Əliağa Vahid: Eşq
Bu söz ki var, bunu, ey mahiparə, mən demişəm,Əsir edib məni ol zülfü qarə, mən demişəm.
Səninlə mən, gözəlim, aşinalıq eyləmişəmSəninlə mən, gözəlim, aşinalıq eyləmişəm,Səni vəfalı bilib, canfədalıq eyləmişəm.
Sevgilim, bir bilmədin, sənsiz nə möhnət çəkmişəm.Sevgilim, bir bilmədin, sənsiz nə möhnət çəkmişəm.Bivücud əğyarlərdən çox əziyyət çəkmişəm.
Könlümü zülfün xəyaliylə pərişan etmişəmKönlümü zülfün xəyaliylə pərişan etmişəm,Öz əlimlə eşq mülkün gör nə viran etmişəm!
Sevdayi-zülfi-yarə o gündən ki, düşmüşəmSevdayi-zülfi-yarə o gündən ki, düşmüşəm,Guya ki, dami-qəflətə möhkəm ilişmişəm.
Xaki-payinə o mahın dün səhərdən düşmüşəmXaki-payinə o mahın dün səhərdən düşmüşəm,Zərrə mehr etməz mənə, guya nəzərdən düşmüşəm.
Verən yoxdur nigarimdən nişan, yarəb, nə bədbəxtəm!Verən yoxdur nigarimdən nişan, yarəb, nə bədbəxtəm!Dönübdür kövkəbi-bəxtim güman, yarəb, nə bədbəxtəm!
Ey qarə gözlü, zülfün əlindən bəladəyəmEy qarə gözlü, zülfün əlindən bəladəyəm,Bir dərdə düşmüşəm ki, bu günlə səbadəyəm!
Sevgilim, zülfünə ənbər dedilər, mən də dedimSevgilim, zülfünə ənbər dedilər, mən də dedim,Üzünə mahi-münəvvər dedilər, mən də dedim.
Xatirim zülfün xəyalilə pərişan eylədimXatirim zülfün xəyalilə pərişan eylədim,Öz əlimlə könlümün mülkünü viran eylədim.
Bu çəkdiyim qəmi cananə mən özüm demədimBu çəkdiyim qəmi cananə mən özüm demədim,Desəm, gülər bizə biganə, mən özüm demədim.
Min gözəl gördümsə, bir əhli-vəfasın görmədim!Min gözəl gördümsə, bir əhli-vəfasın görmədim!Çox cəfa çəkdim bu yolda, bir səfasın görmədim!
Gecə öz istədiyim yar ilə, işrətdə idimGecə öz istədiyim yar ilə, işrətdə idim,Sanki bir Adəm idim, guşeyi-cənnətdə idim.
Bir zaman mən də əsiri-rəhi-meyxanə idimBir zaman mən də əsiri-rəhi-meyxanə idim,Həvəsi-badə ilə aşiqi-peymanə idim.
Sən olmasan, gözəlim, gülüstanə baxmaz idimSən olmasan, gözəlim, gülüstanə baxmaz idim,Çəmən çiçəklərinə aşiqanə baxmaz idim.
Səni mən, ey büti-məhru, özümə aşina derdimSəni mən, ey büti-məhru, özümə aşina derdim,Xəyali-xam edib, cana, səni əhli-vəfa derdim.
Verməzdim əgər könlümü ol yarə, biləydimVerməzdim əgər könlümü ol yarə, biləydim,Yar olmayacaqmış məni-naçarə, biləydim.
Sənin gözəlliyinin mübtəlasıyam, gözəlim!Sənin gözəlliyinin mübtəlasıyam, gözəlim!O qarə gözlərinin can fədasıyam, gözəlim!
Xublar söhbəti üşşaqə cəfamış, nə bilim!Xublar söhbəti üşşaqə cəfamış, nə bilim!Ülfət etmək bu gözəllərlə xətamış, nə bilim!
Bir gül eşqində könül qan olacaqmış, nə bilim!Bir gül eşqində könül qan olacaqmış, nə bilim!Bülbülasa imiş əfqan olacaqmış, nə bilim!
Vurma o qarə tellərinə şanə, sevgilimVurma o qarə tellərinə şanə, sevgilim,Etmə məni bəlakeşi-divanə, sevgilim.
Könlümü etmiş cəmalın şövqü heyran, sevgilimKönlümü etmiş cəmalın şövqü heyran, sevgilim,Yox bəşərdə sən kimi istəkli canan, sevgilim.
Həmişəlik o gözəl yarım olsa mənimHəmişəlik o gözəl yarım olsa mənim,Yolunda sərf edərəm, hər nə varım olsa mənim.
Xeyli vaxtdır, ayrılıb məndən o cananım mənimXeyli vaxtdır, ayrılıb məndən o cananım mənim,Firqətilə gündə min dəfə çıxar canım mənim.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.