Yoxdur

Kür qırağının əcəb seyrangahı var,Yaşılbaş sonası, hayıf ki, yoxdur!

Молла Панах Вагиф2 мин
Məcnun söyüd

Belində yağışlı payız günləri,Bulud göz yaşıyla yuyur şəhəri.

Балаш Азероглу8 мин
Dördüncü məclis

Vaqe olur şose yolunda, meşə içində iki döngə arasında. Camal bəy yoldaşları ilə gəlir... Xanımlar kişi-çərkəs libasında, çiyinlərində tüfəng.*Camal bəy**. Məsləhətimiz belə oldu: xanımlar əllərində uzun ağac, ucunda ağ dəsmal duracaqlar qəlbidə, yuxarıdan və aşağıdan gələn adamları işarə ilə sizə bildirəcəklər. Aşağı döngədə Cahangir və Xəlil, yuxarı döngədə İldırım, Bəkir. Gələnlərin yaraqlarını alıb, heç bir şeylərinə əl vurmayıb, yığacaqsınız bu meydana. Şahmar olacaq qasid, bir dəyə fit verdim. Şahmar gələcək yanıma, iki dəfədə Zinyət, üç dəfədə Səadət... Oğlanlarım, bismillah! Gedək! (Gedirlər.) Xanım, sən buyur o qəlbiyə. Səadət sən də bu qəlbiyə... (İşarə nə təhər olacaq, Camal bəy göstərir.) Bismillah! Gedək!

Наджаф-бек Везиров8 мин
Həsb-hal

Tesviri pürmelalımı mütləq gören zevatAnlar keçirtmişəm necə efsürdə bir həyat,

Алигулу Гамгюсар1 мин
Nə sağam indi

Nə kəmtale oldum mən bəxtiqara,Eyləyirsən mənə nə sağı indi.

Уста Абдулла1 мин
Qatil uşaq

Otuz-qırx il bundan əvvəl, bəlkə indi də Azərbaycanın çox yerlərində müsəlman əkinçiləri arasında xeyli təəccüblü, hər kəsin nəzərini özünə cəlb edən və əkinçilik sənətinə əsla yaraşmayan bir hal vardı. O da əkinçilərimizin öz zəhmətilə becərilmiş taxılı biçməkdə aciz qalaraq, iranlı biçinçilərinə möhtac olmaqları idi.Yayın isti günləri idi. İran biçinçiləri əyinlərində çındır paltar, ayaqlarında çarıq, qabarlı əllərində oraq, arxalarında mitil yorğan, Araz çayını keçərək, Azərbaycana sel kimi axırdı. Bu zəhmətkeşlər arasında başı əmmaməli və qurşaqlı, boynuyoğun seyid dəstəsi də görünürdü. Zənn olunmasın ki, bu müftəxorlar da Azərbaycana iş aramağa gəlirdilər. Xeyr, onlar xırmənləri gəzib: «Cəddimin payını ver», deyə kəndlilərdən «seyid verkisi» tələb edirdilər. Dini və adəti – mövhumata qərq olmuş sadədil məzlum kəndlilər, hər bir verkidən əvvəl bu müftəxorların torbalarını doldurardılar və heç biri cür’ət edib onların tələbini rədd edə bilməzdi.

Сулейман Сани Ахундов9 мин
Yoxdu

Ay qəsrdə duran gözəl,Niyə təksən, elin yoxdu?

Хесте Касум1 мин
Fürsət az, ehtiyac böyük

İki-üç ay əvvələ qədər hər kəsin ürəyində müfti və şeyxülislam cənablarına qarşı bir narazılıq, hətta bir hiddət vardı. Camaat deyirdi ki, 6-7 milyon böyük bir kütlənin rəisləri millətlər fəlakətinə qarşı göz yumurlar. Daha doğrusu, yalnız düşüncələrindən, qorxaqlıqlarından, ürəksizliklərindən qəsdlə görməməzlik, eşitməməzlik edirlər. Deyirlərdi ki, müfti və şeyxülislam Tatyana ianə cəmiyyətinin Tiflisdəki şöbəsinin üzvləri olub hər həftə sərdar sarayındakı məclisdə bulunduqları halda müsəlmanlara bir xeyirləri toxunmur.Deyirlərdi ki, bu qədər böyük bir camaatın rəisləri əgər istəsələr nələr eləməzlər, nələr tapmazlar?

Омар Фаик Неманзаде19153 мин
Ona dedim: La İlahə İlləllah

O dünyada stirükafir əkildi,Misqal- misqal badyalara töküldü,

Ашуг Гейдар1 мин
Beşinci pərdə

Səkkizinci şəkilXalçalar döşənmiş böyük çəmənlik. Bir tərəfində çay dəsgahı, o biri tərəfdə kabab bişir. Uzaqdan gülmək, oxumaq, tar, kamança səsi gəlir. Kolxozun məhsul bayramıdır. Təzə paltar geyinmiş kolxozçular çəmənlikdə gəzişirlər. Musa və Zalxa səhnədədirlər.*

Сабит Рахман8 мин
Кыта 9

شاها همه شاهان را شاهی به هنرمندیبنیاد شهنشاهی محکم تو درافکندی

Фелеки Ширвани1 мин
Düşdü

Başım üstdən bulud keçdi,Göz yaşı çəmənə düşdü.

Ашуг Басти1 мин
Dönməz

Bir gözələ gözüm düşdü,Mən dönərəm, könül dönməz.

Молла Джума1 мин
Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs

Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:

Фиридун-бек Кочарлинский192521 мин
Eyləyir

Bozmolladan baxdım dağlar başına,Gördüm bulud göydə fəqan eyləyir.

Ашуг Муса1 мин
Aşıq Valehlə aşıq Mahmudun 3-cü deyişməsi

Üçüncü deyişmə*Aşıq Mahmud

Ашуг Валех1 мин
Yoxdu, yox

Ağa, şikayətim var qulluğuna,Zərrəcə sözümdə yalan yoxdu, yox.

Агдабанлы Гурбан1 мин
Çarlığa qarşı mücadilə yarım yüzil öncə

Qafqazın bir parçasını təşkil edən məmləkətin - Azərbaycanın Rusiyaimperatorluğu tərəfindən istilasından yüz ilə yaxın bir zaman keçirdi. Bu dövr

Мамед Эмин Расулзаде195414 мин
Səbah

Sübh tülu eylər, çıxmaz aftab,Nədəndir açılmaz bu qara səbah,

Безымянные народные поэты1 мин
Ağalar

O xaliq ki, girdə edib mazını,Alınımaza yazıb qara yazını,

Мирза Али Моджуз2 мин
Qəzəl: Sübhdəm gülzar içində çaldı bülbül ərğənun

Sübhdəm gülzar içində çaldı bülbül ərğənun,Əyyuhəl-uşşaq qum, və innəkum la təsməun

Ковси Табризи1 мин
Saray ehsanı

Atabəylər meydanında qələbəlik başlamışdı. Şəhər əhli və yaxın kəndlərin adamları dəstə-dəstə axışıb gəlmişdi. Qoşun dəstələrinin əsgərlərindən xüsusi mühafizlər olmasaydı şəhristanın darvazalarında qarışqa kimi qaynaşan camaatın qarşısını saxlamaq olmazdı.Xüsusi atlı qulamlar küçələrdə car çəkirdilər ki, asayişi pozmayın belə əziz gündə. Möminə xatun abidəsinin açılış günündə, Eldəgəzlər xanədanının ünvanına xüsusi xütbələr oxunacaq gündə, sarayın verəcəyi ümumşəhər ehsanı günündə şuluqluq salmayın, məscidlər də gedib dua oxuyun, allaha ibadət edin, günorta namazından sonra ehsana təşrif gətirib təam alın... Onu da bilin ki, Möminə xatun abidəsinin açılışına başqa yerlərdən də qonaqlar dəvət olunublar: Qaraxitaydan, Şirvandan, Xarəzmdən... gələnlər var. Atabəy Cahan Pəhləvanla səmimi dostluq edən Xarəzmşah Təkiş də gəlmişdir... Hətta xilafətin nümayəndəsi də bugünkü mərasimdə iştirak etmək üçün Bağdaddan Həmədana, Həmədandan da hökmdara, Qızıl Arslanla vəliəhdlərlə birlikdə Naxçıvana təşrif gətirmişdir...

Гусейн Ибрагимов9 мин
Can sağ ikən yurd vermənih düşmana

Əhli-İslam olan eşitsin, bilsin,Can sağ ikən yurd verməniz düşmana.

Ашуг Шенлик1 мин
Reyhan ilə deyişmə

Reyhan*İki aşıq bir meydanda tapılsa,

Ашуг Гусейн Шамкирли1 мин
Gözlərinin giləsinə

İgid olsa elə arxa,Can sadağa beləsinə.

Аг Ашуг Аллахверди1 мин
Ah kim, gör neylədi bu gərdişi-dövran bu gün

Ah kim, gör neylədi bu gərdişi-dövran bu gün,Eylədi bir növcavanı xak ilə yeksan bu gün.

Молла Вели Видади1 мин
Bir səhər piri-muğani çün ziyarət eylədim

Bir səhər piri-muğani çün ziyarət eylədim,Ayağında baş qodum, çox-çox ibadət eylədim.

ХабибиГазель1 мин
Doldu gözüm qubari-səri-kuyi-yardən

Doldu gözüm qubari-səri-kuyi-yardən,Gör, gör nələr yetişdi bana ruzigardən.

Садык-бек АфшарГазель1 мин
Dağların qəlbi

Nuxadan yuxarılara, dağlara doğru dırmaşdıqca quru və ya çəmən yerlər azalır, meşəlik, cəngəllik çoxalır.Qafqaz dağlarının cənuba sallanıb gələn ətəklərində hər qarış yer yaşıllıq, kolluq, ağaclıqdır. Göyün vüsətini yerə, yerin qüdrətini göyə göstərən zümrüd gözlü şamlar baş-başa verir, günəşdən nur, torpaqdan qürur alır, ətrafa sağlamlıq yayırlar. Ağaclar, otlar arasından, hər addımda sağa-sola burulan nazik cığırlar içindən həzin bir şırıltı eşidirsiniz. Əvvəlcə göyə baxır, ağac başında hansı bir quşun səsləndiyini güman edirsiniz. Diqqətlə fikir verəndə kollar altından bulaq suyunun işıldadığını, şırıldadığını görürsünüz. Bu sular nə qədər təmiz, duru, nə qədər də sərin olur! Buralarda elə kənd olmaz ki, bu cür bulaqları ilə fəxr eləməsin, elə kəndli olmaz ki, yayın istisində, beşdə-üçdə bir, işini qurtarandan sonra uşaqlarını başına yığıb bu yerlərə dincəlməyə, süfrə açmağa, kabab yeməyə gəlməsin.

Мир Джалал Пашаев9 мин
İbrahim bəyin işinin sonu və təəssübkeşliyinin nəticəsi, 3

سکینه را صدا کرده حال محبوبه را پرسیدم.گفت: «دختران آن‌جایند. مفصل گریه می‌کند، هر قدر سخنان تسلیت‌آمیز می‌گویند ساکت نمی‌شود؛ با حیرت نگاه می‌کند، جواب نمی‌دهد.» وقت شام همه رفتند مگر رفیقهٔ اصلی که دوست صادق و محبهٔ محبوبه بود ماند.

Зейн-оль-Абедин Мерагеи19 мин