Произведения
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
..........................
QızılbaşoğluBir azdan Fatma nənəmi gətirən Qızılbaşoğlu Alı da gəldi. Bu, uzunboylu, xına rəngində saçları boynunun ardına tökülmüş, ayaqlarında uzunboğaz çəkmə, əynində sərdari çuxa, başında gümüşü papaq olan bir oğlan idi. Belində ağac qoburlu onatılan tapança var idi.– Necəsən, bacı? – deyə anamla hal-xoş eləyib Güllünün içəridən gətirdiyi stulda əyləşdi.
Ana dilimQalxıb Şahdağına söz istəyirəm,Çatsın hay-harayım dinləyənlərə.
YaralanmamışTərlan könlüm qaynağında şir istər,Gətirə şikarın yaralanmamış.
Xətayi(poemadan parça)*Xətayi at belində,
Bu yoldaÖlümün gözünün içinə baxıb,Sonra bir şam kimi sönəcəyəm mən.
Dahi sənətkarI**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.
BiləydiMən onu bir könüldən, min könülə sevmişəm.Bu saf məhəbbətimdən görən xəbəri varmı?
Alım qadanıYırtıldı bütün pərdələr,Hamının üzü açıldı…
KabusBizə yad kabus bax kölgə salıb,Bu ölümdür, bu ölüm kölgəsidir!
Qəhqəhə iləMən qəmliyəm,Sən daim şən.
Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boyı bəyan edərQAZAN BƏG OĞLI URUZ BƏGİN TUTSAQ OLDIĞI BOYI BƏYAN EDƏR, XANIM, HEY!Bir gün Ulaş oğlı Qazan bəg yerindən durmışdı. Qara yerin üzərinə otaxlarm tikdirmişdi. Bin yerdə ipək xalıcası döşətmişdi. Ala sayvan gög yüzinə aşanmışdı. Doqsan tümən gənc oğuz söhbətinə dərilmişdi. Ağzı böyük xümrələr ortalığa salınmışdı. Doquz yerdə badyalar qurılmışdı. Altun ayaq, surahilər dizilmişdi. Doquz qara gözli, örmə saçlı, əlləri biləgindən qınalı, parmaqları nigarlı, boğazları birər qarış kafir qızları al şərabı altun ayağla Qalın Oğuz bəglərinə gəzdirirlərdi. Hər birindən Ulaş oğlı Salur Qazan içmüşdi. Çırğab-çırğab çadır, otaq bağışlardı. Qatar-qatar dəvələr bağışlardı. Oğlı Uruz qarşusında yay söykənib durardı. Sağ yanında qardaşı Qaragünə oturmışdı. Sol yanında dayısı Aruz oturmışdı.
Beşinci fəsilİlk zamanlar Fridun gözləyirdi ki, Kürd Əhməd gəlib ona bir iş düzəldəcək, bir yol göstərəcəkdir. Lakin günlər keçir. Kürd Əhməddən heç bir xəbər çıxmırdı. İki dəfə də həmin ünvana getmiş, hələ Kürd Əhmədin qayıtmadığın öyrənmişdi. Nəhayət, “xalqın boğazına suvaşmaq nəyə gərəkdir” deyib, öz-özünə bir çarə düşünməyə başladı. Darülfünunda hələ dərslərin başlanmasına iki ay qalırdı. Ora daxil ola bilsə belə yenə əlini bir işə çatdırmalı idi. İşsiz nə yaşamaq, nə də oxumaq mümkün idi. Tezliklə özünə bir iş tapmasa saatdan aldığı pul da qurtaracaqdı. O zaman istər-istəməz Sərxangilin boynuna düşəcəkdi. Əlbəttə, buna yol vermək olmazdı. Bir gün belə onların hesabına yaşadığını təsəvvür etdikdə öz-özünə artıq və yaramaz bir şey kimi görünürdü. Lakin Tehranda o özünə necə bir iş tapa bilərdi? Təbrizdə olduğu kimi, ibtidai məktəbdə müəllimlik yeri alsa, yaxşı olardı. Lakin buna ümid az idi. Tehranda ali təhsilli adamların belə işsiz gəzdiyini bilirdi. Halbuki, onun məlumatı orta təhsil həcmində idi. Buna baxmayaraq, evdən çıxdıqda birinci olaraq maarif vəzarətinə getdi və vəzarətin qapılarında oturub söhbət edən, gəzişən, tez-tez girib-çıxan çoxlu müəllim gördü. Onların qeydkeş simaları, bir-birilə olan qırıqkəsik söhbətləri iş dalınca gəldiklərini göstərirdi. Fridun içərisindəki həyəcanı boğaraq, sakit bir görkəm almağa çalışıb, cavan bir müəllimə yaxınlaşdı, yeni təyinat almaq üçün kimə müraciət etmək lazım gəldiyini soruşdu, müəllim başdan-ayağa onu süzüb:– Təhsilin nədir? – deyə soruşdu.
Firəng məclisiZiyafətdə bir gecə oturmuşdu bir cavan,Eşqin məngənəsində gördüm onu xəstəcan.
Eşitdim ki, yazıb FitrətEşitdim ki, yazıb Fitrət təzə bir şeri-nab indi¹,Cavan şairlərə söylər ki, versinlər cavab indi.
Təbrizim mənimTəbrizim-mənsizim*R.Rza*
Əlvida, Bakı(Türküstana gedərkən)Əlvida, ey müşfiq ana, əlvida…
Vaxtı deyilGetdim ala gözlü yarla danışam,Dedi oğlan, dur get, söz vaxtı deyil.
NişanasıDuman, çiskin qalxdı ərşi-səmaya,Görünmür gözümə dağ nişanası,
7Kosaoğlu oturmaq istəmədi. Otağın ortasında dayanıb, etinasızcasına divardakı şəkillərə, kitab şkafına, qalaq-qalaq yığılmış qəzetlərə, kilabçalara baxdı. O özünü elə aparırdı ki, guya buraya təsadüfən gəlmiş və bir-iki dəqiqədən sonra çıxıb gedəcəkdir. Nəsib dayı da ona fikir vermir, qəzetləri çevirib nə isə axtarırdı. Onlar zahirən özlərini nə qədər laqeyd aparsalar da, bir-birini gizlin-gizlin süzür, hər kiçik hərəkəti belə gözdən qoymurdular. Kosaoğlu idarədəki qəzet və kitabları nəzərdən keçirdikdən sonra acı-acı gülümsədi. "Bu kişi təzədən alimmi olacaq, bu qədər kitab-dəftəri neyləyir?" - deyə fikirləşdi. Özünü saxlaya bilməyib soruşdu:– A Nəsib, bu kağız-kuğazla əlləşməkdən doymadınmı? Elə mən gözümü açandan səni belə görmüşəm.
Nazim yadıma düşdüDağların dağa bənzər!Yanıq bağrın nə qaradır,
Adı var, özü yox(Komediya)*Əhli-məclis
Dərd ayağındanBaşına döndüyüm, ay Gülgəz Pəri,Çəkərəm hicranı dərd ayağından.
IÜrəyim, nəfəsim, alim-şair*oğlum Şamoya*
AşnalığıAy ağalar, gəlin sizə söyləyim,Əzəl yaxşı olar, yar aşnalığı.
StatistikaHər hansı məmləkətdə ki, sabun və kağız çox istemal oluna, o dəlildir o məmİəkətin mütəməddin və əhalİsinin əhli-maarıf olduğıına. Həqiqətdə mən bu mətləbi oxuyub çox şad oldum ki, əgor vaqedə elaməti-təreqqi sabun ile kağızın artıq işlənmeyində olsa, əlhəmdüilİllah, biz müsəlmanlardan yer üzünde maarifmənd bir tayfa yoxdur. Çünki cəmi aləm bilir kİ, müsəlman millətindən artıq təmizliyə rağib bir millet ola bilməz, Bu sözlərə inanmayan ya təşrif aparsın İranın o gözal, saf ve təmiz hamamlarına, əgər trana da əli çatmasa, buyursun Qafqaz şəherlorinde müsolman məhəlləlerinə, ta görsün ki, hamamlarda, maşallah, her gün camaatın çoxluğundan iynə salmağa yer yoxdur və hətta elə olur kİ, üç-dörd adam sığışmayan bir hovuza birdən qırx adam soxulur.Bu məsələ ki, həli olundu, ındi keçək kağız işlətmək məsələsinə. 1909-cu ilin statistikasma görə həmin ii yalnız bir İranda doqquz milyon doqquz yüz doxsan min batman mərənddaşı üst-üste kağız işjənnıişdir. 1909-cu ildə Imnda işlənən kağtzın surəfi:
Dördüncü pərdəSəhnə birinci pərdənin mənzərəsini göstərir. Həyətdə skamyanın qarşısında bir masa, üstündə bir neçə kitab. Qəmər kitabların şəklinə baxarkən gözünə bir məktub sataşır.*Qəmər** (*məktubu əlinə götürüb*). Bu Zöhrənin xəttinə oxşayır. Yox, səhv edirəm, Zöhrə Çingizə məktub yazmaz. Qoy açıb oxuyum, onda mə’lum olar. Yox, özgənin məktubunu oxumaq qəbeh şeydir. Qoy başını açıb oxuyum, onda mə’lum olar, dalını oxumaram. (*Məktubu paketdən çıxarıb oxuyur.*) «Ey qəlbimin sultanı, sevgili Çingizim!» Aha, qəlbimin sultanı, sevgili, bu məktubdan ətir iyi gəlir. Gərək oxuyam. (*Oxuyur*). «Tam bir aydır ki, nə gecə, nə gündüz bir an xəyalımdan çıxmırsan. Ah, hicran atəşi, məni yaxıb yandırır. Çingizim, daxi səbir edə bilmirəm, məhəbbətin uğrunda şam tək əriyən, eşqindən məcnun olan Zöhrəyə rəhmin gəlsin». Hə, doğrudan da yazan Zöhrə imiş. Ey bivəfa Zöhrə, bəs sən mənlə belə dost imişsən? Mənə bir çox məktub yazmışsan, heç birində işarə edə bilməmisən. İndi sirrini məndən bərk saxla. Başa düşdüm ki, Zöhrəni şair edən nə imiş. Çingizə ah çəkdirən nə imiş. (*Məktubu gizlədib kağız yazır.*) Zöhrə xanım, məktubu belə yazırlar, özü də şe’r ilə.
Pişik (2)Bir gün yoldaşım Məşədi Mozalan bəylə divarın dibində əyləşib İranın indiki vəzirləri kimi dərdləşirdik. Yoldaşım başladı ki, Lağlağı, bir hekayə söylə, vaxtımız keçsin. Mən de başladım.Heç yadımdan çıxmaz, 8-9 yaşında idim. Bizim evdə bir ziyankar pişik var idi. Analığım hər ne gizlədirdisə, tapıb yeyirdi. Çox haramı idi. Lakin mən onu çox sevirdim. Bir gün atam işləməyə gedəndə analığıma tapşırdı ki, bu günə canım dolma istəyir, bişir, nahara gelərəm, yeyərik.
DüşdüQurudu kökümüz, bu Şura gəldi,Türk - türkdən ayrıldı, yaralı düşdü.
Касыда 29ای دل به عشق روی تو از جان برآمدهجان در هوای تو ز تن آسان برآمده