Xaqani Şirvani
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Gəncliyim qüssədə, ələmdə keçdi,Günlərim, bilirsən, nə qəmdə keçdi.
Qəzəl 159Parlaq üzü qarşısında yox Aya məhəl qoyan,Zülfü ətir saçdığından tapılmadı müşk alan.
Qitə 56Xaqaniyəm, yer üzünə yayılmışdır şöhrətim;Bu aləmdən xilas olmaq hikmətimdir, hikmətim.
Rübai 74Ahım üfüqləri tutmuş sərasər,Ahımdan dumana bürünmüş göylər.
Qitə 182Kimse söz atdı ki, Xaqani artıq,Yaraşmır saraya, böyük xaqana.
Qitə 226Şahların sarayı bir dənizdir ki,Orada sədəf yox, yüz min nəhəng var.
Qəzəl 49Müşkə oxşar saçlarından meh ərməğan göndər bizə!Başı bağlı bir tükünü, yar, həvadan göndər bizə!
Qəzəl 201Səhər açıldı, gözəl, şişə aç, gətir badə!Günəş kimi mənə sən badə ver bu dünyadə.
Qəzəl 298Sənə nə etmişəm, nigar ki, adlanım bietibar?Yolunda mən gözəllərin sevdasından oldum kənar.
Qəsidə 76Qəlbə təsir etsə əgər qüssə, qəm,Odlu göz yaşları yağdırar o dəm.
Qəsidə 170Sırf yalandır qəlbi əyri kəslərin dil əzbəri,Fitnə əhli onların olmuş hər işdə rəhbəri.
Rübai 194Fələk Xaqanini buladı qana,Ayımı bürüdü qatı dumana.
Rübai 202Ey könül, qızıldan qədəh istəməm,Saxsı piyalə ver, yox olsun bu qəm.
Rübai 324Ömrüm hədər getdi, çatmadım kama,Köməksiz düşmədi işim nizama.
Qitə 79Ey Xaqani, könül vermə bu dövranın dovrünə,Dövran yalnız bir həftədir, həftə özü yox fəqət.
Qitə 112سپید کار سیه دل سپهر سبز نمایکبود سینه و سرخ اشک و زرد رویم کرد
Qəzəl 5Sənin kuyində bitmiş xar mənimçün tazə süsəndir,O zülfün hər teli yurdsuz qalan bu qəlbə məskəndir.
Qəzəl 54Gecələr şam kimi yanır xəyalın,Can bağın bəzəyir sənin cəmalın!
Qəzəl 160Qan içməkdən başqa bir şey cananlardan gözləmə,Vəfasızdan vəfadarlıq heç bir zaman gözləmə!
Qəzəl 341Ya vəslin üçün nişan gərəkdir,Ya dərdimə son qoyan gərəkdir.
Rübai 21Xaqani, rahatlıq yoxdur dünyada,Fələklə vuruşan çatmaz murada.
Rübai 55Hüsnüntək nur yoxdur Ayda, doğrusu,Səni sevənlərin gəlməz yuxusu.
Rübai 168Xaqani, uzaqlaş namərd adamdan,Həmişə mərdlərin yanında dolan!
Rübai 278Xaqani, kim sənə eyləsə sitəm,Sən ona yaxşılıq elə dəmadəm.
Rübai 323Ey tərsa gözəli, ol mənə qəmxar,Hər bir kəlisada səni sevən var.
Qitə 177Fəzilət, Xaqani, baş ağrısıdır,Həmişə dərdlidir fazil adamlar.
Qitə 183Fələk yaxşı bilir: nəzmü nəsrdə,Mənimtək dünyada yoxdur bir nəfər.
Qitə 193Xaqani, haqqlısan nalə etməkdə,Çünki, yoxdur sənin dostun, aşinan.
Qitə 274İki aləmdə bir iş var ki, bizlər qəmdən azadıq,Könül, əylən səhər vaxtı, iki aləmdən azadıq.
Qəzəl 56Biz qəmə öyrənmişik, ey dost, göndər qəm bizə,Qüssədən bir töhfən olsa, yolla sən hər dəm bizə.