Мир Джалал Пашаев: Советские
Uşaqlıqda adamın yaddaşı iti, zehni açıq, marağı çox olur. Gördüyün, eşitdiyin, düşündüyün hər şey güzgüdəki kimi həkk olunub həmişəlik qalır.Hər səhər anam məni məktəbə yola salanda dalanın axırına qədər aparır, köç yolundan ötürüb sonra qayıdırdı. Yolu hoppanandan sonra dükan qabağındakı səki ilə getmək asan idi, qorxulu deyildi. Çünki qabaqda nə at, nə fayton, nə maşın, nə də araba var idi. Başıaşağı səki ilə gedirdim. Bağça-bağa yaxınlaşmamışdım ki, gördüm ayağımın altında bir şey işıldayır. Əyilib baxanda bir abbasılığı gördüm və götürdüm. Xəyalıma gəldi ki, bu kimin cibindən düşüb. Sağıma-soluma baxdım, gedib-gələn görmədim. Pulu cibimə qoyub sevincək dərsə yollandım.
Xatalı adam– Kərim, sən hayanda olursan?– Necə bəyəm?
Sevinc haqqındaHəkimlərdən, psixologiya alimlərindən, ictimaiyyətçilərdən soruşursan:– Sevinc?
Şəfəqdən qalxanlarQızım Ədibəyə*Gecənin zülməti kainatdan çəkiləndə, üfüqdə ilk şüa əlamətləri görünəndə müəyyən etmək olmur ki, gecədir, ya gündüz, qaranlıqdır, ya işıq. Nəinki zaman, hətta məkan və şərait də məchul bir pərdə arxasında, sükunət içində görünür. Gecənin bu vaxtını yəqin ki, az adam izləyir, müşahidə edir. Bu, yuxunun ən şirin vaxtıdır, məxluq yatmış oluı. Ağır, üzücü işdən yorulan, əvvəl axşamın əsəbi, intizarlı saatlarından, fikir-xəyaldan yorulub sağa-sola dönən, çətinliklə yuxuya gedən adamları top səsi də oyada bilməz. Dünyanın ən xoş xəbəri, ən dəhşətli hadisələri, ən cazibəli tamaşası, ən vacib işləri də ağır yatanı oyada bilməz. Amma dünyada yarasına duz basılan elə nigaran adamlar da olur ki, ən şirin yuxunu özlərinə haram edir, müntəzir saat və dəqiqələri həsrətlə izləyir, gözləyirlər.
Mühazirəçi yoldaşımMüharibədən sonra bizim səfərlərimiz çoxalmışdır. Sovet mütəxəssisləri tez-tez müxtəlif ölkələrə çağırılırlar. Təkcə demokratik ölkələrə, müstəmləkə zəncirindən təzə qurtulmuş zəif respublikalara yox, Avropanın handa bir kapitalist mərkəzlərinə, handa bir elmi, texniki, nəzəri məsələlərin həllində məsləhətləşməyə, rəy eşitməyə, qonaqlığa, konsertə, lap müəllimliyə çağırırlar.Paris Sorbonn universitetindən dəvətnamə alanda mən güman etmişdim ki, yəqin fransız tələbələri bizdə ictimai elmlərin, marksizm-leninizm elmlərinin səviyyə və şöhrətini, bizim sahələr üzrə çalışan alimləri görüb-eşitmək istəyirlər. Bu da çox təbii arzu idi. Razılıq verməli idik. Yoldaşım Cavadzadə dəvətnaməsini mənə göstərəndə gördüm yox, fransız yoldaşlar yalnız ictimaiyyət yox, təbiət elmləri sahəsindəki nailiyyətlərimizlə də maraqlanırlar. Dahi sovet alimi akademik Pavlovun şərti reflekslər haqqındakı cahanşümul nəzəriyyəsi bühın dünyada ümumi maraq oyadıb və yarım əsrə yaxındır ki, hakim mövqe tutmuşdur.
Qoltuq radiosu– Hərif gəldi!– Lap bizə tərəf gəlir.
Yaxşı nədir, pis nədirBir zamanlar, sovet sənayesinin cavan, təcrübəsiz vaxtında, ölkədə yenilik, tikinti, quruculuq işlərinin gərgin olduğu illərdə sənaye mallarının bəziləri keyfiyyət cəhətdən alıcını təmin edə bilmirdi. Zavodlar çox məhsul buraxmaq, bütün əhalini təmin etmək üçün tələsir, keyfiyyətə bənd olmurdu.Mənim yadımdadır. Atam bir divar saatı almışdı, kəfgiri sallanır, səs eləyirdi, bəzən də yatırdı. Atamın da gündə bir saatı təmirə verməyə macalı, hövsələsi çatmırdı. Amma haradansa saatın azarını tapmışdı. Dayanan kimi kəfgirin kənarından ağır bir şey asırdı: köhnə çaynik, ütü, ya qaloş tayı!
Mərd və namərdKeçin? namərd körpüsündən, qoy aparsın sel səni,Yatma tiilkii daldasında, qoy süpürsün yel səni.
Xallı xanımO xal tu xaldır, kim? doydürmüsdn?..– Qara şanıya xal düşəndə ağaca peyvənd vurmaq olar.
Ad axtaranlarİnsan həyatında məyusluq olan kimi şadlıq, bayram da çox olur. Bayramlar cürbəcürdür.Elə bayram var bütün cəmiyyət, bütün dünya, bəşəriyyət üçündür: yazın açılmağı, qışın bitməyi, təbiətin ayılmağı! Elə bayram var ki, bir ölkənin, müəyyən xalqındır: azadlıq, qurtuluş, inqilab bayramı.
"Xanım qələmi"Qələm köftə ki, mən şahi cahanəm,*Qələmzənrə bə dövləti mirəsanəm...*
NəzakətÇox yaxşı bir sözdür, gözəl də keyfiyyətdir!Güman edirəm ki, "insanam" deyən hər bir kəsdə bu keyfiyyət olmalıdır. Hər bir kəsə, hər bir işə yanaşanda nəzakəti unutmaq lazım deyil. Bu cəhətdən elə kamil və qanacaqlı adamlar olur ki, hər addımda səni utandırır: sən oturmamış oturmur, səndən qabaq baş əyir, sənə salam verir. Salamla kifayətlənmir, dayanıb hal-əhval soruşur, uşaqların səhhəti ilə maraqlanır...
Gülzar haqqındaBu ad ilə çağırılan yerlərdə gülzar, ancaq yalnız gül olmur. Doğrudur, gül deyəndə əsasən qızılgül nəzərdə tutulur. Amma burada cürbəcür güllər, çiçəklər olur. Buraya gedəndə insan ətirdən məst olur. Bu ətirlər yalnız qızılgüldən deyil, təbiətdə mövcud olan çox güldən, çiçəkdən gəlir.Gülzarın bir əsl həqiqi, bir də məcazi mənası var ki, bunu sənət, ədəbiyyat xadimləri yaxşı bilir, yerində də qiymətləndirirlər.
Bakı günəşiÜzünə zər ləpələr səpilmiş dəniz sərin səhər səmasının altında ipək parça kimi ehmalca ləngər vururdu. Sularda çimib çıxan Günəş qızıl güldan kimi fəzaya qalxırdı. Deyəsən, onu altun dəstək ilə sudan qaldırırdılar. Bəlkə də dəstək deyil, Günəşi qüdrətli bir fəhlə biləyi göyə qaldırırdı, kainatı parlatmaq üçün.Deyəsən, indi günorta yerindən aləmə od tökən, gözlər qamaşdıran qızmar yay günəşi yox, yenicə çimib, çalxanıb sulardan çıxan gənc və nurani bir pəhləvan idi, onun polad kimi odlu çöhrəsi get-gedə ağarmağa, rəngini dəyişməyə başlayırdı.
Günah kimdədir?– Mən ədəbiyyatın, şəxsən sizin oxucularınızdanam. Yaxşı bilirəm ki, siz tanınmış, hörmət sahibi, müasir mədəniyyət xadimisiniz. Gözünüzün önündə köhnə, cəhalət timsalı bir şəxsiyyətin cinayəti tüğyan edirsə, buna etinasız, biganə münasibət bəsləyə bilərsinizmi? Belə bir vəziyyətə necə qiymət verər, nə ad qoya bilərsiniz? Xahiş edirəm deyəsiniz!..Mən hərifin bu gözlənilməz sualına birdən-birə cavab vermədim:
On bacıSovet quruluşu hər şeyi dəyişdi, təzələdi. Bahar təbiəti təzələyən kimi. İnqilab! Cabbarlı demişkən, hər şeydə inqilab!Quruluşda, həyatda, məişətdə, görüşlərdə, adətdə də inqilab!
“Dayı”Müharibə qurtaran illərdə, komandirlik kurslarında təkmilləşməyə gedəndə yoldaşlar ilə çox görüşür, çox dilləşirdim. Moskvada, Qorki küçəsində bir ucaboy kapitan qabağımı kəsdi:– Müəllim, xoş gördük, necəsiniz, kefiniz necədir? Şükür, yaxşısınız, elə həmən həmənsiniz, on beş il əvvəlki!
Bu xırıltı nədirMən əvvəllər ayrı işdə olmuşam, müəllimlik eləməmişəm. Buna arzum, həvəsim də olmayıb. Ancaq mühəndisliyə, qiyabi təhsilə gedəndə axşam kurslarında, ya FZU məktəblərində, riyaziyyatdan bir neçə saat dərs götürmək, həm pul qazanmaq, həm də hər gün dərslərə hazırlaşmaq ilə savadımı artırmaq məqsədinə düşdüm. FZU məktəblərindən birinə ezamiyyət alandan sonra libasımı sahmana saldım, əlimə bir portfel aldım, mənə tapşırılan sinfə inamla daxil oldum.Daxil oldum, ancaq sinfi təsəvvür etdiyim, istədiyim kimi görmədim. İlk baxışdan mənə elə gəldi ki, uşaqlar məni saymırlar, müəllim hesab eləmirlər, bəlkə də məni yoxlamaya çəkmək qəsdinə düşüblər.
MöhürMöhür, ya əyar yaxşı şeydir. Bir sənədin həqiqətini bilmək üçün möhürünə baxırlar. Bir matahın əslini bilmək üçün əyarını yoxlayırlar. Üstündə əyarı olmayan qızılı heç kəs qızıl saymaz. Onu ustasına, zərgərinə baxdırmamış heç kəs qızıl olmasına inanmaz.Adam, adamdır, hər kəs bilir ki, adamla necə rəftar etmək lazımdır.
Uşağın taleyiÜç gün idi Marat məktəbə gəlmirdi. Almaz xanım adları oxuyanda başını qaldırıb uşağın sırasına baxdı. Ətrafa göz gəzdirib təəccüblə soruşdu:– Marat niyə yoxdur?
NəfsitoxTəmərrə nə bayəd ki, çəndən könəd,*Ki sahibkərəmrə peşiman könəd!*
Kənd “uşaqları”Kəndin geniş, sərbəst mühiti, azad, əngin-zəngin təbiəti, şimşək çaxması, çayların şaqqıltı ilə axması, quşların cəh-cəhi bir aləm, şəhərin izdihamlı həyatı, asfaltlı küçələri, bir-birini çağıran maşın səsi başqa bir aləm!Kənddən ilk dəfə gətirilən "uşaqlar" bir müddət burada qəriblik, biganəlik duyub heyrətlə ətrafa baxınır, ora-bura boylanır, uca daş hasarları aşmağa qol-qanad atırlar...
İntizarSevda nadir, bilməzdim.*O da gəldi başıma.*
MaralBazar-bazar ki deyirlər, cavahirat deyil.*Cavahirat bu gün ziynəti-həyat deyil.*
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.