insana əvvəl lazımdır ədəb, sonra dərs (Yəni bəzi rəylərə görə dərs o qədər də vacib deyil).Küçədə gedəndə:
Keçən günlərKeçən günə gün çatmaz…*Atalar sözü*
CavabƏhməd bəy Ağayev cənablarına(Müştəri məsələsi)
İranlılaraDünən İran əhlindən bir nəfər dostum mənə gör nə deyir, deyir: ay Molla Nəsrəddin, sən biz iranlıları istəmirsən.Dedim: