Баба Пюнхан
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Bizdə hər şey satılır, bircə həvadan qeyri,Bizdə hər şey tapılır, zülmə dəvadan qeyri.
Az.TVBu riya dünyasına ən yaxşı meydan Az.TB.Ev qurub antennasında sanki şeytan Az.TB.
Belədir ki, hələ ki...Özünü yorma, əzizim, belədir ki, hələ ki,Kişilər nakişələrçün kölədir ki, hələ ki.
Hamı cığal içindədirƏl əli, əl də üz yuyur – ölkə zaval içindədir,İynə çuval içindədir, xəlq sual içindədir.
Erməni arvadı varSəndə Çaplindən füzun, artistlik istedadı var,Əsl artist sənsən, o Çaplinin ancaq adı var.
Heçdən təki, əladı ki...Ayda üç şirvan idi, artmış iki, əladı ki,Get-gedə dövlət seçir, tükdən tükü, əladı ki.
Gəlim, gəlməyim?Bir yanı yandır, belə bir yanə gəlim, gəlməyim?Yaz mənə bir Azərbaycanə gəlim, gəlməyim?
Seçilib diqtə iləBu gözü çıxmış elin icrə aparsan soru da.Görəcək bir göz ilə yaxşını da, nankoru da.
Çumur-çumur adın nədir?Gələn gəlir, gedən gedir, çumur-çumur adın nədir?Qalan nədir, gedən nədir, çumur-çumur adın nədir?
Yazdıqca Pünhan dəf kimiYeddi nəslinçün yaratdın gün-güzəran dəf kimi,Bilmədin bir gün əsəbdən partlar insan dəf kimi.
Ağsaq ayaqnan sürürükBu ömür yollarını yaxşı soraqnan sürürük,Başımız üstə çəkic, əldə oraqnan sürürük.
No... olub ala?!Qatmısan sən gənə də malı-mala – no...olub ala?Qazıyırsan ayağım altda çala – no...olub ala?
Badımcan olduğundandırÜzün daim gülür, bu xoş güzəran olduğundandır,Cibində paçkələrnən yəni şirvan olduğundandır.
Məhşərlə tamam olmalıdırKişinin ağzı bütöv, söhbəti tam olmalıdır,Kişinin bir sözünə, nakişi ram olmalıdır.
Budur ölsəm kəfənimElə bir kürsüdəyəm piylənir hər gün bədənim,Handa bir enli kresloya da yerləşmir enim.
Yoxdur çörək kiGərəksizlər gərək olmaz gərək ki,Gərəkdir ki, gərəksizlər görək ki.
Siçan öküzdən ayrılıbZaman-zaman ötüb zaman zəmanə bizdən ayrılıb,Zəmanələrdə az olub ki, əyri düzdən ayrılıb.
Ağızlar sulanıbYenə yaz fəsli gəlib, göylər üzü durnalanıb,Ölməyib şükr ola millət baharaycan dolanıb.
Xəlçə-palaz üstə gəlirYetişir dövrü-zühur, haqq taraz üstə gəlir,Azı çoxdan tələsir, çoxları naz üstə gəlir.
Barmağa dünya dolanıbDəyişib dövri-zaman, dövrə müəmma dolanıb,Pisə mənsəb verilibdir, düzə «əmma» dolanıb.
Məni çırpar pola buOla bir yaxşı «kreslo» ola sərvət, ola bu,Yapışıb valla dilimdən məni çırpar pola bu.
İdyot medlenno, medlennoAzerbaydjan v novıy vek idyot medlenno, medlenno,Kto imenno ne znayu, vedyot medlenno, medlenno
Başda baş bədənsiz olarXəzanə dönsə bahar, bağ yasəmənsiz olar,Fəraqdən batar bu bağ, yasə mənsiz olar.
Adəm gedim insan giləKüsmüsən canandan, ey can, dur gedək canan gilə,Bir də heç vaxt olmayaq mehman, şəbi-hicran gilə.
Ümumi dövlət olsunQoy olsun, olsun, olsun, şan ilə şöhrət olsun,«Cip»imdə madmazellər, cibimdə rüşvət olsun.
Ən yaxşı yol...İlahi, bu nə qəmdir, nə zülümdür?Ölən bülbülümdür, solan gülümdür.
Bakıda kişi çoxalıbYerevan kəşfiyyatının agenti Artavası keçən ay Bakıya göndəriblər ki, get bir az məlumat topla gətir. Baxmayaraq ki, mütəmadi olaraq mərkəzi qadın bərbərxanasında işləyən agent Sirr-Anuş bizim sirləri hər gün Yerevana çatdırır, amma bu dəfə Artavasın əlinə fotoaparat da veriblər ki, əhalinin şəkilini çəksin. Mən də o gündən qorxuya düşmüşəm ki, bu alçaqlar birdən Novruz bayramında terror-zad eləmək istəyərlər.Sonra yadıma düşüb ki, yox, böizim KQB okeanın o tayında, hətta balıqların da bilib susduqları işləri aça bilirsə, ermənilərin terror törətmək niyyətlərini bilmək onlar üçün «ikruşka»dır. Və sakmtləşdim. Bəli, Artavas keçən ay Yerevandan əlində fotoaparat «Po-plostunski», yəni sürünə-sürünə üzü Bakıya tərəf yola düşüb. Bir aya yaxın sürünən agent yollarda heç kəsə rast gəlməyib. Bakıya çatanda görüb ki, ay dadi-bidad, bütün Azərbaycan burda imiş ki. Və urusun verdiyi bombalardan bircəciyinin bu əhaliyə bəs edə biləcəyinə sevinib.Deyirəm, gör bizdə zəhmə bax ki, o boyda Bakıya qədər sürünüb və bura çatanda heı qorxusundan ayağa da durmayıb ki, fərli – başlı şəkil çəkə bilsin. Şəkilləri elə uzanan yerdə çəkib. Lazımi adamlarnan görüşəndən və lazımi obyektlərin şəkillərini çəkəndən sonra qohum-əqrəbası onu Binə aeroportundan yola salıb. Yerevanda şəkilləri çıxarıb görüblər ki, bu nədir, şəhərin hansı bir nöqtəsində şəkil çəkiblərsə, adamların hamısı kişi çıxıb. Qalıblar çaş-baş ki, bəs bunların qızları, arvadları necə oldu. Düşüblər qorxuya (hə, belə qorxarsız, a!) Az sonra mənim özünümü də fikir götürdü. Axı bizdə bu qədər kişi yoxdur. Olsaydı, yəqin ki, Qarabağı çoxdan alardıq. Əşi, birdən-birə adıma nə düşsə yaxşıdır. Axı bu zalım oğlu şəkilləri uzanan yerdə çəkib. Camaatın şəkli beldən aşağı düşüb. Axı, bizdə də hamı şalvar geyinir. Deyirəm, heç özümüzün də xəbərimiz olmadan erməninin gözünü qorxutmağın üsulunu əla tapmışıq.
Haykanuşkın gözləriƏsrlər bir-birini əvəz etdikcə, bəşər, cəhalət dövrünü min illər arxada qoydu. Və 2000-ci ilin astanısında demək olar ki, sivilizasiyasının ən yüksək zirvəsinə çatdı. Desəm ki, sivilizasiya ilə birlikdə nadanlıq da artmağa başladı, çoxları mənə gülər. Gülən o adamlar olar ki, nadan sözünün mənasının dərk etməzlər və onu keçmişə aid edib cəhalət ilə səhv salarlar. Nəticədə mənim özümü nadan hesab edib, öz nadanlıqlarını biruzə vermiş olarlar. Zaman keçdikcə nadanlar Allahın yaratdığı insanı bəyənməz və onda dəyişiliklər etmək fikrinə düşərlər. Məsələn, deyərlər ki, əğstafürüllah, Allah mənim cinsimi düzgün yaratmayıb. Və onu dəyişərlər. Burunlarını sındırıb kmçildərlər, oralarını şişirdərlər, buralarını şişirdərlər. Həmişə şükürlər edirəm ki, nə yaxşı .lkəmizdə belə şeylər yoxdur. Yoxsa o paxıllıq ki, bizdə var, Allaha and olsun bir-birinin acığına ora-buralarını o qədər şişirdərlər ki, heç adama oxşamazlar.Məni bir məsələ narahat etməsəydi heç bu mövzuya toxunmazdım. Son vaxtlar Bakıda gözlərinin təbii rəncini dəyişmək üçün imkanlı qızlar və oğlanlar linzalar taxmağa başlayıblar. Bununla əlaqədar olaraq Danabaş Kəndinin Kəşfiyyat İdarəsinin agenti Məmmədhəsən əmi redaksiyamıza gəlib elə şok açıqlamalar verdi ki, gözlərim kəlləmə çıxdı. O dedi ki, bu linzaları Fransanın erməni icmasının «Haykanuşun gözləri» firması istehsal edir. Və gözü çıxmış ermənilər də elə linzalar buraxıblar ki, onu gözünə taxan adam erməniyə oxşasın. Onlar yaxşı bilirlər ki, öizimkilər də erməni görən kimi öldürməsələr əl çəkən deyillər, özü də Bakıda. Deməli, bu linzaları təxribat törətmək məqsədi ilə istehsal ediblər. Birdən qayıdıb soruşarsınız ki, bəs Bakıdakı 30 min ermənini görən yoxdur? Elə deyil. Onlar özüiüzünkülərdir. Yəni, əl ermənilərindir. Söhbət isə xam ermənilərdən gedir. İnanın, bizim kişilər bilsələr ki, o, 30 min ermənidən başqa bura bir erməni ayaq basıb, onun axırına çıxmasalar gecə səhərədək yata bilməzlər. Biz axı... bilirsiniz də...
Köçəryanın yuxusuSon zamanlar ermənilərlə bağlı yuxular görməyə başlamışam. Hərdən eləsin görürəm ki, vallah yazmağa da, danışmağa da qorxuram. Deyirəm, Allah eləməmiş, səlahiyyətli bir adamın beyninə düşər ki, verin bunu məhkəməyə, yuxusunda erməni görür. Amma açığını deyim ki, birinci yuxumu qəzetdə yazanda məni heç tutub eləmədilər. Sonra öz-özümə fikirləşdim ki, əşşi, yuxuya görə adam tuturlar?Yuxuda görmüşdüm ki, Qarabağ əvvəlki kimi yenə bizdədir. Və yenə erməni-müsəlman qardaşcasına bir yerdə yaşayır. Amma Qarabağın ayrı-ayrı rayonlarına hələ icra hakimi təyin olunmayıb. O yerlərə adam tapmağı guya tapşırıblar mənə və qarşıma belə bir şərt də qoyublar ki, əmin-amanlığın qorunması naminə həmin adamlar yarı erməni, yarı azərbaycanlı olmalıdır. Mən də radio vasitəsilə belə bir elan verirəm ki, hansı azərbaycanlıda erməni qanı varsa, səhər saat 10-da gəlsin filan binanın qabağına, amma ürəyimdə fikirləşirəm ki, axı bu nə işdir, tapşırdılar mənə. Bakıda belə adam yoxdur axı?! Təmiz ermənilərin olduğunu bilirdim. Onu televizorda dəfələrlə eşitmişdim. Amma qarışıq... nə bilim. Səhər saat 10-da dediyim yerə gələndə gördüm burada o qədər adam var ki, gəl görəsən. Adamları aralaya-aralya elə birinci mərtəbənin eyvanına çıxıb, tribuna əvəzi ordan danışmağa bşladım. Dedim, ay camaat, doğurdanmı siz hamınız o mən deyənnəsiz? Yerlərdən qışqırdılar ki, bəli, bəli. Lap elə sən deyənnənik, heç ora-burası yoxdur. Hərə cibindən bir sənəd çıxarıb başı üstündə yelləməyə başladı. Biri dedi, atam ermənidir, o biri dedi xalis erməniyəm. Özü də hamısı samballı yerlərdə işləyən adamlar idi. Dedim yəqin bunlar məni ələ salırlar. Başladım bir-bir sənədlərini yoxlamağa. Gördüm düzdür. Amma inanmadım. Dedim sənədləriniz saxtadır. Vəzifə xatirinə düzəltdirmisiniz hamınız, yalançısınız. Gördüm izdiham yavaş-yavaş yeriyir üstümə. Aradan çıxmaq istədim, alınmadı. Tutub məni o qədər döüdülər ki, ayılanda gördüm çarpayıda yox, yerdəyəm. Başım da partdaq-partdaqdır. O gündən sonra yenə ermənilərlə bağlı bir neçə yuxu gördüm. Amma sırağagün gördüyüm yuxunun qəribliyi indiyəcən məni öz təsirindən saxlaıb. Dedim qoy qəzetə yazım ki, bəlkə bir yozan tapıldı.
Bilmədim sən bilmisənMən sənə biganə qaldım, bilmədim sən bilmisən,Ey əsir qız, toy da çaldım, bilmədim sən bilmisən.