Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

İsi Məlikzadə198032 dəq
Sərməst yıxıldım genə meyxanələr içrə

Sərməst yıxıldım genə meyxanələr içrə,Oldum genə rüsva neçə fərzanələr içrə.

Əbülqasim NəbatiQəzəl1 dəq
Gəlginən

Salam göndərirəm sənə, Ələsgər,Qədəm qoyub bu məqamə gəlginən,

Aşıq Mirzə Bilal1 dəq
Yadıma düşdü

Dilbər ehtiramla, mərhəmət ilə,Yanıma gəldiyi yadıma düşdü.

Yəhya bəy Dilqəm1 dəq
Mürəbbə: Ey gözəllər şahı, şux-u nazənin

Ey gözəllər şahı, şux-u nazənin,Yetişib hökmün kül cahanə.

Vardanlı Mücrim Kərim1 dəq
Ha bular, bular

Səhər dost zülfünə şanə çəkəndə,Yayılar aləmə ha bular, bular.

Mücrüm Kərim1 dəq
Tarix

گوهری حمدی که باشد از جواهر آبدارنشر باشد بر فضای در که پرورد کار

Mirzə Nəsrullah bəy Didə4 dəq
Bağışlar

Yaxşı adam yaxşılığı itirməz,Əlin hörmətini ələ bağışlar.

Xəstə Bayraməli1 dəq
Tək-tək

Bu gecə ruvəmdə oldum pərişan,Yatışdı bir yerinə odasi tək-tək,

Molla Məhəmməd Səfili1 dəq
Oynaşır

Katiblərin şahı dəftər içindəQələm ilə nazik əllər oynaşır.

Aşıq Pəri1 dəq
Tarı bilsin, hicr bizar eyləyib candan məni

Tarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.

Əndəlib QaracadağiQəzəl1 dəq
Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə

Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!Mənə tərəhhüm elə, qoyma Natəvan, getmə!

Xurşidbanu NatəvanQəzəl1 dəq
Əbrvəş meh yüzüna zülf salandə sayə

Əbrvəş meh yüzüna zülf salandə sayə,Sanki, bir ay dutulub, şur düşür dünyayə.

Həsənəli xan QaradağiQəzəl1 dəq
Qurban mən olum

Gözəllər yola çıxandaYoluna qurban mən olum.

Aşıq Camal1 dəq
Gene bu tazə, könül mehri bir cavanə salıb

Genə bu tazə, könül mehri bir cavanə salıb,Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb.

Əbülhəsən RaciQəzəl1 dəq
Eşq zor eyləsə, ey dil sana, məğlub olsan

Eşq zor eyləsə, ey dil sana, məğlub olsan,Söyləmə batiləm əsla, de ki, həqqəm, həqqəm.

Mir Həmzə NigariQəzəl1 dəq
Qəzəl: Vəfa məğzi nə mümkündür ola hər baş arasında

Vəfa məğzi nə mümkündür ola hər baş arasında,Bu bir sərmayədir kim aşiqi-qəllaş arasında

Nişat Şirvani1 dəq
Məsalik əl-Mühsinin, müqəddimə

این تألیف محقر و مختصر را به محضر انور معارف‌پرور وزیر بینظیر و سیاسیدان صائب‌التدبیر، حضرت اجل اشرف حاجی میرزا علی‌اصغرخان امین‌السلطان۲، تقدیم نمودم تا نام نامی و عنوان گرامی آن ادیب وحید و سخنسنج یگانه به شرف معنی این کتاب و داد، و افتخار تاریخی مؤلف بیسواد او بیفزاید.امید که حسن توجه و لطف قبول خودشان را دریغ نفرمایند. حضرت اجل اشرف می‌دانند که بنده در ایران ملاک نیستم، وظیفه خور نمی‌باشم، حامل امتیاز و لقب نبوده‌ام، استدعا و تمنایی از احدی ننموده‌ام، در این صورت از تهمت متملقی و توبیخ مغرضی باک ندارم. مضامین کتاب بهترین دلیل بیغرضی و حقگویی تقدیم‌کننده، و کمال آزادی واستحقاق پذیرندهٔ معظم می‌باشد.

Əbdürrəhim Talıbov1 dəq
Qaradağ xanına

Otuz dəfə dad etmişəm sənə mənZahidlərə uymagilən ağa, sən.

Mir Möhsün Nəvvab1 dəq
Saqiya, mey ver ki mən meyxanədə küllənmişəm

Saqiya, mey ver ki mən meyxanədə küllənmişəm,Qəm hücumundan qaçıb bir küncdə gizlənmişəm.

Fatma xanım KəminəQəzəl1 dəq
Qurban olduğum

Gənə saldı məni eşq cünuna,Lalə üzarına qurban olduğum.

Mələkballı Qurban1 dəq
Gözlərimdən tökülür bu dili-müztər qanı

Gözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.

Mirzə Mehdi ŞükuhiQəzəl1 dəq
Kişilər

Biz almışıq arvad, alaq çəkməyə,Almamışıq zülfə daraq çəkməyə.

Əli Nəzmi2 dəq
Xoş olsun ol könül, eşqə məkandır

Xoş olsun ol könül, eşqə məkandır,Var olsun ol fikir, eşqə həyandır.

Mirzə Şəfi VazehQəzəl1 dəq
Olmuşam səhra-güzər bir Leyli sevdasında mən

Olmuşam səhra-güzər bir Leyli sevdasında mən,Gəşti-Məcnuna yetişdim eşq səhrasında mən.

Cahanşah HəqiqiQəzəl1 dəq
Ayrılıq

Mən saralıb sollam qərib ellərdə,Sözüm dastan olar bütün dillerdə,

Ümmügülsüm1 dəq
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtim

Bürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,

Mehdi bəy Şəqaqi1 dəq
Könlüm səni istər

Yüz gər mənə canan ola, könlüm səni istər,Yüz afəti-dövran ola, könlüm səni istər

Aşıq Saleh Şirvani2 dəq
Dözməzmi

Edən yar arzusunu möhnəti-əğyarə dözməzmi?Gülə aşiq olan bülbül cəfayi-xarə dözməzmi?

Ağa Hacı Molla Tağızadə1 dəq
Onun vəfatı tarixi

Söylədi tarixiniOna tapan bir ozan

Əli bəy Hüseynzadə1 dəq