Seyid Azim Shirvani · Ghazal
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
İsm özü bir ismdir, amma müsəmma müxtəlif,Gövhəri-şəhvar birdir, leyk dərya müxtəlif.
Can tazələnir ləli-dürəfşanını görcəkCan tazələnir ləli-dürəfşanını görcək,Dil xürrəm olur sərvi-xuramanını görcək.
Vəsli-yar ilə yetişdi hamı bayramə, könülVəsli-yar ilə yetişdi hamı bayramə, könül,Yetmədin dövləti-didar ilə sən kamə, könül.
Yoxdur əlac, çoxdu bu könlümdə həsrətimYoxdur əlac, çoxdu bu könlümdə həsrətim,Nə vəslə dəstrəs, nə fərağında taqətim.
Aşiqəm, aşiqəm nigarə qəsəmAşiqəm, aşiqəm nigarə qəsəm,O siyəhçeşmi-pürxumarə qəsəm.
Şəbi-hicran o qədər naləvü əfğan etdimŞəbi-hicran o qədər naləvü əfğan etdim,Ta ki, çeşmi-fələki halıma giryan etdim.
Neçə rədifi-qəzəl etdim intixab, dedimNeçə rədifi-qəzəl etdim intixab, dedim,Nəzireyi-şüərayi-fələkcənab dedim.
Əl çatsa fəda canımı cananə edərdimƏl çatsa fəda canımı cananə edərdim,Şəmi-rüxünə könlümü pərvanə edərdim.
Əsiri-dərdü qəmi-hicri-canşikar oldumƏsiri-dərdü qəmi-hicri-canşikar oldum,Nədən ki, qorxur idim mən ona düçar oldum.
Alanda dəstinə ol şuxi-gülüzar qələmAlanda dəstinə ol şuxi-gülüzar qələm,Əlindən olmağını istəməz kənar qələm.
Çəkmişdi qətlim etməyə yüz tir, gözlərinÇəkmişdi qətlim etməyə yüz tir, gözlərin,Zalım, nə oldu eylədi təxir, gözlərin?
Ya rəb, kim olur ərzimi cananə yetirsinYa rəb, kim olur ərzimi cananə yetirsin,Dərdi-dilim ol xosrovi-xubanə yetirsin.
Gözüm səndən siva rüxsarəyə gər baxsa kur olsunGözüm səndən siva rüxsarəyə gər baxsa kur olsun,Deyim bundan bətər, vəslindən ey məhparə, dur olsun.
Cismdən can almağa gər olsa fərmanın səninCismdən can almağa gər olsa fərmanın sənin,Canə minnətdir olam, ey dust, qurbanın sənin.
Ey dil, həzar şükr xəbər gəldi yardənEy dil, həzar şükr xəbər gəldi yardən,Olduq xilas dərdü qəmi-intizardən.
Bir dəm mənə bax, ey gözü bimar, ölürəm mənBir dəm mənə bax, ey gözü bimar, ölürəm mən,Çeşmindən iraq, ey güli-tər, xar ölürəm mən.
Şəm kim, rovşən olub yanmağa pərvanə üçünŞəm kim, rovşən olub yanmağa pərvanə üçün,Yanmağından dəxi pərvanəyə pərva nə üçün?
Görüb ziyayi-rüxün kuyi-yarə gəldim mənGörüb ziyayi-rüxün kuyi-yarə gəldim mən,Ümidi-vəsli ilə bu diyarə gəldim mən.
Bəs ki, verir cəfaləri hərdəm səfa mənəBəs ki, verir cəfaləri hərdəm səfa mənə,Şadəm ki, daim eylər o gülrüx cəfa mənə.
Mən dedim dilbərə qıl cövrü cəfadən tövbəMən dedim dilbərə qıl cövrü cəfadən tövbə,Gör ki, təsiri-nəfəs qıldı vəfadən tövbə.
Rəhm etmədi əhvalıma yarım, belə keçdiRəhm etmədi əhvalıma yarım, belə keçdi,Bir baxmadı ol nazlı nigarım, belə keçdi.
Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idiEy xoş ol günlər ki, bəzmimdə nigarım var idi,Zövqi-didar ilə könlümdə qərarım var idi.
Pərtövi-hüsnün pozubdur nuri-mehri-ənvəriPərtövi-hüsnün pozubdur nuri-mehri-ənvəri,Rövnəqi-hüsnündür ey mahım, cahanın zivəri.
Sənə olsaydı, ey gül, Yusifin filcümlə oxşarıSənə olsaydı, ey gül, Yusifin filcümlə oxşarı,Olurdu nəqdi-can ilə cahan əhli xəridarı.
Tökülür gözlərimin, xəttini görcək, yaşiTökülür gözlərimin, xəttini görcək, yaşi,Çox təəccübdü bulud səbzədən olmuş naşi.
Ey rövzeyi-behişt cəmalın nişanəsiEy rövzeyi-behişt cəmalın nişanəsi,Kövsər o ləli-şəhd-misalın nişanəsi.
Budur o fitnə ki, siz eylədiz fəsanə məniBudur o fitnə ki, siz eylədiz fəsanə məni,Məhəbbətində şəhir eylədiz cahanə məni.
Rüxsarı gərçi çahdə pür abü tab idiRüxsarı gərçi çahdə pür abü tab idi,Guya ki, bürci-Dəlvdə bir afitab idi.
Öldürür gərçi, könül, həsrəti-pabus səniÖldürür gərçi, könül, həsrəti-pabus səni,Var ümidim ki, fələk etməyə məyus səni.
Nə həddi bir əhəd olsun sənə hüsn ilə oxşariNə həddi bir əhəd olsun sənə hüsn ilə oxşari,Yaratmışdır səni öz surətində həzrəti-bari.