Мир Джалал Пашаев: Советские
Dünyada cürbəcür insanlar var. Biri maddi həyatını, biri mənəvi həyatını, üçüncüsü ailə həyatını, dördüncüsü mənsəbi, şöhrəti üstün tutur. Kərim Gəldiyevin hansı əqidədən olduğunu bilmək üçün onun həyat fəlsəfəsilə bir balaca tanış olmaq kifayətdir.Onun üçün həyat güzərandan ibarətdir. Bacaranlar yaxşı qururlar, bacarmayanlar qarışqa kimi ayaqlanıb, tələf olurlar. Bacaranlar azdır, bacarmayanlar çoxdur. Qulaqlarınızı yerə qoyun, dinləyin. Daimi bir gurultu gəlir, əzilənlərin, məhv olanların səsidir. Ancaq bunu dinləyən kimdir!
Birinci hissə, dördüncü fəsilVağzal qapılarından çıxan camaatdan bilinirdi ki, qatar gəlmişdir. Adamlar daş pilləkənlərdən təmiz küçəyə enəndə qırılmış boyunbağı kimi səpələnib dağılırdılar. Bayaqdan döşəməyə mıxlanan maşınlar, müntəzir dayanan faytonlar hərəkətə gəlir, sanki bu qiymətli muncuqları yığmaq üçün qaçışırdılar. Tramvayçılar zəngi daha da bərk vurur, hamballar yüyürüşürdülər.Gələnlərin bəzisi böyük və möhtəşəm binalar arxasında, geniş küçələrdə yox olurdular. Lakin nə Sadıq kişi, nə də onun məktəbdən qovulmuş oğlu gözdən itdi. Lap şəhərin içərisində də onları - qabaqda məyus yeriyən oğlanı, onu izləyən çiyni xurcunlu, addımı qayım kişini görənlər nabələd olduqlarını seçə bilirdilər. Sadıq kişi ayağında yumşaq məst, şalvarı dolaqla qıvraq bağlanmış halda oğlunun dalınca gedirdi. O, bəzən adamlara yol vermək üçün səkidən aşağı düşür, hamının keçib qurtarmağını gözləyirdi. Lakin camaatın dalısı üzülmürdü. Şəhərin izdihamı və ehtişamı kişini elə tutmuşdu ki, heyrətdən deyirdi: "İlahi, görəsən, bu qədər camaatın çörəyini kim bişirir? Buna xamırmı çatar, tabaqmı dözər, təndirmi yetər... Bütün ömrümdə tutduğum bal bunların bir səhər çayına çatmaz..."
Birinci hissə, beşinci fəsilGəldiyev partkom otağında, əli cibində, paltolu, lakin başı açıq oturmuş, gözünü stol üstündəki dolu və bağlı iş qovluğuna dikmişdi. Qıraqdan baxan elə bilərdi ki, idarəyə yenicə gəlmişdir.Bəlkə Gəldiyev üşüyür? Üşüyən adam papağını götürməz, stol üstünə atmaz, düymələrini açmaz. Bir də divar peçi yanır, otaq istidir Siniflər bumbuz olanda, bura hamam kimi buxar verir. Bu da Gəldiyevin zabitəsindəndir. Bir dəfə Katyanın üstünə çığırmışdı ki: "Səni qulluqdan elə itirərəm ki, izin-tozun qalmaz". Katya o gündən Gəldiyevin otağında qaza, işığa, səliqəyə xüsusi fikir verirdi. Kim isə ona demişdi: "Gəldiyev tam direktor yerindədir".
Birinci hissə, altıncı fəsilAtası Danqır Abbas qəbirdən qalxıb desəydi ki: "Bala, tələsmə, düşmənin basılacaq, işlərin belə rəvac tapacaq" Gəldiyev inanmazdı. İndi onun Rübabə sarıdan işləri belə axırdı ki, deyərsən suda balıq üzür. Vahidin nümayişdə özünü tələyə salmağı, atasının da işə qarışmağı, milis nəfərinin Gəldiyevə kömək çıxmağı... Bütün buriar Gəldiyevin döşünə yatırdı. Söz- sözə gələndə deyirdi:– Buna Sovet hökuməti deyərlər!.. Beş gün maskalanarsan, üç ay gizlənərsən, bir il ötüşərsən, axırda elə yaxalayarlar ha! Odur Nayıbov göz qabağında. Mən deyəndə ki: canım, istismarçı balasından xeyir gəlməyəcək, ağzıma vururdular: "Köpəkoğlu, sən qərəz aparırsan!".
Birinci hissə, yeddinci fəsilPartkom katibi Zahid Vəliyev məzuniyyətə gedəndən sonra hər həftə Gəldiyev iclas eləyir, boynuna götürdüyü məsuliyyətin öhdəsindən gəlmək istəyirdi. Axı o, Zahidi Pyatiqorskiyə yola salanda kişiyə söz vermişdi. Gəldiyevin fikrincə, Zahid iş sarıdan bir az vasvası adamdır. Hələm-hələm adama etibar eləmirdi. Ancaq azar yazığı salmışdı. Həkimlər demişdilər ki, özünü mədən sularına yetirməsən, xəstəliyin qabağını almasan, peşman olacaqsan. Müalicə komisyonundan qayıdan kimi Zahid büro çağırıb katibliyi müvəqqəti Gəldiyevə həvalə etmişdi.On beş gün keçməmiş xəbər gəldi ki, Zahidin xəstəliyi bərkdir, cərrahlıq işi var. Gəldiyev indi partkomun işlərinə daha müvəqqəti yox, həmişəlik, iş sahibi kimi baxırdı.
Birinci hissə, səkkizinci fəsilQatar vağzalda dayanıb köksünü ötürəndə zəng səsləndi. Deyəsən bu səs o qədər qüvvətli idi ki, dəmir yol ilə şəhər arasında olan bütün həddi-səddi vurub dağıtdı. Vağzal qapıları taybatay açıldı. Əlində çamadan, bağlama, patefon, kitab, xurcun, kağız torba, çaydan və qeyri azuqə, qucağında uşaq olan, ya tamam əli boş adamlar vaqonlara sarı yönəldilər. Biletini göstərən, şeylərini vaqona qoyanlar elə sevinir, elə möhkəm otururdular ki, deyəsən ölənəcən bir daha vaqondan yerə düşməyəcəklər.Yola salanlar gedənlərdən çox idi. İnstitutda qış tətili başlanmışdı. Tələbələr dəstə-dəstə evlərinə yola düşür, qış istirahətinin bir saatını da hədər keçinmək istəmirdilər. Oğlan, qız bir-birinə qarışmışdı. Görüşən, ayrılan kim, vidalaşan kim.
İkinci hissə, birinci fəsil– Vahid! Vahid!Vahid dönəndə Gəldiyevin başıaçıq, yeməkxanadan çıxıb ona əl elədiyini gördü. Onlar görüşdülər. Gəldiyev Vahidin qolundan tutub içəri çəkdi:
İkinci hissə, ikinci fəsilÜç gün qabaqdan divarlara böyük, rəngli elanlar vurulmuşdu. Enli sarı kağızın üstündə kölgəli, qəşəng göy xətt ilə bu sözlər yazılmışdı: "Səttar Səttarzadənin konserti".Tramvayların pəncərəsindən yellənərək, görünən elanın xırda sətirlərini oxumaq olmurdu. Ancaq "Səttarzadə" seçilirdi. Qocaman sənət xadimini dinləməyi arzu edən çox idi. Biletlər dünəndən satılıb qurtarmışdı. Bilet alanlar cürbəcür adamlar idilər.
İkinci hissə, üçüncü fəsilUcaboy, qoca, lakin qıvraq həkim içəri girəndə evdəkilər özlərini itirdilər. Biri aralığı yığışdırır, biri stul çəkir, biri həkimin paltosunu, papağını alırdı.– Kimdir xəstə?
İkinci hissə, dördüncü fəsilGün əyiləndə Ağcagilin darvazasından üzünə nimdaş bir ağ çəkilmiş uşaq tabutu çıxardılar. Ağca xanım qara matəm libasında, əlləri qoynunda, yaxası-başı açıq, gözüyaşlı tabutun dalınca yeriyirdi. İki addım atmamış qapıda dayandı, dayandığı yerə baxdı, sanki burada bir şey itirmiş, ya tapmışdı.Ağca xanım fəryad çəkib diz çökdü.
İkinci hissə, beşinci fəsilXəbər verdilər ki, ayın beşində komissarlar sovetində institutun məruzəsi qoyulur. Verdiyev papağını başına atıb ali məktəblər idarəsinə qaçdı.Rəisin yanında iki-üç adam var idi. Verdiyev vacib iş üçün gələn, başqalarını əhəmiyyətsiz sayan bir tövr ilə, izinsiz içəri girdi, paltosunu soyunmamış rəisə əl verdi:
İkinci hissə, altıncı fəsilNəhayət, gözlənilən vaxt gəlib çatdı. Gündüz saat ikidə məsul işçilərin, mütəxəssislərin, mətbuat nümayəndələrinin hüzurunda Verdiyev İslama söz verildi. Verdiyev əlində iş qovluğu kürsüyə çıxanda, dal cərgələrə göz gəzdirdi. Gəldiyevi görmədi. Ürəyinə bir qorxu düşdü ki: "Görəsən harda qaldı".Pəncərənin qabağında, apaşe geymiş Vahidi oturan görəndə təəccüb elədi: "O hara, bura hara? Onu kim çağırıb?".
İkinci hissə, yeddinci fəsilBeşcə gün bundan əvvəl plan idarəsmin kiçik zalında müsabiqə heyəti iclas edirdi. On yeddi layihədən "Ürək" adı ilə verilən layihə ikinci mükafata, "Salam" adlı bir başqası isə üçüncü mükafata namizəd göstərilirdi. Heyət üzvləri rəyə gələndən sonra müntəzir oturub, zərflərin açılmasım gözləyirdilər. Poladov ayağa qalxdı:– Yoldaşlar, - dedi, - aydındır ki, ancaq qazanan əsərlərin paketini götürməliyik. Başqalarının açmağa ehtiyac yoxdur.
İkinci hissə, səkkizinci fəsilVahid evə gələ bilmədi, deyəsən onun əsil işi indi, layihəsi qəbul olandan və hökumət adamları onu təbrik edəndən sonra başlanırdı. Becərdiyi bağın tamaşasından həzz alan bağban kimi, şəhərin ən uca yerinə – Dağüstü parka getdi. Qaralmaqda olan axşam üfüqlərini, göylərə səpilən, get-gedə qızaran ulduzları, bir nəhəng kimi yatıb dincələn Xəzəri seyr etdi. "Yeni Bakı"nın quruluşu, həyatı, insanları qədər də təbiəti təzələnməlidir. Şəhərə yaşıl don geydirməli. Çoxqatlı binalar, universitet, kitabxana, muzeylər, saraylar, klublar, rəsədxana... Uca çinar, qələmə, qarağac, şam, həmişəcavan ağacları içində görünməz olmalıdır. Eyvanlardan üzüm salxımları sallanmalı; bağçalarda güllər dəstələnməlidir. Dənizdən gəmi ilə gələnlər dünyanın ən gözəl bir şəhərinə yanaşdıqlarını güman etməlidirlər. Bu mənim şəhərim! Məni böyüdən, mənim böyütdüyüm yerlər yenə də dilə gəlin, qoyun aləm bilsin!Öz işinin ağası olan adamların sərbəst qələmi ilə Şərqin qapısında, yeni tarixində böyük bir kitab yazılmışdır. Murmanskdan Bəsrə körfəzinə, Lamanşdan Vladivostoka qədər uzanan yollarda gəzənlər - yer, su, hava səyyahları - ruslar, azərbaycanlılar, özbəklər, kazaklar, türkmənlər, fransızlar, italyanlar, yaponlar, çinlilər, hindlilər... qaralar, ağlar, oxumuşlar, avamlar, hərə öz dilində, hərə öz əqidəsində bu kitabı oxuyacaqlar. Bu kitabın dağlardan sahillərə qədər açılan parlaq vərəqləri kimi, məzmunu, mənası açıq və aydındır. Rahatlıq bilməyən buruqlarda, göylərə baş vuran zavodlarda, çoxqatlı mənzillərdə, məktəblərdə, müalicə evlərində, süzüb gedən maşınlarda, trolleybuslarda körpələr də, uşaqlar da, gənclər də, qocalar da, məşhurlar da, sayalar da, əmr verən komandanlar da, eşidən döyüşçülər də, milislər də, xörək bişirən qadınlar da xoş səslə deyəcəklər.
İkinci hissə, doqquzuncu fəsilGəldiyev ehtiyatla, ağır-ağır yoxuşu çıxdı. Səkiyə ayaq basanda Vahidin evi gözü önündə dikəldi, rəngi getmiş, divardan çətin seçilən uca, taylı qapı Gəldiyevə tanışdı.İki ay yarım bundan qabaq, mülayim bir qış axşamında bu qapını "ziyarət" etməli olmuşdu. Ancaq o zaman Gəldiyevin iradəsi davamsız idi.
İkinci hissə, onuncu fəsilGəldiyev sağ-salamat gəlib, Vartaşenə çıxdı. Onun məqsədi burada qalmaq deyildi. Köhnə və sadiq dostu İsmiyevi görəcək, onun vasitəsilə Rusiya darülfünunlarından birinə ezamiyyət alacaq, yayınacaqdı. Əlbəttə, İsmiyev mühəndis olmuş dostunu asanlıqla buraxmayacaqdı: "Bəsdir oxudun, - deyəcəkdi, - qurtardın, gəl indi xalqa xeyir ver!"Amma Gəldiyev onu başa salacaqdı: "Hələ yarımçığam, Bakıda lazımi professorlar olmadığından dastatoçni bilik almadım. Moskvada oxumasam, özümə inciner demərəm. Təvəqqe edirəm boynuma qoyduğunuz haqq-sayı axıracan aparın. Mən də duz-çörək itirən oğul deyiləm, özün tanıyırsan!.." Gəldiyev axşam çıraqlar yananda rayona çatmışdı. Birbaşa dostunun evinə getmək, əziyyət vermək istəmirdi. Mehmanxanaya gəldi, orada ortayaşlı çopur bir kişi işləyirdi. Gəldiyevə bir köhnə çarpayı verdi. Gəldiyev ondan əhval soruşdu:
SusuzluqPayız yeni girmişdi. Ancaq yayın yandırıcı istisi, boğucu bürküsü davam edirdi. Biz şəhərdən çıxmış, yaxın kəndlərin birinə doğru yol almışdıq. Yolun hər iki tərəfi də quraqlıq və bomboş idi. Uzaq dağların döşündə saralan küləşli zəmilərdən, boz və sıldırım yarğanlardan başqa heç nə görünmürdü.Ətrafda göyərti adında heç şey qalmamışdı. İsti bitkiləri qurumuşdu. Sanki ətraf bu saat alışıb-yanacaqdı. Quraqlıq ucundan bu çöllərdə həyat əlaməti görünmürdü. Arabir daş və ya kol dibindən qalxan quşlar havada dayana bilməyib, dərhal yerə enirdilər. Onların uçuşu oda düşmüş, yanmaq qorxusundan çırpınan, çapalayan bir məxluqu xatırladırdı. Yalnız cırcıramaların səsi eşidilirdi ki, bu səs də adama nədənsə "yandım-yandım!" fəryadı kimi gəlirdi. Qaynayan hava təndirdən qalxan alov kimi titrək dalğalarla göyə çəkilirdi. Sanki bu saat yerdə hava qurtaracaqdı.
Boz adamKomandir soruşanda ağzımdan çıxdı ki: "Mən gedərəm!" Deyəsən, rəhmətliyin oğlu çoxdan ürəyində məni tutubmuş. Qırağa çəkib tapşırıq verdi. Mən də təkrar edib xudahafizləşdim.Gedirdim, çox çətin işə gedirdim. Mən hara, kəşfiyyat hara!.. Özü də necə kəşfiyyat! Gərək təkbaşıma soxulam düşmən qərargahına, vəziyyəti öyrənəm, işlərindən halı olam, dörd saatacan xəbər gətirəm. Almanların da elə zamanıdır ki, hirslərindən cilov gəmirirlər. Üç gündür səngərlərimizə dalbadal güc vururlar, hər gələndə bir-iki yüz soldat papağını boş qoyub qaçmağa məcbur olur. İşləri fırıq olanda gedib bir-birini danlayırlar, təzə əmrlər yazırlar. Biz də sabahısı gün bu əmri ölülərin cibindən çıxarıb "işə tikirik." Ona görə deyirəm ki, almanlar bu saat qızıl əsgər qanına susayıblar. Ələ düşsən, tikə-tikə doğrayacaqlar.
FitnəBəhram şahın ay üzlü, çöhrəsindən min bir gözəllik yağan bir kənizi var idi. Bu kənizin adı Fitnə idi.Fitnə zirək, qıvraq, ağıllı-kamallı qız idi. Sifəti cənnət yazı kimi təzə və zərif, yerişi göy zəmi üzərindən süzən yel kimi aram, xoş idi. Üzündən-gözündən məlahət yağırdı. Fitnə yaxşı kaman çalar və rəqs edərdi. Bülbül kimi şirin, təsirli səsi var idi. Kaman ilə səs-səsə verib oxuyanda quşları göydən endirərdi. O, şaha vurulmuşdu. Şah da ona aşiq idi.
AtaZəng çalmandan sonra müəllimlər otağı boşaldı. Yalnız məktəbin 20 ildən bəri daimi gözətçisi olan Salman kişi peçə odun qoyur, səliqə-sahman eləyir, sonra da kürsünü altına çəkib divar dibində, xəritə qabağında əyləşir, hansı bir maraqlasa uzun müddət nəzərini xəritədən, bu əlvan kağızın qarışıq yazılarından, saysız-hesabsız cızıqlarından ayıra bilmir.Salman kişini bu vəziyyətdə görənlər ona coğrafiya müəllimi, yaxud dünya səyyahı deyərdilər. Əslində isə Salman kişinin heç ibtidai savadı da yoxdur. Ancaq məktəbdəki iş təcrübəsi sayəsində bəzi hərfləri və rəqəmləri tanımış, qol çəkməyi öyrənmişdir. Coğrafiyadan başı çıxmaz, hətta dünyanı "qarpız kimi" yumru sayan bir "dərsə" inanmazdı da.
Qardaş qanıKomandir ilə mənim aramda əyri bitmiş, sıx kölgəli bir qarağac var idi. Sanki, komandirin işarəsini görüm deyə, ağac gövdəsini sağa tərəf yayındırmışdı. Mən komandirimin düz, cəld uzanan və bir istiqamət göstərən əlini, xüsusilə hədəfə tutulmuş süngü kimi şax dayanan şəhadət barmağını gördüm, tez yola düzəldim.Biz yaralılar üçün gedirdik. Onları dərhal şose yoluna, sanitar maşınına gətirməli idik. Axtarış yerlərimiz isə başdan-ayağa atəş xətti idi. Yaralı axtardığımız hər addım torpağa hər dəqiqə ölüm yağırdı.
QorxuAşağıdan, ev idarəsinin balaca klubundan musiqi səsi gəlirdi. Hərdən musiqi yavaşıyır, kim isə fərəhli bir mahnı oxuyurdu. Oxuyanı Rəşid səsindən tanıdı. İskəndər idi. Rəşid bildi ki, uşaqlar çalıb-oynamağa yığılıblar. Sevincdən bilmədi nə etsin. Tez papağını başına qoydu, atasına dedi:– Ata, İskəndərgil klubdadırlar, mən də gedirəm.
Yol açıqdırMəmmədrza lap qabaq cərgədə idi. Komandirin əmrini alan kimi xəlvətcə sürünə-sürünə irəlilədi.O, düşmənin atəş nöqtələrini öyrənməli, miqdarını, vəziyyətini təyin etməli idi. Zəmilərin içindən sürünərək gedir, sünbülləri belə səsləndirməkdən ehtiyat edirdi.
YollarDan yeri ağarır, göylərə gümüş kimi bir parıltı gəlir. Xəfif və sərin yay küləyi bağlardan, bostanlardan, çiçəklərdən, lalələrdən ötərək hər yerə ətir gətirir.Böyük şəhər öz uca və əzəmətli binaları, geniş və açıq küçələri, səsli sahilləri ilə oyanır.
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.