Varmı

Ala gözlü, uca boylu şahzada,Şah sənsənmi, səndən qeyri şah varmı!?

Aşıq Musa1 dəq
Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciət

Mən Məhəmməd Əmin Rəsulzadə "Amerikanın səsi" radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz vətənə xitab edə bilmək fürsətini verdiyi üçün buna mütəşəkkirəm. Bu Radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokratik fikirlərini yayır. Bu fikirlər başlıca iki əsasa dayanır: **İnsanlara azadlıq, millətlərə istiqlal!**Bundan 33 il əvvəl, Birinci Dünya hərbinin sonunda çarlıq rejimi çökdü; Vətənimizi istila və istibadadı altında tutan Rusiya İmperatorluğu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər: milli və müstəqil bir cümhuriyyət qurdular.

Məhəmməd Əmin Rəsulzadə19516 dəq
Süleyman padşahın xəzinəsi 8

Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi – Lüt Cəfərin qaynı Yusif, Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, “eşmə” üzə-üzə çıxıb, canı sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini üçün köklənmiş sahə kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə oynamaqdan, ştanq qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub çıxıb, paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə çörək yeyib, o biri əllə “Ədəbiyyat müntəxəbatının”, “Cəbrin”, “Həndəsənin”-filanın vərəqlərini o yan-buyana aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o vaxtlar Qıllı Qeybalı və “Ataman” deyilən pələpüsür oğlan suyun altında qara camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da cin-şəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-çəngə qopartmaq olardı, “Yusif kimi gözəl Yusifin” ağzını cırmaq, burnunu burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən sədr Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cinşəyatin dəstəsinin ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin beynindən getməzdi.

İsa Hüseynov (Muğanna)14 dəq
Əmoğlu

(Sabirə nəzirə)*Beş gündü cahan, dövləti neylərsən əmoğlu?

Mirzə Əli Möcüz1 dəq
Ya Əli

Ələstü-Rəbbi cəm xitab olanda,Xub qailəm o adma, ya Əli.

Miskin Abdal1 dəq
Arasında

Sevdiyim şamama bəslər,Dolanar tağ arasında.

Ağdabanlı Qurban1 dəq
Gəlin

Bulaq başında tərlan tək durmuş,Yolçunu yoldan eylər bu gəlin,

Adsız el şairləri1 dəq
Qəzəl: Qoymaz əldən eşq damanını əqli var olan

Qoymaz əldən eşq damanını əqli var olan,Etməz ol səhbayi-biğəş tərkini hüşyar olan

Qövsi Təbrizi1 dəq
Bağlama

Əvvəl salam olsun, Şikəstə qardaş!Oxu, bu kağızın qarası nədir?

Çoban Əfqan1 dəq
Neyləyim

Könül, sevən dost bağına vara bilməm, neyləyim?Açılıbdı taza güllər, dərə bilməm, neyləyim?

Varxiyanlı Aşıq Məhəmməd1 dəq
Əl qisas, bil qisas

Baş şeyx Məsud ibn Əbutahir heç vədə belə soyuq qarşılamamışdı. Onun bivec işlərini ara-sıra qaxınc edib başına vursa da, pis üz göstərməmişdi. Tanıdığı illər ərzində özü dediyi kimi, belə qanmışdı ki, bu ərəc¹ bənnanın əlindən hər cür namərdlik də gələr, çünki nə qeyrəti var, nə də kişiliyi; arı yeyib namusu da atıb dalına ...“Ortada vəcihə² gəlinbacısı olmasa onu itbaxandan da qoymaram baxa. Hələ qala evimə ayaq döyməsinə, üzünə salıb yuxarı başa keçməsinə...

Hüseyn İbrahimov13 dəq
Qarı ilə deyişmə

Aşıq Hüseyn*Sənə qurban olum nənə,

Aşıq Hüseyn Şəmkirli1 dəq
Söylə

Durnam, gedər olsan bizim ellərə,Qatıq söylə, qaymaq söylə, yağ söylə.

Ağ Aşıq Allahverdi1 dəq
Çəkər

Sevda sitəmindən cismim səd parə,Qəm ləşkəri bu hicrana mil çəkər.

Aşıq Şenlik1 dəq
Nərgizin Xoruz babaya məktubu

Salam, Xoruz baba!Xoruz baba, mənim adım Nərgizdir. Xoruz baba, mənim doqquz yaşım var. Xoruz baba, mən bu məktubumda sizin tapşırdığınız quş adlarını yazıram. Quş adları: göyərçin, qaranquş, sərçə, sığırçın, bildirçin, qarğa, ağacdələn, sağsağan, qartal, şanapipik, qaraquş, tovuz quşu, turac, laçın, qırqovul, cüllüt, dolaşa, duma, bayquş, kəklik. Ev quşları: toyuq, xoruz, ördək, hind toyuğu, qaz. İyirmi altı quş.

Anar1 dəq
Su ver

Sallanıban bağdan gələn ay maralım, bir su ver.Malım-mülküm sənin olsun, küllü varım, bir su ver.

Xəstə Hasan1 dəq
Sən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmiş

Sən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmiş,Şəhr ara hüsnüncə namə barə gəlmiş, gəlməmiş.

Molla Vəli VidadiQəzəl1 dəq
Xəbər ver

Səndən xəbər alım, Aşıq Ələsgər,Doqquz nədi, sənətindən xəbər ver?!

Aşıq Nəsib1 dəq
Birinci məclis

Vaqe olur Məngilisdə Yusifin evində. Səhnənin bir tərəfində yaxşı bəzənmiş zal, iki qapılı, qapının biri bağçaya açılır. Pilləkən bağçaya tərəf, bağçada stol və stullar.ƏVVƏLİNCİ GƏLİŞ

Nəriman Nərimanov19159 dəq
Qəzəl

Gər səninçün qılmasam çak, ey büti-nazikbədən,Gorum olsun şol qəba, əgnimdə pirahən-kəfən.

HəbibiQəzəl1 dəq
Mirzə Həsən Vəzirova

Əla, ey həmdəmi-kəmlütfü kəmülfət, xudahafiz,Ğəmin həmrahi-candır, canə yüz minnət, xudahafiz.

Məhəmməd bəy AşiqQəzəl1 dəq
Ağrın alım

Ay qaraqaş, ay yaşılbaş,Qarşıda süz, ağrın alım;

Aşıq Əsəd2 dəq
Məni dün seyri-əyağ mey birlə saqi dəstgir etdi

Məni dün seyri-əyağ mey birlə saqi dəstgir etdi,Famxanəsində bir idüm rövşənzəmir etdi.

Sadıq bəy ƏfşarQəzəl1 dəq
Çəkibdi

Cəlili-cabbarım, Qadiri-muxtar,Altı gündə bu dünyanı çəkibdi.

Aşıq Hüseyn Bozalqanlı1 dəq
Qəzəl: Xürrəmdir aftabi-ruxundan bəhari-hüsn

Xürrəmdir aftabi-ruxundan bəhari-hüsn,Rəngindir abi-ruyunla laləzari-hüsn

Nitqi Şirvani1 dəq
Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeyda

Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaKi, salsın bu gülüstanə genə bir şurişü qovğa.

Əbülqasim NəbatiQəzəl1 dəq
İyirmi ikinci fəsil

MEHDİQULU XANIN QARABAĞDA VARİS VƏVƏLİƏHD OLMAĞINI VƏ PADŞAHİ-İMPERATOR

Mir Mehdi Xəzani12 dəq
Qəsidə 40

Bəzəyib çalmasını öndə hökmdar gedər,Düşüb ardınca onun xalq da ki naçar gedər.

Saib TəbriziQəsidə2 dəq
Qəsidə 13

Bağları sübh yeli, gör, nə müəttar eləyib,Xoş hava torpağı da müşkə bərabər eləyib.

Xaqani Şirvani1 dəq
Qəzəl 250

Tökülüb zülfi-pərişan üzünə halə misal,Arizin bədrə dönüb, var iki yanında hilal.

Məhəmməd FüzuliQəzəl1 dəq