Hikmət və nəsihət
İki hörük arasında üzün qiyamət edər,İki gecə arasında günəş iqamət edər.
Qəzəl 121Dərdinə əğyarın etmiş yar əlac,Qibtədən məndə dəyişmişdir məzac.
Qəzəl 123Nəsihət eyləyib göz yaşı da töksə əgər naseh,Mənə qan uddurur, sanki verir hər an zəhər naseh.
Qəzəl 178Dərdini sinəmdə könlüm eylə bil can bəsləyir,Ol səbəbdəndir onu zövq ilə hər an bəsləyir.
Qəzəl 180Ağlaram, var gözümün yaşına, əlbəttə, səbəb,Ağlasam qəlbimin əhvalına, gəl sanma əcəb.
Qəzəl 277Hər gecə ağlamaqla qan içində boğuluram,Səhər başımı köpük kimi qandan çıxarıram.
Qəzəl 313Haçan düşür gözüm ol gülüzara ağlayıram,Fəğan ilə dönüb əbri-baharə, ağlayıram.
Qəzəl 386Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli!Mən kiməm, – aləmdə bir kəmtər qulamın, ya Əli!
Qəsidə 3Dərgəhindən özgə yox dərd əhlinə darüş-şəfa,Kim şəfa tapmazsa ondan, dərdinə olmaz dəva.
Qəsidə 48Məni bir halə salıb ki, fələki-kəcrəftar,Gəzərəm aləmi sərgəştə misali-pərgar.
Qitə 14Ey ağıl sahibi, unutma bunu,İki kəsdən sənə çətinlik olar.
Qitə 19Ömrümün əvvəli ki, zövqü səfa vəqti idi,Elmsiz keçdi bütün bisərü samanlıq ilə.
Qitə 28Hüsni-surətlə kəlami-mənəvi insanlaraHər zaman hər hal ilə olsa, deyildir biəsər.
Qitə 35İki sinfə bölünmüş əhli-cahan,Biri elm əhlidir, biri cahil.
Qitə 38O tifli-sadədilin səhfeyi-cəmalı kimi,Lətifü sadə yaranmışdır ondakı əhval.
Qitə 45Bilirdi gərçi bütün dillərin nə olduğunu,Səfayi-təblə, həm elmü qüdrətilə nəbi.
Qitə 46Fəryad, zülm edən bu fələkdən ki, dəhrdəDövrilə qəlbi şad eləməz, qəmdir hasili.
Rübai 14Əcəm, türk, ərəbin sənsən rəhbəri,Yüksəlir hər kəsin sənlə hünəri.
Rübai 26Dünyada hər cəfa eyləyə dilbər,Öz məst aşiqinə nəsihət eylər.
Rübai 70Qovur yaxınlığın ürəkdən qəmi,Elmin bir dəryadır, vücudun gəmi.
Rübai 78Elm ilə, ədəblə tapılar şərəf,Mirvarı olmasa, nə lazım sədəf?
Rübailər, 19Bir busə üçün, – dedim, – ləbim mehmandır.Bir busəm üçün, – dedi, – baha bir candır.
Rübailər, 77Olmaz bu qədər ağıllı heç bir insan,Mehrin, qılığın etdi məni lap heyran.
Rübailər, 133Mən ki bu qədər ağlaram aşkar-pünhan,Zənn eyləmə qorxutdu məni tək bir can.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.