Qəhrəman qız

Səfərəliyev rayonunda Füzuli kəndinin "Qırmızı Oktyabr" kolxozunda cavan bir qız ən yaxşı pambıq ustaları ilə yarışır. O, yaşına münasib olmayan bir rəşadətlə əkinçilik işində elə işlər görür ki, çoxlarını heyran qoyur.Bu qız kolxozçu Mürsəl kişinin qızı, komsomolçu Sədaqət Verdiyevədir. Mən onun haqqında çox eşitmişdim. Qəzetlərdə oxumuşdum ki, Sədaqət manqa başçısıdır. 1947-ci ildə beş hektar pambıq sahəsinin hər hektarından 90 sentnerə yaxın pambıq vermişdir, Sosialist Əməyi Qəhrəmanı adı almışdır.

Мир Джалал Пашаев19484 мин
Firuzə

– İlk dəfə məni rayonumuzun Dımıs kəndində orta məktəbə müəllim təyin etdilər. İllərdən bəri arzusunda olduğum bu şərəfli və müqəddəs peşəyə alovlu bir həvəslə gedirdim.İndi mənim qəlbim bütün istəklərinə çatmış bir adamın hədsiz sevinci ilə dolmuşdu: "Deməli, mən dərs verəcəyəm. Mən də əlimə jurnal alıb sinfə girəcəyəm. Uşaqlar məni də diqqətlə eşidəcək, sözlərimi dəftərə yazıb oxuyacaqlar. Analar, atalar mənim də yanıma gəlib övladları haqqında soruşacaq, məsləhətləşəcəklər. Sovet pedaqojisinin bütün tələblərini onların hər birinə danışacağam, başa salacağam, elə edəcəyəm ki, məndən narazı getməsinlər, mənim işimə kömək etsinlər. Yox, onlar məndən razı qalacaqlar. Ancaq bir söz deyə bilərlər ki, "bu müəllim nə cavandır!" Bilirəm ki, bunu deyəcəklər. Qoy desinlər, heç eybi yoxdur!..."

Мир Джалал Пашаев19486 мин
Gənc usta

Muradov Fərrux buraya 1944-cü ildə, küləkli bir yaz günündə gəlmişdi. Abdullayev adlı ucaboy, qırmızısifət bir mühəndis maşınların qabağına çıxdı, komsomol səfərbərliyi ilə gələnləri mehriban qarşıladı. Cavanlar o gün vaxtlarını tikinti idarəsinin kadr şöbəsində keçirtdilər: mənzillərdə yerbəyer oldular, hesaba alındılar, briqadalara bölündülər. İkinci gün onların əlinə bel, külüng verib, qum təpələrinə oxşayan bir yerə gətirdilər. Fərrux burada tikinti başlandığını güman edirdi. Mühəndis onun zənnini duyubmuş kimi, irəli yeridi:– Burada heç nə tikilməyəcək. Vaxtilə tikilmiş mənzilləri qum altından çıxarmaq lazımdır!

Мир Джалал Пашаев19495 мин
Yaradan əllər

Sülhə xidmət – vətənə xidmətdir.Vətənə xidmət – sülhə xidmətdir.

Мир Джалал Пашаев19506 мин
Çin qızı

İsti yay günlərindən birində, Yantseya dəmiryoluna tərəf enən çılpaq yamacdan ayaqyalın bir qız uşağı yeyinləyirdi. Onun saçları pərişan, yaxası açıq idi. Çiynindən məktəbli çantasına oxşayan boz bir həmayil aşırmışdı. Bu qız üç gün əvvəl atası ilə çəltik tarlasında çalışırdı. Vətən göylərinə yol tapan hava quldurları – amerikan təyyarəçiləri zenit topçularının qorxusundan şəhərə soxula bilməmiş, bu yerləri – kənd evlərini, yolları, tarlaları bombalamışdılar. Səkkiz yaşından anadan yetim qalmış olan Lan-ni atasını da burada itirmişdi.O dəhşəti gözü ilə görəndən sonra Lan-ni evə-eşiyə, kəndə yovuşa bilmirdi. Bir az tərəddüddən sonra qız, atasının təzə qəbrini son dəfə qucaqlayıb birbaş şəhərə yola düşmüşdü.

Мир Джалал Пашаев19505 мин
Parisdə görüş

Təyyarəmiz axşamüstü saat 5-də (yerli vaxtla 3-də) Parisdə Burje təyyarə meydanında yerə endi. Mayın on biri, ilin, həm də Fransanın yaxşı vaxtı idi. Xiyabanlar yaşıllaşmış, fransızların çox sevdikləri palıd ağacları çiçəklənmişdi. Soyuqdan ehtiyat edən yoldaşlarımız palto götürdüklərinə heyifsilənirdilər.Bizi Brevan mehmanxanasına aparan avtobusda bələdçimiz gödəkcəli, zirək bir qadın idi. O, keçdiyimiz yollar haqqında məlumat verirdi. Hələ Fransa mərkəzinin həvalisində, adətən, böyük şəhərlərin çoxunda olan kənar, dar, birmərtəbə evlər, seyrək ağaclarla əhatə olunmuş küçələrdən keçirdik. Deyilənlərə görə, Parisin 20 rayonu, altı "darvazası" (portu) var ki, müxtəlif cəhətlərdən gələn yolları birləşdirir. Ara-sıra qaranlıq, köhnə tunellər ilə də gedirdik. Böyük, əzəmətli binalarla yanaşı, bu şəhərin adma yaraşmayan alçaq, köhnə, kiçik pəncərəli evləri hər addımda görmək olurdu. Geniş meydanlara çıxanda mənzərə dəyişirdi.

Мир Джалал Пашаев195026 мин
Badam ağacları

Ədalət! Yaşıdlarınla gəlin-gəlin oynamalı*vaxtında səni çöllərə salanları, vətənini,*

Мир Джалал Пашаев195318 мин
Gərək olar

Elə düşüb ki, qonşum işdən gələndə mən işə gedirəm. O, gündüzlər işləyir, mən axşamlar. O, zavodların birində mühəndis, mən də məktəblərin birində müəlliməm. Doğrudur, qonşuluğumuzun on beş ildən artıq tarixi var, ancaq Mürsəllə yaxın əlaqəmiz, get-gəlimiz yoxdur. Demək olar ki, bizim tanışlıq və ya dostluğumuz qonşuluqla başlanır və qonşuluqla bitir.İlk dəfə mən onu müharibədən əvvəl küçəmizdəki on bir nömrəli evə köçəndə görüb təbrik etmişəm. O da mənə ya qapıda rast gəlir, salamlaşır, ya ümumşəhər yığıncaqlarında görüşüb əhvallaşırıq. Yaxın münasibətimiz olmadığından bizim əhvallaşmağımız da dilucu və rəsmi olur. Söhbətimiz, bir-biri ilə o qədər də maraqlanmayan, ancaq qəbul olunmuş nəzakət qaydalarına riayət üçün edilən və qəlib şəklinə düşmüş müxtəsər və mülayim sual-cavabdan ibarət olur:

Мир Джалал Пашаев195310 мин
Əsgər oğlu

1– Başı xeyirlilər çörəyi-suyu da vaxtında yeyib-içmirlər. Belə də dərs olarmı, belə də candan keçmək olarmı. Müəllimlərinə bir deyən, bir çatdıran yoxdurmu. Nədir bu axı...

Мир Джалал Пашаев195318 мин
Mərdimazar

Hər kəs öz əməyinin məhsuluna baxıb həzz alır: neftçi göydə uçan təyyarənin səsindən fərəhlənir, pambıqçı top-top olan parçaları, paltarları görüb sevinir, aqronom kəhrəba taxılı ilə, bağban bol meyvəsi ilə, müəllim hünərli tələbəsi ilə, mühəndis tikdiyi əzəmətli binalarla fəxr edir. Azad, ictimai zəhmətdən doğan fərəh və iftixarı duymayan sovet adamı yoxdur.Tarlada alaq otu olduğu kimi, içərimizdə köhnə dünyadan ilişib gələn çirkin niyyətli adamlar da vardır. Onlardan biri həmin Hacı Aslan oğludur. Ömrü boyu yazdığı iftira dolu ərizələri əskinas kimi büküb sığallayır, əzizləyir, dönə-dönə düzəldib ağardandan sonra paketə qoyur, marka vurur, axşamüstü, qaranlıq çökəndə şəhərin müxtəlif yerlərindəki poçt qutularından birinə salır. Böyük igidlik göstəribmiş kimi, sevincək əllərini ovuşdurub: "Hərifin atası yandı", – deyir.

Мир Джалал Пашаев19536 мин
Qələm

İlyasın məktəbə gedən yolu meşədən keçirdi. Bu səhər İlyas tələsmiş, dərs şeylərini yaxşı yığmamışdı. Qələmi çantanın küncündən başını çıxarıb baxırdı. Meşədən keçəndə qələm çantadan düşdü.Meşədəki ağaclar qələmin başına yığıldılar, ona "xoş gəldin" dedilər. Onlar qələmin düz boyuna, dəmir papağına, qara gözünə, əlvan rənginə, yaraşığına heyran-heyran baxıb soruşdular:

Мир Джалал Пашаев19531 мин
Əskinasın tarixi

Xalça taciri Fərzixanov evə girən kimi arvadını səslədi:– Səltənət xanım , yığışdır ev-eşiyi, gedirik.

Мир Джалал Пашаев19534 мин
Özündən naxoş

Людей одиноких по натуре, которые как*рак-отщелник или улитка, стараются уйти*

Мир Джалал Пашаев19546 мин
İclas qurusu

Əncir qurusu, ərik qurusu, zoğal qurusu - bunlar çox olur, iclas qurusu isə tək-tək olur.Bir var ki, gün altında quruyan, bir də var ki, iclaslarda quruyan, suyunu çəkən, həyat hisslərini itirən.

Мир Джалал Пашаев19545 мин
Buz maşını

Nənə qarışqa balalarını – Qaracanı, Sancanı, Xallıcanı işə göndərdi və:– Bağda meyvələr yetişib, – deyə lazımi tapşırıq verdi. – Ətrindən dura bilmirəm. Ağaclara, tənəklərə dırmaşın, alma-armuddan, üzümdən doyunca yeyin, dişinizdə şirə gətirin!

Мир Джалал Пашаев19542 мин
Özgə uşağı

Ünsiyyət insanlığın birinci şərtidir.*Atalar deyib: “Dağ-dağa qovuşmaz, adam adama qovuşar”.*

Мир Джалал Пашаев195411 мин
Ulduz

Direktorla əl verib tanış olandan sonra Qələndərov bir silisçi ədası ilə soruşdu:– Sizdə Ulduz Qələndərov adlı oğlan işləyirmi? – cavab gözləmədən əlavə etdi: – Qarayanız, arıq, uzun bir oğlan!

Мир Джалал Пашаев195415 мин
Anamın qeydləri

Martın yeddisində qayğıkeş kişilərin çoxuna hədiyyə mağazalarında rast gəlmək olar. Axı, sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür! Bu bayramı hökumət idarələri, təşkilatlar, qəzetlər qeyd edirlər. Necə ola bilər ki, bu ümumi bayramı hər kəs öz evində qeyd etməsin. Qadın olan evlərin hamısmda, qadm olmayan evlərin isə (belə evlər də vardır) çoxunda martın səkkizini qeyd edirlər.Bizim evdə bu bayram hər il vaxtında, qayda ilə qeyd olunur. Qadm cinsindən təkcə bir anam var ki, mən onun xatirini, demək olar, tanıdığım qadınların hamısından çox istəyirəm. Bu bayramın adını da, dəsgahını da, onun adı ilə - ailəmizin bünövrəsi olan ağsaçlı qadının adı ilə bağlayırıq. Özündən soruşsan, o, heç belə bir bayramda mənim zəhmətə düşməyimə, mağazaları gəzib hədiyyə almağıma razı olmaz. Ona görə yox ki, qadın bayramını əzizləmir, yox! O da bütün qadınlar kimi bu bayramın qədir-qiymətini yaxşıca bilir. Hələ yadımdadır, biz rayonda yaşayan zaman iclaslara həvəslə gedərdi. Klubda qadınlar yığıncağında tribunaya çıxıb ucadan nitq də deyərdi.

Мир Джалал Пашаев19546 мин
Hesab dostları

1Narzan vannalarının qabağında, böyük bir qarağac kölgəsində, uzun skamyalarda adamlar cərgə ilə oturub dincəlir, növbə gözləyirdilər.

Мир Джалал Пашаев195413 мин
Plovdan sonra

Bu axşam vağzalda çox get-gəl var idi. Kənardan baxan düşünərdi ki, adamlar hörmətli bir qonağı qarşılamağa, ya da yola salmağa toplanıblar. Vəziyyət qarşılamaq yox, yola salmaq mərasiminə daha çox bənzəyirdi. Əvvələn ona görə ki, əlində şey olan adamlar tələsə-tələsə vaqonlara tərəf gedirdilər. İkincisi, ona görə ki, parovozun, vaqonların səmti, duruşu qatarın məhz getməyə müntəzir olduğunu göstərirdi. Üçüncüsü...Nə başınızı ağrıdım, vaqon ağzında komalaşanlar, hörmətli müsafırləri yola salırdılar. Qatar boyunca uzanan təmiz, asfalt səkilərdə hərbi adamlardan, müəllimdən tutmuş, əlvan geyimli, ağır gövdəli xanımlara qədər çoxlarını görmək olardı.

Мир Джалал Пашаев195517 мин
Elçilər qayıtdı

Qız ağacı, qoz ağacı,*Hər yetən bir daş atar.*

Мир Джалал Пашаев195617 мин
Döyüşçünün dedikləri

1Qüdrət ümidsiz ağır yataqdan qalxmışdı. Özünü yenidən dünyaya gəlmiş sayırdı. Deyə-gülə danışır, fərəhlənirdi.

Мир Джалал Пашаев19578 мин
Nazik mətləb

1– Niyə gəlmisən?

Мир Джалал Пашаев195812 мин
İnsanlıq fəlsəfəsi

1Bəzi adamın adı heç özünə yaraşmır. Amma bu qızın adını, deyəsən sonradan qəddinə, qamətinə, məlahətinə baxıb qoyublar. Ağca! Qubanın ağ alması!

Мир Джалал Пашаев195815 мин

Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.