Произведения
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Gecə saat birin yarısı yuxarı məhlənin yeganə fəxri olan yeni tramvaydan enib 6-cı Təzəpir küçəsilə evə gedirdim. Bir-iki gün əvvəl yağış olduğundan küçə bərk mordov idi. Buna görə də çəkmələrimi almışdım əlimə, corablarımı da atmışdım çiynimə, balaqlarımı da çırmalamışdım dizdən yuxarı. Lakin içərisində sərçə hoppandığım yer daş çıxmayanda mordov sıçrayıb yar-yaxama çırpılırdı. Varatnığım- maratnığım çamur içində idi. Böyük Səlyan küçəsinə bir azca qalmışdı. Uzaqdan qabağımda bir qaraltı gördüm, qorxdum. Kimdir? – deyə uzaqdan qışqırdım ki, iş o yan-bu yan olsa, əkilə bilim.– Mənəm, ay qardaş, Hər kimsən, yaxın gəl, mənə kömək elə...
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Касыда 13عاقل از کار بزرگی طلبیدتکیه بر بیهده گفتار نداشت
Birinci kitab, birinci hissə1**Bir-iki dəqiqə keçmədən qapı bir az aralandı.
QayıtmaSəni xatırlaram ömrün başında,Barmağın son dəfə dəyəndə simə.
Biz həqiqətə gülürük, həqiqət bizə ağlayırHəqiqəti görürüz biz xəyal şəklində,Hidayəti oxuruz həp zəlal şəklində.
Xüsusi qeydlər“Təmsilat” və “Yeni əlifba” kitabçasını bağışladığım adamların siyahısı. Bu barədə ərizə verməyimin şərhi də burada qeyd edilmişdir.1863-cü il 8 iyul tarixində Batum qəsəbəsində Lazıstan sancağının qaimməqamı Osman Şövqi əfəndiyə “Təmsilat”dan bir cild və “Yeni əlifba”dan da bir nüsxə hədiyyə verdim.
DəvətDƏVƏTBir zaman sonra, Məkkədə geniş bir yol, uzaqda qara örtülü Kə’bə... Yol kənarında bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonar. Dükanın önündə dəxi satış için bir qaç danə hazır büt qonulmuş... Qarşıda gözəl yapılı, böyük qapılı bir ev gözə çarpar. Evdən ud səsi eşidilir.
İnsan şəkliMənə bir sərgi salonu verin!Nə geniş olsun dünya qədər,
SurətpərəstəmBir şeir qoşmuşam dillərdə gəzir,Uçub oba-oba ellərdə gəzir.
Nə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdirNə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdir,Qaşınlan qamətin şəkli mənə mehrabü mənbərdir.
Отдельное стихотворение 3ندانم از چه به هرجا که لفظ کار آیدردیف آن را فی الفور لفظ بار کنند
Тюркское стихотворение 27نه ظریف بیر گلین عزیزه سنیمنه لایق تاری یاراتمیشدی !
Mən dənizəm...Mən qartalam,Qartal zirvələr gəzər.
Газель 103طریق مدرسه و رسم خانقاه مپرسز راه رسم گذر کن طریق و راه مپرس
Gözəlliyə səyahətMöhtəşəm görünür qarlı Dəli dağ –Qartallar qalası, çoban oylağı.
Şamaxıdan (müxbir məktubları)(Müxbir məktubları)1
Ekran qaralanda...– Qurtardı bugünkü verilişlərimizDinləyin sabahın proqramını. ...
Ac həriflərMəzhəkə bir məclisdəƏşxas
Qədim BakıQaçmayır irəli,qaçamaz!
İyirmi doqquzuncu fəsilMüharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.
SəriyyəBiz bir ilə yaxın idi ki, evlənmişdik. Mən yol texnikumunu qurtaran kimi də toyumuz olmuşdu. Baş yollar idarəsində mühəndis olan ərim Adil hər gün səhər saat doqquz tamama on dəqiqə qalmış işinə gedər, mən də bazardan ayın-oyun alıb gətirər, biş-düş edərdim. Dörd ay bundan qabaq bizə üçotaqlı təzə mənzil vermişdilər. O zaman mən otaqları gəzərək:– Ay Adil, – deyə zarafat eləmişdim, – biz bu boyda evlərə nə qoyacayıq?
SayalanıbdırNəzakət vaxtında, xublar çağında,Gördüm yar yanağı sayalanıbdır.
İndiİki şəş fasildə tifli-pistanam,Altıda yox atam, nə də anam indi.
Arxiv şeirləriSən mənim qədrimi biləsən deyə,*Bu cavan yaşımda ölümmü indi?*
Qara gözlərI**Qərargah, top mərmilərinin xarabaya döndərdiyi kiçik bir Ukrayna kəndində idi. Səhərdən bəri aramsız atılan güllələr vıyıltı ilə uçuşaraq harada isə yerə düşür, kim bilir, bəlkə də insan ətinə dəyir, gurultu ilə başladığı halda inilti ilə qurtarırdı.
Kürə baxdımKürə baxdım, axır yavaş-yavaş,Artırmadan sürətini.
Xatirə yarpaqlarıTəsəlli tapıram xatirələrdəXatirə sözündən üşənirəm həm.
Hərb bitəcəkVaxt keçəcək, dövr ötəcək,Qan-qadalı hərb bitəcək,
XitabО чернь Тавриза, о поток гнетущий городской!Как злобен город, как жесток! Откуда край такой?