Eşq
Ənbərin zülfün, nigara, bağladı divanəni,Şəm’i-vəhdətdir camalın, yandırır pərvanəni.
Firqət içində yanıram, dərdimə eylə çarə gəlFirqət içində yanıram, dərdimə eylə çarə gəl,Yaralu oldu, üştə gör, bağrım içində yarə gəl.
Firqət içində yürəgim gör ki, nə parə-parədirFirqət içində yürəgim gör ki, nə parə-parədir,Bağrımı gör bu qüssədən kim, necə yarə-yarədir.
Firqətin dərdi, nigara, bağrımı qan eylədiFirqətin dərdi, nigara, bağrımı qan eylədi,Ruzigar oldu müxalif, vəsli hicran eylədi.
Firqətin dərdindən, ey can, yürəgim qan oldu, gəl!Firqətin dərdindən, ey can, yürəgim qan oldu, gəl!Gözlərim yaşı cahanı dutdu, tufan oldu, gəl!
Gə, gə, gə, gəl ki, seviram sə, sə, sə, sən mehi-ÇiniGə, gə, gə, gəl ki, sevirəm sə, sə, sə, sən mehi-Çini,Za, za, za, zar oluban mən çə, çə, çə çən, çend nişini.
Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlümGəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm,Qəmindən düşdü zar, istər vüsalından şəkər könlüm.
Gəl, ey dilbər, məni gör kim, necə xoş yanaram sənsizGəl, ey dilbər, məni gör kim, necə xoş yanaram sənsiz,Odundan acı hicranın su oldum, axaram sənsiz.
Gəlgil ki, müştaq olmuşam şirin ləbin gül qəndinəGəlgil ki, müştaq olmuşam şirin ləbin gül qəndinə,Gəlgil ləbin qəndin ilət, gül anların gülqəndinə.
Gəlgil ki, qapdı şövqi-cəmalın qərarımıGəlgil ki, qapdı şövqi-cəmalın qərarımı,Zar eylədi fəraqi-rüxün laləzarımı.
Gəlgil ki, səndən ayru müştaqə can gərəkməzGəlgil ki, səndən ayru müştaqə can gərəkməz,Müştaqə sənsiz, ey can, iki cahan gərəkməz.
Gətir, gətir, gətir ol kaseyi rəvanpərvərGetir, gətir, gətir ol kaseyi rəvanpərvər,Götür, götür, götür ol çəngi, bir nəva göstər.
Görün ki, bəhri-məani nə qəsdi-can eylərGörün ki, bəhri-məani nə qəsdi-can eylər,Sifati-surəti-rəhmani xoş bəyan eylər.
Gördüm camalın şəmini rövşən, məhi-taban budurGördüm camalın şəm’ini rövşən, məhi-taban budur,Hüsnün təaləllah dedim, həqdən gələn bürhan budur.
Gözümdən dəmbədəm axan qəmindən su degil, qandırGözümdən dəmbədəm axan qəmindən su degil, qandır,Ləbin qəndindən, ey can, gəl susamış canımı qandır.
Götür niqabını xəlqə görün, ey şəmsü qəmərGötür niqabını xəlqə görün, ey şəmsü qəmər,Görüb utana ləbindən nabatü şəhdü şəkər.
Gülşəni-firdövs edər can bağrını vəsli-həbibGülşəni-firdövs edər can bağrını vəsli-həbib,Atəşi-duzəx qılır həm möhnəti-cövri-rəqib.
Getmege əzm eyləmişsən, ey dilaram, eyləməGetməgə əzm eyləmişsən, ey dilaram, eyləmə!Həsbətənlillah, məni bisəbrü aram eyləmə!
Həbiba, firqətin saldı məlaləHəbiba, firqətin saldı məlalə,Kabab oldu ürəgim həmçü lalə.
Həbibim, izzətim, canım, cahanımHəbibim, izzətim, canım, cahanım,Rəfiqim, munisim, arami-canım.
Hər kim ki, müştaq olmadı şol dilbərin didarinəHər kim ki, müştaq olmadı şol dilbərin didarinə,Yetişmədi Musa kimi anəstünarın narinə.
Həsrət yaşı hər ləhzə qılır bənzimizi sazHəsrət yaşı hər ləhzə qılır bənzimizi saz,Bu pərdədə kim, nəsnə bizə olmadı qəmsaz.
Hüsnün təalə şanəhü sünində heyran olmuşamHüsnün təala şanəhü sünində heyran olmuşam,Şirin ləbini yad edib, sər ta qədəm can olmuşam.
Hüsnünə heyran durur hurü mələkHüsnünə heyran durur hurü mələk,Eşqinə sərgəştədir daim fələk.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.