Seyid Azim Shirvani
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Yarımı yar eylədin əğyarə, ey fələk,Etdin gülü nəsib genə xarə, ey fələk.
Ta ki, sən oldun əsiri zülfi-yarın, ey könülTa ki, sən oldun əsiri zülfi-yarın, ey könül,Qarə oldu yar əlindən ruzigarın, ey könül.
Vəsli-yar ilə yetişdi hamı bayramə, könülVəsli-yar ilə yetişdi hamı bayramə, könül,Yetmədin dövləti-didar ilə sən kamə, könül.
Mənə hicrində o növ ilə degil surəti-halMənə hicrində o növ ilə degil surəti-halKi, sual etsən ola qüvveyi-təqrirə məcal.
Nə bu gün bağdə yarım, nə meyim var mənimNə bu gün bağdə yarım, nə meyim var mənim,Seyri-gülzardə bihudə nəyim var mənim?
Məni hər kim edib ol mahliqadən məhrumMəni hər kim edib ol mahliqadən məhrum,Görüm olsun onu əltafi-xudadən məhrum.
Hər zaman kim, həlqeyi-zülfi-kəcin yad eylərəmHər zaman kim, həlqeyi-zülfi-kəcin yad eylərəm,Qıvrılıb əfi kimi yüz ahü fəryad eylərəm.
Şəbi-hicran o qədər naləvü əfğan etdimŞəbi-hicran o qədər naləvü əfğan etdim,Ta ki, çeşmi-fələki halıma giryan etdim.
Siyah zülfün olub ruyüvə niqab dedimSiyah zülfün olub ruyüvə niqab dedim,Bu gün genə tutulub, ey məh, afitab dedim.
Zamani-ehtirazımdır bu gün, meyli-şərab etdimZamani-ehtirazımdır bu gün, meyli-şərab etdim,Bihəmdilləh ki, axır ömrdə mən bir səvab etdim.
Bağ içrə gəlib yarımı əğyar ilə gördümBağ içrə gəlib yarımı əğyar ilə gördüm,Qan oldu könül kim, o gülü xar ilə gördüm.
Alanda dəstinə ol şuxi-gülüzar qələmAlanda dəstinə ol şuxi-gülüzar qələm,Əlindən olmağını istəməz kənar qələm.
Əyan gözlə baxan şəxsə nihansanƏyan gözlə baxan şəxsə nihansan,Nihan gözlə baxan zatə əyansan.
Hanı bir kəs ki, yetirsin mənə canan xəbərinHanı bir kəs ki, yetirsin mənə canan xəbərin,Söyləsin bülbül üçün bağü gülüstan xəbərin.
Neyləyim, məclis ara olsa da əğyar, olsunNeyləyim, məclis ara olsa da əğyar, olsun,Tək o güldən mənə bir fürsəti-didar olsun.
Şükr, ey dil, gəlir ol mah bizim sarı bu günŞükr, ey dil, gəlir ol mah bizim sarı bu gün,Gör doyunca rüxi-canpərvərini, barı bu gün.
Bir dəm mənə bax, ey gözü bimar, ölürəm mənBir dəm mənə bax, ey gözü bimar, ölürəm mən,Çeşmindən iraq, ey güli-tər, xar ölürəm mən.
Şəm kim, rovşən olub yanmağa pərvanə üçünŞəm kim, rovşən olub yanmağa pərvanə üçün,Yanmağından dəxi pərvanəyə pərva nə üçün?
Dün dolandım başına, söylədi pərvanədi buDün dolandım başına, söylədi pərvanədi bu,Zülfün aldım əlimə, güldü ki, divanədi bu.
Ta düşdü dillərə qəmi-eşqin hekayətiTa düşdü dillərə qəmi-eşqin hekayəti,Divanəlikdə tutdu sözüm hər vilayəti.
Ey rövzeyi-behişt cəmalın nişanəsiEy rövzeyi-behişt cəmalın nişanəsi,Kövsər o ləli-şəhd-misalın nişanəsi.
Xət gəldi rüxi-yarə füzun oldu səvadıXət gəldi rüxi-yarə füzun oldu səvadı,Şəffafdı bu ayeyi-”Vəlleyl” midadı.
Ey əndəlib, rövnəqi-gülzar qalmadıEy əndəlib, rövnəqi-gülzar qalmadı,Gül qarət oldu, xarə dəxi yar qalmadı.
Qeyr ilə yarım gəzir, gərdən çəkib bir qu kimiQeyr ilə yarım gəzir, gərdən çəkib bir qu kimi,Qalmışam viranələr küncündə mən bayqu kimi.
Öldürür gərçi, könül, həsrəti-pabus səniÖldürür gərçi, könül, həsrəti-pabus səni,Var ümidim ki, fələk etməyə məyus səni.
Neylərəm gülşəni kim, ol güli-əhmər getdiNeylərəm gülşəni kim, ol güli-əhmər getdi,Göz yaşım cuyə-dönüb sərvü sənubər getdi.
Nə həddi bir əhəd olsun sənə hüsn ilə oxşariNə həddi bir əhəd olsun sənə hüsn ilə oxşari,Yaratmışdır səni öz surətində həzrəti-bari.
Dilü can valehi-hər gülrüxi-cananə idiDilü can valehi-hər gülrüxi-cananə idi,Gərçi cananələrin qəsdi dilü canə idi.
Gizlədirdim bir zaman bu çeşmi-rövşəndən səniGizlədirdim bir zaman bu çeşmi-rövşəndən səni,Gizlədir indi, nigarım, qeyrilər məndən səni.
Hər dəmdə qıllam ney tək nəvaniHər dəmdə qıllam ney tək nəvani,Saldın nəzərdən mən binəvanı.