Əsərlər
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Hava çox gözəl idi. Axşamkı sazaqdan əsər qalmamışdı. Uşaqlar sürüşə-sürüşə məktəbdən qayıdırdılar. Bəziləri yoldan kənara çıxıb qarın təmiz yerində arxası üstə uzanır, öz şəkillərini qara salırdılar. Ağaran çöllər işıldayıb, adamın gözünü qamaşdırırdı. Camaatın çoxu kürək götürüb damların qarını kürüyürdü. Gümüşü tozcuqlar havaya qalxıb bərq vururdu. Uşaqlar malları qabaqlarına qatıb suvarmağa aparırdılar. Kənddən xeyli aralı olan düzənlikdə uşaqlar qaçışır, itlər nəyi isə qovurdu. Deyəsən, qara düşmüş dovşana rast gəlmişdilər.Tükəzban xala səhəngini dalına alıb asta-asta arxa doğru gedirdi. O, şad idi. Qarıya elə gəlirdi ki, göyün tərtəmiz olması, neçə gündən bəri görünməyən günəşin indi parıldaması, quşların çəpərin üstünə qonub civildəşə-civildəşə özlərini günə verməsi oğlunun ayağının sayəsindədir. İki aya yaxındı ki, o, kəndə gəlmiş, özü ilə bərabər ana qəlbinə istilik gətirmişdi.
Analar ağlarAnam,Sapunqaraya analar gəlib ağlar.
Vaxt olar...Hər yanda al-əlvanÇiçək açılır,
Gün üzrə ay tuluimi ya gün kəmanıdırGün üzrə ay tuluimi ya gün kəmanıdır,Ya qaşdurur bu cümləsi aşıq gümanıdır.
Üçüncü cildin müqəddiməsiQələmi ələ alıb, İbrahim bəyin "Səyahətnamə"sinin üçüncü cildini başlamaq istəyirəm. Lakin fikrim elə pərişandır ki, iki kəlmə mühüm mətləb yazmaq iqtidarında deyiləm. Bilmirəm mətləbi haradan başlayım, necə bəyan eləyim. Qələmim qurudu, barmağım od tutub yandı, daha nə yazım? Yazılmış bir şey qalmamış; nə deyim? Deyilməmiş bir söz qalmamış, kinayə qurtarmışdır, rəmz tükənmişdir, izah aydınlaşmışdır. Heç nə, heç bir şey qalmamışdır. Tarixçi deyiləm ki, tarix yazıb, keçmişdəkilərin əhvalatını qələmə alam, şair deyiləm ki, şer yazıb, qafiyəpərdazlıq edəm. Natiq deyiləm ki, söz quraşdıram, münəccim deyiləm ki, sözümü əflakın hərəkət etməsi ilə əsaslandıram, siyasi məktəbdə oxumamışam ki, beynəlxalq hüquqdan və tarixdən dəm vuram. Öyrəndiklərimi tuti kimi deyib qurtardım. Dağarcığımda nə var idi xərclədim. Yalandan-palandan özümdən şer də oxudum. Gülünc vəziyyətə düşdüm, xoruz olub banladım, qışqırdım, haray çəkdim, başıma əmmamə qoyub azan verdim, dedim: oyaqlıq yuxudan yaxşıdır, anla!Uca səslə bağırdım: -- “yahu, qəflət yuxusundan oyanın!”
XIIIAxı Şükranın ölümü heç də adi ölüm deyildi. Bu müsibət idi, faciə idi, qəhrəman ölümü idi. Şükranın qəhrəmanlığı yol kəsənlikdən, baş kəsənlikdən, basqın etməkdən, qan tökməkdən ibarət deyildi. Şükranın qəhrəmanlığı tamam xeyirxah, nəcib insan qəhrəmanlığı idi. Şükran at ötüşlərində, cıdır çapışlarında ardınca ağçuxalılar, ulduz atlılar dəstələri gətirməkdə, toy-nağaranı gücləndirməkdə, Göyən yallılarını genişləndirməkdə birinci idi, başbilən idi, başçı idi! Şükran öz hərəkəti, öz rəftarı, öz cəsarəti və çevikliyi ilə adamları yaxşılığa, bir-birini sevməyə səsləyən insanpərvər idi, insan idi. Şükranda yaxşılıqdan istənilən qədər tapmaq mümkün olduğu halda, onun pisliyindən, pis əməllərindən heç bir, cüzi də olsa, tapmaq mümkün deyildi, çünki Şükran pis olmamışdı, heç kəsə də pislik etməmişdi. O vaxt at ötüşlərində möcüzələr göstərən Şükrana el-oba mərhəba deyirdi, Sevgili də gəlinbacısı ilə Şükranla toy etməkdən danışırdı, sevinirdi, yerə-göyə sığmırdı.Bəs indi? İndi ulu Tanrı gör nə edibdir? Qara libasa qərq olan Sevgili indi nə deyirdi? Sevgilinin qonşusu həmin gəlinbacı – oğlunu Şükranın özü qucağına alan, Ulduzun belinə qaldırılıb gəzdirilən Gülnaz nə deyirdi? O, Şükranın matəminə heyifsilənə-heyifsilənə gəlməmişdimi? Bəli, heyifsilənməkdən artıq yana-yana gəlmişdi. Gülnaz oxu daşa dəyən Sevgilinin nə çəkdiyini bilirdi. Sevgili tək bircə kəlmə də olsa Şükranla kəsməmişdi. İndi tabutda uzanan, yanlarına buz yığılan Şükranı nə dindirmək, nə də ona Sevgili barəsində bir işarə etmək olardı! Misilsiz şuxluq və cəsarət, çevikliklə Ulduzun belində oynayan oğlana indi nə söyləmək olardı? Sevgili ürəyindən keçirirdi: “Mən qara saçlarımı ağ hörəcəyəm! – deyə and içirdi. – Heç bir yana getməyəcəyəm, heç bir oğlanın üzünə baxmayacağam. Mən səni sevmişdim, Şükran! Yenə, torpaqda da səni sevəcəyəm. Sən öz sevgini qurd ağızlı torpağa apardığın kimi, mən də öz sevgimi elə bu torpağa aparacağam!”
Gecənin səsiTitrədir çırağı yelin nəfəsi,Ucalır bağlardan gecənin səsi.
Mehribanlıq görməyib bir mehliqadən küsmüşəmMehribanlıq görməyib bir mehliqadən küsmüşəm,Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm.
Balaca mütəfərriqələr 10– Mən ki qəti ümid eləməmişəm. Ağa Dərviş, ruzgarımız inşallah belə keçməz.– Allah eləsin, qardaşım. Ancaq bu halda əhvalımız çox qolaydı. Nə qədər dedikcən qolaydı.
Batıb kənd yolunda qəmə, kədərəBatıb kənd yolunda qəmə, kədərə,Bir ana qərq olub düşüncələrə.
O mənimdir əzəldənƏsmə, ey sabah yeli, böylə müxalif əsmə,Tellərini pozduğun o sevdalı yar mənim.
Kərim ağa FatehKərim ağa ibn Fətəli xan "Fateh" təxəllüs Şəki şairlərinin bərgüzidələrindən birisi hesab olunur. Kərim ağa Şəki xanlarının xanədanından olmağa görə, nəcib və alitəb bir zat imiş; familiyası — Şəkixanov. Mirzə Fətəlinin müasiri olubdur və onun xatirini əziz tutarmış və hər dəm ləyaqətli töhfələrlə mirzəni yad edərmiş.Fətəli xan Şəkidə xanlıq edən zamanı hicrətin 1235-ci salında Şəki vilayəti Rusiyanın təhti-təsərrüfünə keçdi və Fətəli xan rus dövləti tərəfindən təsdiq olundu.
GəlinSən ki, bu qaydada belə gözəlsən,Yoxdu gözəllikdə sənə tay, gəlin!
Deyirlər, çıxdı bir gün Tura MusaDeyirler, çıxdı bir gün Tura Musa,Minacat etdi: “Ey məbudi-yekta,
Pəncərə önündə çinarPəncərəm önündə tək çinar,Yamyaşıl yarpaqları
Yarala məniBir ərzim var qulluğuna rəfiqim,Gör necə çəkibdir yar ala məni.
Tər gülər, SənəmTər getdim tər yarın tər xanəsinə,Tər mehman, tər eylər, tər gülər Sənəm.
Aşıq Heydərlə Yetim Ləvəndin deyişməsiAşıq Heydər:Nə ucadı, nə alçaqdı,
“Molla Nəsrəddin” bağlandıCümə günü axşam saat səkkiz idi. Yazı otağında tənha oturub fikirləşirdim. Fikirləşirdim ki, nə üçün bir para adamlar “Molla Nəsrəddin”in yazdığını, məqsədini yaxşı düşünməyib fürsət axtaranlarınhiylə və təvillərinə aldanırlar. Nə üçün camaatımız bu qədər avamdır?Bu qədər qışqırıq saldılar da gündə, gözlərinin qabağında min cür bidin və biqeyrət işlərə, aşkar haram və məsiyətlərə sükutla tamaşa edirlər…
Qəzəl: Zəəfi-qəmində ol kəmərin sorma halımıZəəfi-qəmində ol kəmərin sorma halımıBir muyi-pic və taba salıbdır xəyalımı
Qəzəl 3526Saqi gər bir cam ilə xatirimi şad eləyə,Yüz dəfə xoşdu ki, o meykədə abad eləyə.
Qəsidə 28Kafınin təbidir hünərə əsgər,Əsgəri ney kimi şəkərdir, şəkər.
Qəzəl 95Bizim məclis qurulmaz heç zaman, ey simbər, sənsiz,Sənin aşiqlərindən orda olmaz bir nəfər sənsiz.
Cami-Cəm, fəsil 114Ustad tap, sonra da dürr deş hər zaman,Onda baş ağrısı çəkməz bir insan.
MəscidlərHamıya məlumdur ki, bu axır vaxtlarda Qafqazın müsəlmanları gözlərini açıb başlayıblar hey bir ucdan məktəb binası qoymağa və indiyədək üç ilin müddətində bütün Qafqazda dörd və bir rəvayətə görə, beş yerdə məktəb açılıbdır. Bu beş məktəbin üçünü iranlılar və ikisini qafqazlılar açıb və bundan savayı hələ eşidirik ki, bəzi şəhərlərdə yenə təzə məktəb söhbəti var.Aşkardır ki, bu qədər məktəbin varlığı qafqaz müsəlmanlarının tərəqqisinə bir böyük dəlildir. O səbəbə ki, bir yerdə ki, iki il bundan irəli bircə dənə də məktəb yox idi – bu beş məktəbi biz gərək çox və çoxdan da çox hesab edək; çünki necə olsa, yenə beş, heçdən çoxdur.
Bahar irişdi yenə yer geyindi hüllə bu günBahar irişdi yenə yer geyindi hüllə bu gün.Süciyə and içənə vacib oldı hüllə bu gün.
Sirlər xəzinəsi, fəsil 60Ey şair, sabahını uğurlu görsün aləm,Bu işdə bir dost kimi tutdu əlimdən qələm.
XXXIX. HərəmxanaHəmədanın məşhur mülkədarı sayılan Əmiri-Əfxəmin hərəmxanasında mühüm bir təbəddülat olmuşdu. Hər kəs, «hərəmxanaya yeni bir qız gətirilmişdir» deyə danışırdı.Hərəmxana xidmətçilərinin dediyinə görə, yeni gətirilən qız, Əmiri-Əfxəmin özü üçün yox, böyük oğlu Səndüddövlə üçün gətirilmişdi. Hər halda Əmiri-Əfxəmin hərəmləri buna inana bilmirdi. Çünki Əmiri-Əfxəm heç bir vaxt gözəl və tərifli bir qızı əlindən buraxmazdı.
Ənisül-arifin, 11هر کرا قصد حریم کبریاستدشمنش در راه دین کبر و ریاست
Qəzəl 30ای که از فکر تو پیوسته سرم در پیش استدل من بی لب لعل نمکینت ریش است