Проза
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Oktyabrın dördüncü aqşamı Namiq Kamal bəyin “Akif bəy” adlı faciəsi “Tiflis türk dram dəstəsi” tərəfindən mevqeyi-tamaşaya qoyuldu. Bu əsəri Qafqas şivəsinə təbdil edən Axundov cənablarıdır.Məzkur faciə beş pərdədən ibarətdir.
Millət məclisiTürk mütəfəkkirlərindən doktor Abdulla Cövdətbəy yazır: “Cümhuriyyəti-idarədən əvvəl cümhuriyyəti-ruha malik olalım. Cümhuriyyətiruh... hüququnu və vəzaifini bilmək, bunları təqdis və ehya etmək və müsaəfəkar olmaqdır. Cəhl və təəssübdən ari olmayan ruhların təşkil etdikləri idarə hökuməti-cümhuriyyət belə olsa, ən səfil bir idareyiistibdadiyyə münziləsinə düşmək zəruridir. Mükəmməl, adil, tərəqqipərvər bir hökumətimizin olmasını istəyirsək, hər birimiz mümkün olduğu qədər adil, mütərəqqi, qəni, müstəğni və alim olalım. Fəqir bir millət hürr bir millət olamaz. Fəqir və hürr bir millət hürriyyətini mühafizə edəməyəcəkdir. Fəqirlik siyasi və iqtisadi əsarətlər toxumlarının sürətlə nəşvü nüma bulduğu bir zəmindir. Bu həqiqəti daima təkrar etmək savab və savab olduğu qədər savabdır”.Mülahizə buyurulsun, nə böyük həqiqət və böyüklüyü qədər də bu gün də bizim öhdəmizdə nə qədər bir böyük məsuliyyət olduğunu işar edir. Bu, maföqüz-zikr bəyanatı diqqətlə düşünərsək, şəraiti-mühitiyyə və məhəlləyyəmizə və əhvali-ruhiyyə və vicdaniyyəmizə aid nə kimi bir məqamda bulunuruq? Cümhuriyyəti-idarəyə malik olmaq üçün bizdə cümhuriyyəti-ruh varmı, ya yox? Yox deyildir. Fəqət millətin çox az bir hissəsi öz hüquq və vəzaifinə, bəşəriyyət haqqına, insanlıq vəzifəsinə bəhəqq arif və alimdir. Lakin kütleyi-əvam, cümhuri-nas o vəzifələrdən, o haqlardan bixəbərdirlər. Əgər milli məktəblərimiz olmasaydı, əgər millətimizə xor baxmasaydıq, yaxud ümumi, məcburi təlim qanunu tətbiq olunmasaydı, bugünkü gün bu hala qalmazdıq. Nə isə məza-ma-məza, keçən-keçib. İndi nə etməli? Zənni-acizanəmə görə quberniya şəhərlərində mərkəzi təşkilat təsis olunmalı və onlardan bir şöbə uyezd şəhərlərində açmalı və bütün ətrafa qəryələrə, dəhata, obalara, ellər və əşirətlər arasına birər nümayəndələr göndərməlidir. Xülasə, bu xüsusda heç bir fədakarlıqdan çəkinməməlidir. Xüsusən ki, irəlidə tətil günləri yaxınlaşır, yay mövsümü gəlir. Məktəblər bağlanıb, mütəəllimlər azad olub, müəllimlər asudə olacaqlar.
Darvaza dram cəmiyyətiBizim həvəskarlardan ibarət bir dram cəmiyyətimiz vardı. Mürşüd adında bir oğlan rəhbərimiz idi. Mürşüdün müsbət cəhəti orasında idi ki, yaxşı təşkilatçı idi, həvəskar yığmağı, tamaşaçı toplamağı, paltar tapmağı, dekorasiya qurmağı bacarırdı. Zarafatcıl, üzügülər idi. Xətirli oğlan idi. Heç kəs onun sözündən çıxmırdı. Mənfi cəhəti orasında idi ki, aktyorluğu zəif idi, bir ayağı o birindən qısa idi. Ancaq rəhbər olduğu üçün baş rolları həmişə özü oynayırdı. Böyük bir hazır-cavablıqla da səhnədə öz axsaqlığına məna verməyə çalışırdı. Məsələn, Otellonu oynayanda Yaqoya deyirdi:– Yaqo, Əlcəzair müharibəsində məni qıçımdan yaraladılar, ondan bəridir axsayıram.
Atlar dayandıŞəhər dağın təpəsində qurulubdur. Evdə oturanda hər yana göz gəzdirib görürsən ki, dağ, daş, dərələr və çaylar--hamısı səndən aşağıdadır.Dağların hərəsi bir rəng çalır; çünki bunların eləsi var ki, meşələrlə örtülübdür. Amma dağların əksəri lütdürlər və bu lütlüyün hüsnü meşəli dağlardan da artıqdır; bunun səbəbi budur ki, dağların hərəsi,--xah uzaqdan baxanda, xah yavıqdan baxanda,--növ-növ rəng çalır. Ələlxüsus gün dağlara düşəndə, günün şəfəqi dağların gah bu tərəfini şölələndirib o tərəfinə qara kölgə salır, gah da əksinə.
Töhfeyi-Sami, bölmə 110سید متقی و پرهیزکار بود، این مطلع از اوست :سرمه ای را که بود منت غیری همراه
Süruri-xəlvət Hüseynqulu xanAxşam saat səkkiz idi. Bu gecə Rəşidülmülk öz «sevgilisi» Hüseynqulu xan Süruri-xəlvət ilə evə hər gecəkindən tez gəlmişdi. Buna görə də Mahru xanım şübhələnir və bunun səbəbini öyrənməyə çalışırdı. O adəti üzrə Rəşidülmülklə öz otağının arasında olan dəhlizə keçərək onların danışıqlarını eşitməyə başladı.Süruri-xəlvət Rəşidülmülkün yazı stolundan kənarda durub onun yaxınına getmək istəmirdi. Rəşidülmülk isə bir neçə kərə:
İkinci kitab, ikinci hissə1**Rüstəmbəy sabah qatarı ilə Kiyevə gəldi. Ternopolda bir axşam qalıb, məzuniyyətə icazə almışdı. Artıq bir ay istirahət edə bilərdi.
QaranlıqlaşırBəli, qaranlıqlaşır. Rusiyanın bu yaxın gələcəyi müşahidə ediləcək dərəcə qaranlıqlaşır və onunla belə həqiqi bir nuraniyyətə çıxmaq ümidi yavaş-yavaş azalır. Yağa möhtac olan çıraq, adi su ilə nurəfşan olmayan kimi, Rusiya məmləkəti dəxi bu ikinci duma vasitasilə nurihüzur və asayış kəsb edəməyir.Qabaqda böyük bir hərc-mərc zülməti pişəzvəqt hiss olunmaqdadır.
Kələkbaz AlbertLerqo bez fabrikasında fəhləlik edirdi. Qaniçən faşistlərə qarşı onda dərin bir kin var idi. Faşistlərlə vuruşma başlar-başlamaz Lerqo öz arvadı ilə bərabər cəbhəyə getdi; on altı yaşında oğlu Alberti öz yaxın qonşusu və səmimi dostu olan Albaressaya tapşırdı.Albert ağıllı, ürəkli və mətanətli bir çocuq idi. O, bilmədiyi şeyləri soruşub öyrənmək istəyər və gördüyü maraqlı hadisələri özünəməxsus dadlı bir dil ilə, qonşusu Albarasseya nağıl edərdi. Albaressa onu öz nəvəsi kimi sevərdi.
On birinci fəsilRza xan ağ mərmər sarayın pillələrini qalxanda bütün xidmətçilər əl-əl üstə qoyub ikiqat olmuş, hərbi qulluqçular ayaqlarını cütləyib, özlərini qurudaraq, nəfəslərini içəri çəkmişdilər. Sanki bütün adamlar daş kimi dilsiz və cansız idi. Hamısı qorxusundan saralmış və yerində donub qalmışdı. Əbədi qaşqabaq və qəzəbin kölgəsi pis bir qaranlıq şəklində şahın sifətinə çökmüşdü. Bu qara üzə, heç bir zaman işıqlanmayan bu kinli gözlərə baxmaq mümkün deyildi. Qaraqırışıqlar, məmləkəti bürümüş zindanlar və məhbəslər kimi, ağır və kəsif halda, onun üzündə yatıb qalmışdı. Baxışlarında hakimiyyətin hüdudunu bilməyən təşnə bir ürəyin hərisliyi duyulurdu.O, dəhşət saçan kabus kimi yerində oturduqda bütün sarayda bir məzar sükutu hakim idi. Böyük-kiçik, xidmətçilərin hamısı pəncələri üstə yeriyir, qorxa-qorxa pıçıltı ilə danışırdılar. O, azca düşünüb vəziridərbarı yanına çağırtdırdı. Beş dəqiqə keçməmiş, balacaboylu, tiryəkdən qapqara qaralmış və sümükləri çıxmış Həkimülmülk öhünü düzəldərək daxil olub təzim etdi. Onun balaca gözləri yağı qurtarmış çıraq kimi işıldayırdı. Ürəyi titrəyə-titrəyə əlahəzrət-hümayunun əmrini gözləyirdi. Şahlar və hakimlərin dəyişməsindən asılı olmayaraq, həmişə İran siyasətinin halqalarını əlində saxlayan bu adam, Pəhləvinin qarşısında yarpaq kimi əsir, başını, hər an enməyə hazır olan bir qılıncın altında hiss edərək, özünün bir varlıq, bir vücud olduğunu xatırından çıxarırdı.
4Kosaoğlu Qurban evə yorğun gəldi. Çay-çörək hazırlayıb gözləyən Sayalı, ərinin hirsli olduğunu görüb, tez ayağa qalxdı. Kişinin yarımkürkünü alıb divardan asdı. Palçığa bulaşmış çəkmələrini soyundurub, qapının ağzına qoydu. Gəbənin üstünə döşəkcə atdı. Yastıq və mütəkkə gətirdi.– Bir az uzan, dincəl, - o mehribanlıqla dilləndi, - nə yaman gec gəldin? İstəyirsən su gətirim, ayaqlarını yuyum?
AdilO bu dəfə tennis oyunundan qəribə əhvali-ruhiyyə ilə qayıtmışdı. Elə bil, nə isə itirmişdi, nəyi isə xatırlamağa çalışırdı... Mənim suallarıma fikri dağınıq halda cavab verir, bunun xətrimə dəyə biləcəyini, yəqin ki, düşünmürdü. Buraya gəldiyimiz gündən bəri mən birinci dəfə idi ki, aramızda soyuq, qaranlıq bir divarın yavaş-yavaş qalxdığını aydınca hiss edirdim.Əli yanan ağzına təpər. Mən qəzəbin, acığın, gücün mənasız olduğunu anlayaraq gülür, zarafat edir, onun xoşuna gələcək sözlər danışmağa çalışırdım. Mən qapıda stolun dalında oturmuşdum. O da yanımda dayanıb sağ əlinin qeyri-iradi, yavaş hərəkəti ilə saçını darayır və uçurum üzərində hərlənən ağ qartala baxırdı.
Məhtaban 7Daşlı yolda dördəm gedən qığılcım qoparan nal səslərindən səksənən Ərmağan öz rəxt-xabından dik atıldı, balaca pəncərənin qabağında müztərib dayanıb toz burulğanında gedən atasını, onun dövrəsindəki silahlı süvariləri güclə gördü... Deməli, qoca Məmalik qızı Ərmağanın iynəli sözlərini udmamışdı. Deməli, o, dədə-baba düşməni həlakular evində sınmağını istəməmişdi... Qızı gəlin olan, dörd nəvəsi oynaşan imarət qoca Məmalikə pusquda durub, girəvə gözləyən düşmən səngəri kimi görünmüşdü. Məmalikə görə düşmən səngərində dayanmaq olmazdı! Ona öz səngəri, öz istehkamı gərəkdi...Onların münasibətləri bu məqama çatınca, qoca yeganə qızından da biryolluq əlini üzürdü. Axır yeganə qızı qocanı dinləmir, onun dərdinə qalmır, əksinə, atasının mənliyini düşmən malikanəsində təhqir edib: “özünə süni, qondarma varis düzəldirsən” – deyə onu ana bətnində nəşv-nüma tapan övladını şübhə altına alırdı. Qoca Məmalikə görə indi bir Allah özü onu sındırmamalı, onun mülkünü, əmlakını düşmən həlakulara qismət etməməli, Pəhləvan Məhəmmədin yetimçəsindən ona öz varisini, mütləq oğlan varisini verməlidir!.. Yoxsa Məmalikin gözündə Allah ədalətsiz olar. Fürsəti fövtə verən, yuxudan gec ayılan Məmalikin sümükləri qəbirdə od tutub çırtaçırt yanar, tüstüsü də Savalana doğru dumanlanar...
DiləklərimizMaarif vəkillərimizin diqqətinə!Yaxınlarda Tiflisdə müsəlman maarif yığıncağı olacaq. Namestnik divanxanasında olmağından anlaşılır ki, bunu hökumət lazım bilib meydana gətirir.
AyrılıqXəfif və bürkülü bir dumana bürünmüş Bakı da, sakit-sakit ləpələnən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılıb getdiyimə bir növ inanmırdım. Mən bir daha buraya qayıdıb-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.Mən gəminin göyərtəsində sıxlaşmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çevrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boya-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmamış olsaydılar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də görürdüm, onu mən həyatımın son dəqiqələrində belə unuda bilməyəcəkdim, çünki mən divarlarımın dibi həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqə də, işdən yorğun-arğın qayıdıb döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı görürdüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsaydınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədib öldürdü...
“Gülən adam”ın əhəmiyyətiTürk Bədaye teatrosu qarşısında duran mühüm məsələlərdən biri də türk tamaşaçılarını klassik ədəbiyyat nümayəndələri ilə tanış etməkdir. AHİŞ mədənimaarif bölməsi yanında çağırılmış teatro müşavirəsi də Türk Bədaye teatrosuna bu tanışlığı vermişdir.İngiltərə, Almaniya, Rusiya və sairə klassiklərinin, demək olar ki, bütün görüklü nümayəndələri teatronun səhnəsindən keçmişlərdir. Molyerin əsərləri ilə Fransa komediyası göstərilmişdir. “Gülən adam” pyesinin Türk Bədaye teatrosunun səhnəsində qoyulması, teatronun bu yolda apardığı işlərin gedişi və teatronun ümumi inkişaf zəncirinin bir halqasıdır.
Şikayət“Sər bə zəmin düm bə hava mikünənd Yəni ibadət bə xuda mikünənd”.*Ramazan daxil olub, yarmarkalar... bağışlayın, səhv etdim... məscidlər açılıb, marallarım mətalarını hazırlayırlar. Yəni moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyir, başlayırlar əzbərləməyi.
Xəzinə üstündə yatan ilan 3...Heç yerdə dayanmadan, dincəlmədən qayıtdılar.Səhərə yaxın maşını birbaş Əlləzoğlunun həyətinə sürdülər. Səməd, açıq qapı arasından içəriyə: – Mənəm! – dedi.
Balaca mütəfərriqələr 41– Atam, qardaşım, Allah xatirinə belə nalayiq sözləri danışma, kənara qoy, güclə təzə-təzə bir balaca nuraniyyət görünür. Allah xatirinə, o nuraniyyəti payimal etməyə qəsd etməyiniz. Amandı, bir millət üçün bir qeyri-nicat yolu qalmayıbdır, məgərinki elm! Yoxsa, atam, vallah, billah, qiyamətəcən zülmatdan çıxa bilmirik. Gələcəkdə özgələrin əllərində əsir olarıq.– Min dəfə deyəsən, ağa Dərviş, məni inandıra bilməyəcəksən. Uşaqlarımız oxuyub, axırda onlardan nə olacaq?! Oxuduqca dinimiz, millətimiz əldən gedir. Görmürsən ki. elmdən necə fəsadlar törəyir?.. Yox, yox, ağa Dərviş nahaq danışırsan...
Qanlı Qoca oğlı Qanturalı boyını bəyan edərQANLI QOCA OĞLI QANTURALI BOYINI BƏYAN EDƏR, XANIM, HEY-HEY!Oğuz zamanında Qanlı qoca, deyərlərdi, bir gürbüz ər vardı. Yetişmiş bir cılasun oğlı vardı. Adına Qanturalı derlərdi. Qanlı qoca aydır: “Yaranlar, atam öldi, mən qaldım. Yerin-yurdm tutdım. Yarınkı gün mən öləm, oğlum qala. Bundan yegrəgi yoxdur ki, gözüm görərkən, oğul, gəl səni evərəyim!” - dedi. Oğlan aydır: “Baba, çün məni evərəyim dersən, mana layiq qız necə olur?”
Yollar, yollar...Pəncşənbə günü idi. Səhər yenicə açılırdı.Tutqun üfüqün boz yanağına təzə-təzə narıncı xal düşür, qədim Həmədanın üzərinə sallanan qatı bulud karvanı şəhərin söykəndiyi Əlvənd dağlarına tərəf sürünür, sonra göy qübbəsinin ətəklərində çin-çin olur bir-birinin üstünə qalanırdı. Məğribin zülmət örpəyi çoxdan pardaxlanmışdı...
Səkkizinci fəsilBu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Ümid çırağıİlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Ş... şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi. Pəncərədən çırağın zəif şö’ləsi bağçaya düşərək oranın zənkin böcək və pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif əndamlı, sarımtıl bənizli, qıvrıcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab oxuyur, ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovcalayır, qalxıb pəncərəni açır, başını dişarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüs edirdi.Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.
Büllur külqabının nağılıI**Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyumu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca, arxın qırağındakı otlara sürtüşə-sürtüşə gedirdi və bu gediş Mirzə Manafa şübhəsiz ki, ləzzət verirdi. Bu gedişin bir ləzzəti də orasında idi ki, yuxunun içində ola-ola Mirzə Manaf özünün yuxuda olduğuna yüz faiz arxayın idi, mindiyi trolleybusun yuxu trolleybusu olduğunu bilirdi və onun yamacdan aşıb çaya düşəcəyindən bir damcı da ehtiyat eləmirdi... Bir də düşsəydi nə olacaqdı: çay yüngül, trolleybus yüngül, hava yüngül... Bu da bir kef idi ki, ayda-ildə bir dəfə Mirzə Manafın əlinə düşmüşdü və səhərin hansı vədəsi olduğunu az qala dəqiqəsinəcən bilsə də, Mirzə Manaf gözlərini açmağa tələsmirdi, yatıb yuxuya qalıb işə gecikməkdən qorxmurdu, çünki Mirzə Manaf yuxuda ola-ola onu da yaxşı bilirdi ki, buradakı vaxt oradakı vaxtdan deyil; Mirzə Manaf arxayın idi ki, orada divar saatının iri əqrəbi bircə dəqiqənin üstündən aşınca, burada – bu Buzbulaq arxının qırağında, Allahın bu qəribə trolleybusunda hələ çox kef eləmək olar.
Birinci məktubMənim hörmətli qardaşım! Allah iqbalını daimi etsin! Cənabınızın xahişinə görə “Kəmalüddövlə məktubları” nüsxəsini müəllifindən alaraq sizə bir neçə şərtlə göndərirəm.Birinci – bu nüsxəni gərək mə’rifəti, əminliyi və insaniyyətinə qətiyyətlə inandığınız şəxslərə göstərəsiniz.
Təbriz zindanındaTəbrizdə təbrizlilərdən, digər əyalətlərin sakinlərindən məktublar alırdıq.Məktub müəllifləri təkidlə yazırdılar ki, sovet hökumətinə hüsnrəğbət bəsləyənlər, sovet ordusu sərhədi keçəndə qabağa düşüb yol göstərənlər hələ də Təbriz zindanında çürüməkdədirlər.
Dialoq nədir– Deyirlər, iqtidarla müxalifət dialoqa gedəcək. Məni bir başa sal görüm, dialoq nə deməkdi?– Dialoq o deməkdi ki, o deyir-bu deyir, o deyir-bu deyir... və axırda "o" deyir.
On altıncı fəsilSƏRDAR KNYAZ SİSİANOVUN QƏHR VƏQƏLƏBƏ İLƏ GƏNCƏNİ ALMAĞIN VƏ
Müharibə və ədəbiyyatTuhaf şey!.. Nerəyə getsən, hər nəyə baqsan, bir sarsıntı, bir pərişanlıq hökmfərma... Bütün könüllər iztirabda, bütün ruhlar həyəcanda, bütün gözlər intizarda...Kürreyi-ərzin, şu canavar yatağının bir bucağı, bir nöqtəsi yoq ki, duyduğumuz saldırışlardan, eşitdiyimiz gurultulardan mütəəssir olmasın!
Şairi-mərhum Sabir əfəndinin qəbriKeçən on iki iyulda sevimli şairimiz Sabir əfəndinin vəfatının bir illiyi münasibətilə heç olmazsa qəbri üzərinə bir daş salmaq üçün atidəki vəch üzrə zəvati-giram ianə buyurdular:Hacı Əbdürrəhim Səmədov 3 manat