Maralı dağlar

Kəmənd əldə, səyyad ov bərəsində,Ovçusu da ağlar, maralı da ağlar.

Novrəs İman1 dəq
Dörd bahar

Könül, şad ol ki, şadlıq vaxtı çatmış,Ki, hər şeydə xuda dövlət yaratmış.

Abbasqulu ağa Bakıxanov1 dəq
İntiqam

Vətəndir könlümdə şirin arzular;Vətəni sevməyən olar zəlil, xar.

Həkimə Billuri19472 dəq
Bir də yuxularda görüşməyək biz...

Yuxuma gəlirsən tez-tez ay ana,Yuxumdan aşkara çıxıb, gələydin.

Mədinə Gülgün19841 dəq
Xoş gəldin

Bu gün nə xoş gündü, nə xoş saatdı,Qədəm basdın, Pəri xanım, xoş gəldin.

Aşıq Qurbani1 dəq
Şerin səsi

Gün batarkən qızıllanan çaylardaGül açardı yazın gözəl axşamı.

Həbib Sahir1 dəq
Yana-yana

Canan üz döndərdi əğyarla getdi.Qaldım ortalıqda mən yana-yana.

Zeynal Cabbarzadə1 dəq
XIII

Bəli, Qaloşlu adam prokuror idarəsinin həyət-bacasını arxayın-arxayın süpürür, yerə səpələnmiş kağız qırıntılarını, papiros qır-qırıntılarını və kör-kötüklərini tərtəmiz yığırdı.Mehman bu yeni mənzildə yerləşən gündən o, ev-eşiyi də təmizləyir, şey-şüyləri yerbəyer edir, qan-tər tökürdü. Qocanın bu halını görən Mehman anasına tapşırırdı ki, bu kişidən muğayat ol, həmişə işini qurtarandan sonra ona çörək ver, onu razı sal, yazıq fağır bir adamdır, görünür, kimi-kimsənəsi yoxdur.

Süleyman Rəhimov19441 saat 20 dəq
Ürəyim çox yaman sancdı

Ürəyim çox yaman sancdı.Dedim ölüm sevgi kimi ürəyimə

Əli Kərim19691 dəq
Mərcan xanımın Çənlibelə gəlməyi

Deyillər Həsən xanın üç oğlu, bir qızı qalmışdı. Böyük oğlununadı Əhməd, ortancılın adı Hümmət, kiçiyinin adı Mahmud, qızının da adı Mərcan xanımıydı.Aradan xeyli vaxt keçmişdi. Vaxt o vaxt olmuşdu ki, Mahmud böyüyüb girri bir cavan olmuşdu.

Xalq ədəbiyyatı1 saat 50 dəq
17

Məktəbin küncündəkı otağın pəncərələrindən işıq gəlirdi. Axşamdan xeyli keçmişdi. Məktəbin qabağındakı bağda baş-başa verən çinar ağacları, qollu-budaqlı armudlar, salxım söyüdlər elə bil mürgüləyirdi. Arabir yarpaqlar astadan xışıldayırdı. Ağacların dibindən axan suyun şırıltısı sanki bu sakitliyə layla çalırdı. Lap uzaqda, kəndin kənarındakı gölməçələrdə qurbağalar quruldaşırdı. İmran pilləkənə yaxınlaşdı. Səs salacağından ehtiyat edərək, asta-asta yuxarı qalxdı. Qapının ağzında dayandı. Pəncərədə kitab oxuyan bir adamın kölgəsi görünürdü. "Evdədir" - deyə İmran öz-özünə pıçıldadı. Əlini qaldırıb qapını döymək istədi. "Birdən mənim gəlişimdən incidi, bəlkə də heç qapını açmaq istəmədi, onda nə olsun? - deyə düşündü. - Deməzmi gecə vaxtı sənin qız xeylağı ilə nə işin ola bilər? Nə cavab verərəm?" O qayıdıb getmək istədi. İçəridən ayaq səsi gəldi. Stul tərpəndi və birdən qapı açıldı. Onlar üzü-üzə gəldilər. Qız qəfildən qarşısına çıxan adamı görəndə diksinib geri çəkildi. qapını örtdü.– Kimdir?

İsmayıl Şıxlı195417 dəq
Həm adi, həm ali

Torpağın adi torpaqdırMirvarisi - gövhəri yox

Qabil1 dəq
Laləm

Saralan yarpaq düşəcək,Bu hökmüdür təbiətin.

Mirvarid Dilbazi19951 dəq
– Bir adam dalınca deyindi yaman!

– Bir adam dalınca deyindi yaman!– Bəs sən nə dedin?

Zeynal Xəlil19721 dəq
Bayram oldu

Bayram oldu, heç bilmirəm neyləyim…Bizim evdə dolu çuval da yoxdur.

Molla Pənah Vaqif1 dəq
Yağış yağar, yer doymaz...

Sən narın yağış kimiElə hopmusan qəlbimə

Balaş Azəroğlu19691 dəq
Nurəddin

Axşam çağı idi. Hacı Səmədin külfəti çay süfrəsində hazırdı. Məmməd yazısını qurtarıb diqqətlə öz-özünə oxuyurdu və qələtlərini də düzəldirdi. Fatma isə əlləri ilə başını tutub dərin fikrə getmişdi. Hacı Səməd üzünü qızına tərəf tutub soruşdu:– Qızım, nə fikrə getmisən?

Süleyman Sani Axundov56 dəq
Naxçıvandan bir nəfər dostuma

Özgələr dərs oxuyur, alimi-ferzane olur,Özünə, millətinə qövli-həkimanə olur,

Əliqulu Qəmküsar1 dəq
Çəkə bilməz

İstəyirəm qaçam diyarbadiyar,Könül vətənindən əl çəkə bilməz.

Usta Abdulla1 dəq
Mirzə Fətəli Axundov

Mərhum Mirzə Fətəlinin tərcümeyi-halına və mütəəddid əsərlərinə şüru etməkdən müqəddəm onun məsqətürrəsi olan Nuxa şəhərinin və Şəki xanlığının keçmiş əhvalatına və əhalisinii dolanacağına dair filcümlə məlumat verməyi burada lazım gördük.Nuxa şəhəri Qafqaz dağlarının cənubi-şərqində dağ ətəyində təmir olunmuş gözəl bir şəhərdir ki, sabiqdə Şəki xanlarının paytaxtı hesab olunurmuş. On səkkizinci əsri-miladın əvasitinə kimi indiki Nuxa bir qoryə halında imiş. Şəki xanlığı bina tutduqdan sonra Nuxa qəryəsi şəhərə mübəddəl olub, sürət ilə məmura və abadanlığa üz qoyur.

Firidun bəy Köçərli192557 dəq
Abbas və Gülgəz

USTADNAMƏ*Dərdü qəmin ərbabıyam,

Aşıq Abbas Tufarqanlı1 saat 5 dəq
Azərin duası

Həsrət qalıb doğma yurdun nazlı müşfiq qucağına,Gözlər yaşlı, boyun bükük, vətənsizmi öləcəyəm?

Almas İldırım1 dəq
Əvvəlinci məclis

Əhvalat vaqe olur Ağa Heydərin salonunda. Avropa qaydasında bəzənmiş Zinyət xanım, Güldəstə əyləşiblər, Kərbəlayı Rəcəb ayaq üstə.*Kərbəlayı Rəcəb**. Çünki mən həmişə kantorda olurdum, bu evə az gəlib gedirdim, ona görə Zinyət xanım, siz məni yaxşı tanımırsınız, amma, bax, bu Güldəstə məni yaxşı tanıyır. Mən yalan bilmərəm, oğurluq bilmərəm, həllə-huşluq bilmərəm, odur ki, mərhum Ağa Heydər məndən suvay heç kimə etibar etməzdi... Banklara pulu mən aparardım, mən gətirərdim... Əlimdən hər bir şey gələr, xanım, amma dələduzluq gəlməz. Bax, Allah verə bu ev dolu qızıl olsun, gözümün quyruğu ilə də baxmaram.

Nəcəf bəy Vəzirov15 dəq
Beşi nə

Beş yaşımdan on beş yaşa yetişdim,Beşin atdım, beşin tutdum, beşi nə?

Xəstə Qasım1 dəq
Gümrü qızı dastanı

Birinci hissə**Gümrü şəhərinin çiçəklənən dövrləri idi. Ədalətli Gümrü sərdarı ölkədə qayda-qanunu bərpa etmiş və özbaşınalığa son qoyulmuşdu. Daha yolları kəsib xərac almaq, oğurluq, soyğunçuluq, demək olar ki, yaddan çıxmışdı.

Aşıq Heydər18951 saat 10 dəq
Birinci pərdə

Birinci şəkilKüçə. Aslan gəlib ətrafa diqqətlə baxır, heç kimsənin olmadığını görüb fit çalır, əlində portfel olan Fərman tələsik səhnəyə çıxır.*

Sabit Rəhman196439 dəq
Yazımız, dilimiz, “ikinci il”imiz

Möhtərəm şair və ədibimiz Ə.Hüseynzadə cənabları “Tərəqqi”nin 13-23-cü nömrələrində yuxarıdakı ünvan ilə yazdığı məqalələrində, hamımıza aid ən əhəmiyyətli bir ehtiyacdan, ən lazımlı bir məsələdən bəhs edir ki, bunun üçün hamıdan irəli ədibimizə öz təşəkkür və ehtiramımı təqdim edirəm.Öz əqidəmizə görə, Hüseynzadə cənablarının yazılarının bir parasını haqlı və çoxunu haqsız tapdıq. Onun yazdığının gödəkcə məzmununu, bəzən eynini yazıb altından öz fikrimizi bəyan edirik.

Ömər Faiq Nemanzadə190931 dəq
İstərəm

Könül verib sevdiyimi,Hamıdan başda istərəm.

Aşıq Bəsti1 dəq
Moskvada iki il

Bakıdan ayrılalı on beŞ gün olurdu. Moskva ətrafına gəlmiŞdik. HaradayerləŞəcəyimizi düŞünürdük. Yəni bir məchulatla qarŞılaŞırdıq. Stalin münasib bir

Məhəmməd Əmin Rəsulzadə195435 dəq
Qəzəl: Nolə ki bağrımı həm çeşmi-giryan eylər

Nolə ki bağrımı həm çeşmi-giryan eylər,Mənə fərman özünündür nə ki canan eylər

Qövsi Təbrizi1 dəq