Məhəmməd Füzuli · Şeir
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Şöhrətim artdıqca eşqimdə, adın şöhrət tapar,Etibarım getsə əldən, sən taparsan etibar.
Qəzəl 118Dil açıb şəm elədi arizi-dildar ilə bəhs,Tez tutuldu dili, qəhrindən edər yar ilə bəhs.
Qəzəl 121Dərdinə əğyarın etmiş yar əlac,Qibtədən məndə dəyişmişdir məzac.
Qəzəl 126Kimin ki, mən kimi var sinəsində daği-ciyər,Tutar bu gizli qəmi-eşqdən yəqin o xəbər.
Qəzəl 129Zənn qılma gözlərimdən ləxtə-ləxtə qan damar,Vurduğun oxlar yerindən qanım, ey canan, damar.
Qəzəl 131Nə yaxşıdır nəzərimdə o gülüzarın ola,Verən ziya gözümə arizi-nigarın ola.
Qəzəl 141Məşşatə o qıvrım saçın hörüyünü ələ aldıqda,Əlinin qısqanclığından Çində nafənin qarnı sancılanar.
Qəzəl 150Salmasın Tanrı məni ol sərv boylumdan cida,Ayrılıq göstərməsin eşq əhlinə hərgiz xuda.
Qəzəl 162Gecə xatırlamayır dərdimi bəzmində nədən,Necə xəlvətdi o yer, gəlməyirəm xatirə mən.
Qəzəl 163Yel atıb pərdəni görcək üzün, ey simbərim,Kəsilib səbrü qərarım, yox özümdən xəbərim.
Qəzəl 168Ayinədə əksim özümə bir nəzər etdi,Əhvalımı göz yaşı töküb didə tər etdi.
Qəzəl 172Yar üçün yar gərək təneyi-əğyar çəkə,Cövri-əğyari gərək, şübhəsiz, hər yar çəkə.
Qəzəl 179Xoş ol ki, ney kimi hər bəndimi cida edələr,Nəinki mane olub naləyə cəfa edələr.
Qəzəl 184Hər kəsin dildə qəmi-simbəri olmuş ola,Xoşdur eşqində onun çeşmi-təri olmuş ola.
Qəzəl 196Kuyinin sakiniyik biz, diri olsaq nə qədər,Xaki-kuyəm, başımız göylərə yüksəlsə əgər.
Qəzəl 200Çəkir eşqin məni hərdəm yeni bazarə yenə,Dikmisən göz niyə bəs başqa xiridarə yenə.
Qəzəl 211Sevgilim, şadlıq gecəmdə şəmi-rüxsarın yetər,Şəmsi-iqbalım doğarsa, kuyi-dildarın yetər.
Qəzəl 214Demə fəqət mənim ol yari-gül üzarımdır,Hamı sevir, nə mənim təkcə nazlı yarımdır.
Qəzəl 237Tərk etdi yar, etdi məni biqərar eşq,Şamü səhər olubdur işim ahü zari-eşq.
Qəzəl 240Əzilsəm, torpağımdan çıxmasın toz istəmiş dövran,Odur kim, isladar əndamımı gözdən axan qandan.
Qəzəl 243Sənin qəminlə, gülüm, biqərar olubdur dil,Bu qəmli könlümün halından olma gəl qafil.
Qəzəl 244Göz könüldən, qəlb gözdən çox, inan, istər səni,Qəlb gözdən, göz könüldən hər zaman istər səni.
Qəzəl 247Sabah bayramdır, ey ömrüm, aman ver, eyləmə təcil,Səhər olsun, məni xəncərlə qurban etsin ol qatil.
Qəzəl 257O qıvrım saçlarından min cəfa çəkdim, kədər gördümKi, ta vəsli nəsib oldu, öz ömrümdən səmər gördüm.
Qəzəl 267Sənə verdim könül, göz çəkdim həm canandan, həm candan,Yaxıb bir şəm, qovdum dostları mən ol şəbistandan.
Qəzəl 269Yenə at çapdı meydanda, qopardı toz o cananım,Əl atdı, silkədi damanını, düşdü yerə canım.
Qəzəl 273Ey pəri, bir ömrdür ol gülüzarı görmədik,Sən bizi gördün, biz ol bietibarı görmədik.
Qəzəl 276Səndən səvay baxmamışıq bir nigarə biz,Təqsirimiz nədir çəkilək, söylə, darə biz.
Qəzəl 277Hər gecə ağlamaqla qan içində boğuluram,Səhər başımı köpük kimi qandan çıxarıram.
Qəzəl 280Cövründən hər dəqiqə yetər yüz bəla mənə,Xoşdur bəla, görürsən əgər sən rəva mənə.