Seyid Əzim Şirvani · Qəzəl
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Səndən ey Kəbeyi-üşşaq, səfa görmüş idim,Əhli-eşqi səri-kuyində fəda görmüş idim.
Ta səhər şami-fərağın kövkəbəfşandır gözümTa səhər şami-fərağın kövkəbəfşandır gözüm,Əşki-gülgun içrə, ey bimehr, pinhandır gözüm.
Əgərçi sənsiz olur əhli-eşqə badə həramƏgərçi sənsiz olur əhli-eşqə badə həram,Ləbin xəyalı ilə vacib oldu şürbi-müdam.
O gün olsun ki, genə məclisə dilbər gəlsinO gün olsun ki, genə məclisə dilbər gəlsinÇıxıban bürcdən ol mahi-münəvvər gəlsin.
Mənə mehman idi ol sərvi-xuraman bu gecəMənə mehman idi ol sərvi-xuraman bu gecə,Məhfilim olmuş idi rəşki-gülüstan bu gecə.
Çəkmə, ey dust, bu gün daməni-səhrayə məniÇəkmə, ey dust, bu gün daməni-səhrayə məni,Yoxdur ol mah, aparma bu tamaşayə məni.
Sanma güldür gətirən səhni-gülüstanə məniSanma güldür gətirən səhni-gülüstanə məni,Gülə sənsiz nəzər etsəm gətirər canə məni.
Ey könül, ol gül üçün naləvü zar etmə dəxiEy könül, ol gül üçün naləvü zar etmə dəxi,Özüvü dideyi-əğyardə xar etmə dəxi.
Dustlər, mən görən ol dilbəri-ziba kim idi?Dustlər, mən görən ol dilbəri-ziba kim idi?Dağıdan gül üzünə zülfi-mütərra kim idi?
Ta məndən iraq ol büti-gülpirəhən olduTa məndən iraq ol büti-gülpirəhən oldu,Hər camə ki geydim, mənə qəmdən kəfən oldu.
Derdim ki, könül zirü zəbər olmasın, olduDerdim ki, könül zirü zəbər olmasın, oldu,Həmvarə gözüm əşklə tər olmasın, oldu.
Zülali-ləblərin “eynən tüsəmma səlsəbil” olduZülali-ləblərin “eynən tüsəmma səlsəbil” oldu,Dedim bir cürə ondan, aləmə qanım səbil oldu.
Qurban olum o gözlərə kim, gördü yarımıQurban olum o gözlərə kim, gördü yarımı,Yarım görən göz, əlbət alır ixtiyarımı.
İntizarım həddən ötdü, gülüzarım gəlmədiİntizarım həddən ötdü, gülüzarım gəlmədi,Sünbülüm, sərvim, gülüm, bağım, baharım gəlmədi.
Eşq əhli oldu hər biri bir canə müştəriEşq əhli oldu hər biri bir canə müştəri,Pərvanə oldu şəmi-şəbistanə müştəri.
Nola qan ağlasan, ey göz kim, ol huriliqa getdiNola qan ağlasan, ey göz kim, ol huriliqa getdi,Kəsib-arami-dil bizdən, o yari-dilrüba getdi.
Çıxmaz dili-zarımdan o rüxsar xəyalıÇıxmaz dili-zarımdan o rüxsar xəyalı,Bülbüldə əcəbmi ola gülzar xəyalı?
Ey saqiyi-gülçöhrə, mahi-rəməzan olduEy saqiyi-gülçöhrə, mahi-rəməzan oldu,Gülzari-rüxi-dilbər zəf ilə xəzan oldu.
Əmərəm ləblərini ta nəfəsim var mənimƏmərəm ləblərini ta nəfəsim var mənim,Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim.
Vermənəm könlümü bir dilbərə bundan sonraVermənəm könlümü bir dilbərə bundan sonra,Olmanam aşiq o siminbərə bundan sonra.
Dedilər xəlq ki, var badeyi-həmradə fərəhDedilər xəlq ki, var badeyi-həmradə fərəh,Yarsız görmədim ol cami-qəməfzadə fərəh.
Bahar oldu, könüllər şad olan mövsümdü, yarım yoxBahar oldu, könüllər şad olan mövsümdü, yarım yox,Başımda nəşeyi-mey, əldə cami-xoşgüvarım yox.
Gərçi dil seydinə, ey gül, xət ilə xalın varGərçi dil seydinə, ey gül, xət ilə xalın var,Leyk ondan bu gözəldir ki, gözəl halın var.
Xət gəldi ruyi-dilbərə, ey dil, hicabı varXət gəldi ruyi-dilbərə, ey dil, hicabı var,Zülfi-siyahı tək o gülün piçü tabı var.
Əhli-eşqin, zahida, cismindəki can özgədirƏhli-eşqin, zahida, cismindəki can özgədir,Aləmi-mənadə, bil, can özgə, canan özgədir.
Sinədən guşuma fəryadi-dili-zar gəlirSinədən guşuma fəryadi-dili-zar gəlir,Dərdi artıbdı, genə naleyi-bimar gəlir.
Qəsdi-can eylər, o fəttan gözlərin bidaddırQəsdi-can eylər, o fəttan gözlərin bidaddır,Bir kəbutər qəsdinə, guya iki səyyaddır.
Dersən mənə kim, huriyi-qılman olacaqdırDersən mənə kim, huriyi-qılman olacaqdır,Qismət sənə ol Kövsəri-rizvan olacaqdır.
Ey sariban, qətarımızı kuyi-yarə çəkEy sariban, qətarımızı kuyi-yarə çək,Rəhm et, bu dağidarləri laləzarə çək.
Dedim ki, yarə qəmi-hicr dasitanı yazımDedim ki, yarə qəmi-hicr dasitanı yazım,Məlalü dərdi-dili-zarü natəvanı yazım.