Miniatürlər

Üzgüçütək dənizdə ay bu gecə üzür hey,Dalğalara işıqdan boyunbağı düzür hey.

Həkimə Billuri2 dəq
Qara deyilmi

Mənə qara deyən gözəl,Qaşların qara deyilmi?

Xalq ədəbiyyatı1 dəq
İnsanam mən

Məni nə bənövşəyə,Nə lələyə oxşadın.

Mədinə Gülgün19651 dəq
1

Gün qalxdıqca gecə şaxtadan donan yolların qarı əriyirdi. Arxların kənarındakı buzlar istinin təsirindən çatlayıb ovxalanırdı. Göz işlədikcə uzanan düzlərin üzərinə yorğan kimi sərilən qar nazilir, bəzi yerlərdə isə yuxalıb xal-xal olurdu.Şəhərdən çıxıb uzanan asfalt yol ağ çölləri qara xətt kimi yarıb keçirdi. Yaz aylarında gurlayıb-çağlayan Alagöz çayı indi sap kimi nazilib sakit-sakit axırdı. O tayda, bağların içində kənd evləri görünürdü. Bacalardan burula-burula qalxan tüstü duman kimi kəndin üzərinə yayılmışdı. Uzaqdan qara nöqtələri andıran heyvanlar çöllərə səpələnmişdi.

İsmayıl Şıxlı19549 dəq
Analar ağlar

Anam,Sapunqaraya analar gəlib ağlar.

Əli Kərim1 dəq
Nə olar?

Sən ey könlümün dostu, sirdaşı,Niyə küsürsən hər qədəm başı?

Zeynal Cabbarzadə1 dəq
Fəqrlə tapdım özümə mən əlac

Fəqrlə tapdım özümə mən əlac,Qalmadı dərmanə daha ehtiyac.

Abbasqulu ağa BakıxanovQəzəl1 dəq
VII

Ulduz doğrudan da Ulduz idi. O, göylərin ulduzlarından da artıq yerin – bu gözəl aləmin Ulduzu idi, onun qaçarağından ağ-ağ şölələr saçılırdı. Elə bil ki, Şükran atdan da artıq Ulduzu minib uçurdu. Axı ta qədimlərdən bəriyə “su – aydınlıq, at – muraddır” deyiblər. Əgər yuxuda su görmüsənsə, aydınlıq olacaq, at görmüsənsə, muradına çatacaqsan. İndi Şükran həqiqətən murada çatmışdı. Ona belə ecazkar qanad, qanaddan da artıq vəfalı dost qismət olmuşdu. Özü də bu vəfalı dostluğun nəcib və gözəldən gözəl rəmzi olaraq ulduzlu oğlanlar əmələ gəlməyə, cavan Şükranın çoxlu-çoxlu şagirdləri yaranmağa başlamışdı. Baxanda bütün Göyən oymaqlarında yeniyetmə cavanlar Şükranı təqlid edir, Ağqoyunlu elində ulduzların sayı çoxalır, az qala bu ulduzların sayı yüzdən yuxarıya qalxırdı. Bu hal Ağqoyunlu elinə olmazın fərəh gətirir, olmazın dərəcədə bu elin qürurunu artırır, başqa-başqa ellər içində ağqoyunluların başını uca edirdi. Bu ulduz atlılar hər yerdə xeyir işə kömək edir, şəri-şeytanı dəmir nallarla tapdayıb keçirdilər. Bu yeniyetmələr yolda yorulanlara kömək əlini uzadır, Şükran sayağı at belinə qaldırıb mənzilə çatdırırdılar. Ancaq bütün ulduzların içində yenə də həmin-həmin Şükranın Ulduzu birinci idi, baş idi, necə ki, özü də Ağqoyunluda birinci idi, baş idi!Xoşbəxtliyin belə süd kimi ağ-çağ çağında birdən-birə qara milçək çıxmağa, süd içindən çıxan qara milçək kimi ürək bulandırmağa başladı. Ürək bulandıran ölü milçəyi qırağa atarlar, ya da ölü milçək düşən süd qabını bir kənara boşaldıb özünü də yaxşı-yaxşı qumla sürtə-sürtə yuyub, yaxalayıb, salavatlayıb bir qırağa qoyarlar; bir azdan da bu qara milçəyin ağ süd içinə necə düşüb-düşmədiyini də unudarlar. Ancaq burada peyda olan elə də adəti qara milçək deyildi, çox yekə, çox da qara bir mozalan idi. Bu mozalan başqa yana da yox, Ulduzun canına ariz olmağa başlamışdı... Ağqoyunlu elinin qoyun sürüləri Ziyarət dağının yan-yörəsindən keçib, yuxarılara, alayaylaqlara yol aldığı zamanda, hələ elin dalı Göyəndən üzülmədiyi bir vaxtda, yaz yaya yaxınlaşdığı günlərdə, qızmarlaşdığı dəmlərdə bu mozalan da qızırdı, qızışırdı, ara-ara Ulduzun üstünə düşürdü. Mozalan Ulduzu dişləyirdi, oradan-buradan çalırdı, Ulduzun qanını sorub-sümürürdü. Əvvəlcə Şükran bu qara mozalanı görə bilmədi, nə qədər göz qoyub, göz gəzdirdisə də, bu qara mozalanı tapa bilmədi. Şükran Ulduzun yaralarını yudu, onun canını qandan təmizlədi, qayıdıb yaralı Ulduzun gözlərindən öpdü, qıdıqlayıb tərpətdi. Ulduzun könlünü aldı, birtəhər köhlənin kefini açdı.

Süleyman Rəhimov7 dəq
Qaraçılar

Siz çöllərdə, biz şəhərdə çürüdük,Deyin görüm, macarmısız, yoxsa türk?

Həbib Sahir2 dəq
Ey gül, sənə yoxdur bu nəzakətdə qərinə

Ey gül, sənə yoxdur bu nəzakətdə qərinə,Kuyin çəməni tənə vurar xüldi-bərinə.

Molla Pənah Vaqif1 dəq
Balaca mütəfərriqələr 9

Bu dəfə Rəcəbəlinin qonaqlığı mənə haram oldu. Məclis arəstə, bir-iki istəkan atma şirin çaydan sonra qonaqlardan birisi başladı ki, Dərvişə layiq deyil yalan demək. Birisi rişxəndlə buyurdular ki, bizim Dərviş yalan gopuyan dərvişlərdən deyil.– Ağalar! Eyhamla danışmaq lazım deyil, buyurunuz görüm, mən nə vaxt yalan demişəm? Allah lənət eləsin yalan deyənə, dilim lal olsun, hərgah mən ömrümdə yalan demiş olsam. Səhvim olub, doğrudur, amma yalanım olmayıb deyim mən.

Nəcəf bəy Vəzirov19052 dəq
Min il məhkum olsa

Min il məhkum olsa –Gülər səadət!

Zeynal Xəlil19721 dəq
Neyləyim

Keçdi bahar, bitdi güz, o dağları qış aldı,Dost elindən bir xəbər almadım, neyləyim?

Almas İldırım1 dəq
İbrahim Əfəndi Nicati

Nuxa şəhərində nəşvü nüma tapıb təlim və tərbiyə almış şuəradan birisi də mərhum İbrahim əfəndi ibn Mustafa əfəndi olubdur ki, Mirzə Fətəli Axundovun və Kərim ağa Fatehin müasiri imiş. Səhih məlumata görə, İbrahim əfəndi hənuz tifl ikən valideyni ilə məən Qazax mahalından mühacirətən Nuxa şəhərinə gəlib orada sükunət edərmiş. Onun abavü əcdadı ruhani olublar.Belə rəvayət olunur ki, İbrahim əfəndi iyirmi beş sinninə çatınca zərgərlik edərmiş və o vaxta kimi bisavad imiş. Bir dəfə ona kağız yazdırmaq lazım olubdur və bu işdən [ötrü] əhli-savad bir şəxsin himmətinə rücu edibdir. Məzkur şəxs naməni yazdıqdan sonra ona bir növ töhmət izhar edibdir ki, sənə eyib deyilmi özün üləma nəsli ola-ola qeyrisinə hali-dilini kəşf qılıb məktub yazdırırsan? İbrahim əfəndi bu etirazdan xeyli mütəəssir və pərişanhal olub, iyirmi beş yaşında ikən başlayıbdır oxuyub yazmağı və bu yolda gecə və gündüz xürdü xabı özünə haram edib, elmü mərifət təhsilinə məşğul olubdur və axırda alim və fazil bir şəxs olub müdərrislik edərmiş. Təbi-şeriyyəsi olaraq bir xeyli əsərlər vücuda gətirmişdir. Vəli onlardan çoxusu dağılıb tərk olubdur. Əşarü kəlamının əksəri münacat, nəti-rəsul və qəsaid qismi əsərlərdir. Onlardan bir-iki[si] nümunə olaraq burada yazılır.

Firidun bəy Köçərli19252 dəq
Buradan səni

Başma döndüyüm, ay qəşəng Əsmər,İstəməm gedəsən buradan səni.

Aşıq Abbas Tufarqanlı1 dəq
Ləzgi

Nə gözə! bir işdi, ya Reb, bu işe dayana ləzgi,Asa xəncərin, həmışə, o sayaq dolana ləzgİ.

Əliqulu Qəmküsar2 dəq
Ana dili

Bir gün əsir düşmüş bir qəhrəmanıSorğuya, suala çəkəndə cəllad,

Balaş Azəroğlu19701 dəq
Yad ağı gəzər

Səyyad olan seyrə çıxar səhraya,Ya tərlan axtarar, ya dağı gəzər.

Usta Abdulla1 dəq
Var

Əzəl başdan bu dünyanın,Xalq eyləyən ətası var.

Xəstə Qasım1 dəq
Təbriz səyahətinin icmalı, 4

Bəli, Mərənddən də çıxdıq. Sabahısı gün ikindi çağı Araz kənarına çatıb, ayağımızı üzəngidən çıxardıq. Bir nəfər qarşımızda dayanıb amiranə dedi:“Xan sizi çağırır!”

Zeynalabdin Marağayi8 dəq
Aşıq Nəsiblə Aşıq Heydərin deyişməsi (3)

Aşıq Heydər:Bu dünyada dərd görmüşəm,

Aşıq Heydər1 dəq
Millətpərəstlik zamanıdır

Hamı deyir camaatımız nadan və qafildir. Bəli qafildir. Həqiqətdə o qədər qafildir ki, xırda bala kimi öz xeyir və şərini belə qanmır.Hətta nadanlığın, korluğun verdiyi sərməstlik və sərsəmlik ilə çox vaxt öz əli ilə özünü kəsir, canına qəsd edir də yenə xeyiri olmur. Ələlxüsus, camaat hüququnun mühafizəsinə ən ziyada çalışacaq bu zamanda özlərinin qanını əmib soran, özlərinin səfalətinə bais olan zalım hakimlərə, fitnəkar pişvalara, düşməni-hürriyyət ağalara kömək edib zülm və istibdadın artmağına ən ziyada özləri səbəb olurlar da yenə fərqinə varmırlar. Amma bununla belə deyə bilməm ki, camaatımız həmiyyət, qeyrət və namusi-milliyyədən bütün-bütün məhrumdur.

Ömər Faiq Nemanzadə19067 dəq
Qəzəl: Nə ləbdir vəh nə ağızdır bu yarəb vəh nə sözdür bu

Nə ləbdir vəh nə ağızdır bu yarəb vəh nə sözdür buİraq olsun yaman gözdən nə mijgandır nə gözdür bu

Qövsi Təbrizi1 dəq
Qəzəl 2681

Asimanda sönməsə ulduz günəş taban olar?Göz yaşı tökməzsə göylər, sübh yeri xəndan olar?

Saib TəbriziQəzəl2 dəq
Qəsidə 13

Bağları sübh yeli, gör, nə müəttar eləyib,Xoş hava torpağı da müşkə bərabər eləyib.

Xaqani Şirvani1 dəq
Qəzəl 94

Qırmızı donda o qamətlə sən, ey huri üzar!Bir əlifsən kim, qızıl xətlə yazıb pərvərdigar.

Məhəmməd FüzuliQəzəl1 dəq
Cami-Cəm, fəsil 105

Mərhəmət göyləri ürəkdir, gerçək,Fani olan deyil, əbədi ürək.

Əvhədi MarağalıMəsnəvi3 dəq
İstifta

Bakı qəzetləri həzrət üləmadan soruşurlar ki, hal-hazırda Bakıdakı “kür” suyuna camaatın ehtiyacları var; aya bu su pakdırmı ki, camaat içə bilsin, yainki yox?Bu istiftaya belə cavab verilib: “Mövzuatı təşxis və təyin etməkdə üləmaya ehtiyac yoxdur: avamlarda təşxis edə bilərlər. Məəzalik… suyun üstündə açıq yer var, bilfərz, mütənəccis olubsa da, yağış vasitəsilə qətiyyən və yəqinən pak olub, heç bir şəkk və şübhə yeri yoxdur. Hər kəs istəsə, gedib təhqiq edə bilər”.

Cəlil Məmmədquluzadə4 dəq
Erenler bu dünyâya kılmaz nazar

Erenler bu dünyâya kılmaz nazarBunda aklı var gişi kılmaz karâr

Qazi Bürhanəddin1 dəq
Sirlər xəzinəsi, fəsil 60

Ey şair, sabahını uğurlu görsün aləm,Bu işdə bir dost kimi tutdu əlimdən qələm.

Nizami GəncəviMəsnəvi2 dəq