Rekonstruksiya

Tozu dumana qatdıq, dumanı toza qatdıq,Ortabab kəndliləri çəkdik kolxoza qatdıq.

Mikayil Mushfig1 min
Yay səhəri

Əkinçilər, – yay gecəsiydi kənddə –Yorğun, arğın yeni çimir etmişdi.

Abbas Sahhat19121 min
Mənlik

Oyunda təngnəfəs oldu bir kərə,Həkimlər sağaltmaq istədi onu.

Tofiq Bayram1 min
Qəhqəhə ilə

Mən qəmliyəm,Sən daim şən.

Mirvarid Dilbazi19991 min
Neçədi

O kimdi ki, dünyaya gəlməmişdən,Onların şəkili vardı behiştdə?

Ashiq Qurbani1 min
Səkkizinci şəkil

Şamilin mənzilində başqa bir otaq. Açıq pəncərədən eşikdə əli silahlı gəzinən qarovulçu görünür. İçəridə Tamarin yalqız durmuş, dərin xəyal içindədir.*Tamarin** (*gözlərini uzağa zilləyərək*)

Mehdi Huseyn6 min
Ağ libasda

Fransız rəvayəti*Üzündə buludlanan kədəri qovdu ana,

Qabil19785 min
Deyə bilmərəm…

Məni də belə yaratdın, tanrım,Dözümlü, kövrək, sakit, sadədil…

Jabir Novruz19931 min
Mən səni

Qeysər**Düşübsən nagahın cəngi-dəstimə,

Novras Iman1 min
Nə gözəldir uşaqlıq

Uşaqları qırdılar,Uşaqlığı qırdılar,

Hokuma Billuri1 min
Dördüncü hissə, 10

Qurğuşun kimi ağır və qatı bir qaranlıq qanad gərib seminariyanın üzərinə çökmüşdü. Sinif otaqlarında yanan işıqlar gecənin qaranlığını boğa bilmir, solğunlaşıb pəncərələrdə öləziyir, duman arxasında imiş kimi güclə görünürdü, Məktəbin həyəti bomboş idi. Pəncərələrdə titrəşən kölgələrdən başqa seminariyanın binasında canlılıq əlaməti yox idi. İnsanı qurğuşun kimi əzib, qüssə və kədərə qərq edən bu ağır sükutdan adamın qulağı güyüldəyirdi. Ancaq Petrov heç nəyə fikir vermədən bir kabus kimi sinif otaqlarının qabağında dolaşırdı. O hər şeyi bilmək, hər pıçıltını dinləmək və hər sözü eşitmək istəyirdi. O, bu dəfə adəti xilafına ayağını yerə astaca basır və çalışırdı ki, çəkmələri səslənməsin.Petrov xeyli dolaşdı, pəncərələrin önündə ayaq saxladı və nəhayət, müsəlman şöbəsinin otaqlarına yaxınlaşdı. Qapıların dalında ayaq saxlayıb içərini dinşədi və axırda Əşrəf oxuyan qrupun pəncərəsinə yaxınlaşdı. Özünü göstərməməyə çalışaraq, ehtiyatla içəri boylandı.

Ismayil Shykhly195710 min
Soruş

Mənim kimliyimi, mənim adımıVətənimdən soruş, elimdən soruş.

Madina Gulgun19641 min
Sevmirəm buludları

Göyə bulud gələndə,Ürəyim sıxılır bərk,

Zeynal Jabbarzade2 min
At igidin qardaşıdı

Həmzə, atı yaxşı saxla,At igidin qardaşıdı.

Folk literature1 min
Nəğmələrin yuvası

Gecə düşür...susur bütün nəğmələr,

Ali Kerim1 min
Dil eşq yolunda zar olubdur

Dil eşq yolunda zar olubdur,Bir gül həvəsində xar olubdur.

Abbasgulu agha BakikhanovGhazal1 min
Məhtaban 15

Həlaku xan marıqda duran yalquzaq kimi kənardan göz qoyur, öz əlaltılarını xəlvəti Məmalik mülkünə göndərir, yeni doğulan varisdən sonra baş verən islahat və təbəddülatdan xəbərdar olmaq istəyirdi. Onun göndərdiyi əlaltılar da müəyyən yerləri gəzib-dolaşandan sonra dönüb Həlaku xana Ərdaha kəndlərində, obalarında başlanan əcaib işlərdən danışırdılar. Çalbığ Həlaku gözünü yumub digərini açır, öz casuslarını diqqətlə dinləyir, Məmalikin gözlənilməz əliaçıqlığına, səxavətinə heyran edirdi! Həlaku Məmalik mülkündə görünən əcaib işlərə heç də biganə qala bilmirdi:“Necə yəni itaətdən çıxan rəiyyətə-rəncbərə bu əndazədə güzəştə gedəsən, onları neçə ilin vergilərindən azad edəsən, özünü yaxşı xan kimi qələmə verib, qonşuluğunda olan Həlakunu gözdən salasan? Necə yəni qonşuna, qohumuna badalaq gələsən?.. Obaarası yol çəkdirmək, aca-yalavaca ehsan etmək, çay üstündən körpü saldırmaq, çeşmə düzəltdirmək, özünü adil, qonşusunu zalım deyə dilə-dişə salmaq ki, baxın, görün rəiyyətə-rəncbərə güzəştə getməyinin adına nə deyirlər?..”.

Suleyman Rahimov8 min
Otur evdə

Otur evdə, bürün kürkəDağda vardı boran, şair.

Habib Saher1 min
Zülfün

Gərdənində, qamətində ayıb yox,Amma nə gözəldir pərişan zülfün!

Molla Panah Vagif1 min
Üçüncü məclis

Səlman bəy** (tək, gəzinə-gəzinə). Dünyada əvvəlinci düşmən odu ki, qeyrətə, namusa dəymiş ola, rahatlığa və güzarana mane ola. Həzərat, and olsun Allaha, mən elə işi düşmənə də arzu eləmərəm. Bu gündü, hansı ki, mən çəkirəm?.. Düşmüşəm od-yalovun içinə. Öz evimdə nə insaf görmürəm, nə mürvət, nə ehtiram, nə məhəbbət və nə də mədara. Qalmışam naçar... Vurub özümü öldürsəm, namazıma da duran olmaz, goruma söyərlər. Öldürməzsən, başına nə çara qılasan? Bir tərəfdən bir yetimi götürüb külfət olmuşam, boşarsan, olu bədbəxt və bitəqsir, onu necə boşayasan, o biri tərəfdən ana... İnsan oluncan at olaydı adam, heç olmasaydı nə olurdu... (Başını tutub oturur. Səttar və Şamama xanım daxil olurlar.)Şamama xanım** (yıxılır Səlman bəyin ayağına). Səlman bəy, atam-anam sənə qurban, məni başına çevir, mənə bir əlac elə, mən tab eləyə bilmirəm, canım gəlib boğazıma. (Ağlayır.)

Najaf bey Vazirov18905 min
Dünya, ey gözəl dünya

Gündüzlər – al Günəşin,Gecələr – gümüş Ayın;

Zeynal Khalil19722 min
Xoş gəldin

Başına döndüyüm ay Əsmər xanım,Təşrif qılıb sən bu bağa xoş gəldin.

Ashiq Abbas Tufarqanli1 min
Birləşən iki nəhr

Tarix boyu axdığı yerdən alıb izini,Qoşmuş dəli Quzğuna Kür çağlaya-çağlaya.

Almas Ildyrym1 min
Niyar karvanı

Hələ oyanmamış günəş yuxudan,Yenicə boylanır üfüqdən səhər.

Balash Azeroghlu2 min
İki ildir vafat edib Sabir

İki ildir vgfat edib Sabİr,Onu millət gözəlcə yad eliyib,

Aligulu Gamgusar1 min
Bir eşqin nəticəsi

Bir pərdədə iki şəkilli piyes*Bakı – 1922*

Suleyman Sani Akhundov1 min
Eyləsin

Bir kimsə yox izhar edəm dərdimi,Deyəm durub mənə dərman eyləsin.

Usta Abdulla1 min
Nə seçsin müştəhid, nə bilsin alim

İstərəm mən bir söz bünyad eyliyəm,Şahım, sana məlum olsun kamalım.

Khasta Qasim1 min
Aşıq Heydərlə Aşıq Qənbərin deyişməsi

Aşıq Qənbər:Başım neçə daşa dəyib,

Ashiq Heydar1 min
Dilimiz və İmlamız

Ədəbiyyatı olmayan bir millətin, dilsiz insanə oxşuyacağım söyləmək üçün dəlilə, təfsile hacət yox sanıram. Çünki ən böyük şahid keçmiş hallar, indiki vüquatlardır. Bundan ötrü örnək, misal axtarmaq üçün də uzaqlara getməyək: iştə başda çərkəz, ləzgi… dilləri, sonra da bizim türkcəmiz. Mədənilik ləzgilər, çərkeslər arasında yayıldıqca öz dilləri de yoxluğa doğru yayılacaq. Bir vaxt olacaq ki, o kimi dillərin tarixdə ancaq adlan qalacaq. Neyçün? Çünki yazısı, imlası, ədəbiyyatı yox. Bu bir həqiqətdir; çaxotkaya, vərəmə tutulmuş bir bəxtsiz adamın öləcəyi qədər bəllidir. Türkcəmiz, hər nə qədər tez-gec, həqq rəhmətinə gedəcək olan o dillər kimi deyildir. Amma bugünkü qaydasızlıq naxoşluğuna vaxtilə dərman etmək çarəsini axtarmazsaq, onun bu yaman halının da çox uzanacağından qorxulur.Bu qorxu, millətini sevən her homiyyətlini düşündürsə gərəkdir. Çünki dadlı dilimizin yavaş-yavaş aşağıya doğru düşdüyünü görürüz. Sevgili dilimizin aramızdan artıq qiyməti gedir. Halbuki bu zamanda hər millət öz dilini saxlamaq üçün varını yox, canını belə fəda edir. Ne edək? Bizim bir çox işlərimiz kimi bu da böylə düşür: Qafqaziyalı, elmli iki türk yarım saata qədər öz ana dilləri ile danışsalar darıxırlar.

Omar Faig Nemanzadeh19045 min