Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarında

Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarında,Və ya ənbər saçılmış yari-siminbər kənarında.

Əbdülxalıq YusifQəzəl1 dəq
Seyr edin, gərdəni minaya baxın

Seyr edin, gərdəni minaya baxın,Sərimi saldı nə sevdaya baxın.

Heyran xanımQəzəl1 dəq
Zülfün kimi qaraldı könül dudi-ah ilə

Zülfün kimi qaraldı könül dudi-ah ilə,Eşqində iddia edərəm bu güvah ilə.

Bahar ŞirvaniQəzəl1 dəq
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər

Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.

İzzəddin HəsənoğluQəzəl1 dəq
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanı

Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?

Mirzə Məhəmməd Tağı QumriQəzəl1 dəq
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet

Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.

Mir Möhsün NəvvabQəzəl1 dəq
Talıb bəy Vəzirova

Ayırdın mənə, Talib, ki, əzən xub oldun,Nəzəri-mərhəmətü lütfilə mərğub oldun.

Məhəmməd bəy AşiqQəzəl1 dəq
Sərü hər muydə min aşiqi nalanın var

Sərü hər muydə min aşiqi nalanın var,Məgər ey şux nə bir cismdə min canın var.

Mirzə Ələkbər SabirQəzəl1 dəq
Könül, cahanda qəmi-hicri-yarə səbr eylə

Könül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.

Ağadadaş SürəyyaQəzəl1 dəq
Qamətin tək boy atıb sərv xuraman olmaz

Qamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.

Mirzə Həsən Yüzbaşov-QarabağiQəzəl1 dəq
Öz ıxtıyarımı mən vermışəm nıgar əlinə

Öz ıxtıyarımı mən vermışəm nıgar əlinə,Yetibdi faili-müxtarın ixtiyar əlinə.

Hacı Rza SərrafQəzəl1 dəq
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə

Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.

Mirzə Ələsgər NövrəsQəzəl1 dəq
Nə qədər kim, fələyin sabitü səyyarəsi var

Nə qədər kim, fələyin sabitü səyyarəsi var,Ol qədər sinədə qəmzən oxunun yarəsi var.

Mirzə Şəfi VazehQəzəl1 dəq
Verəli dil o qarə tellərə naşad olubam

Verəli dil o qarə tellərə naşad olubam,Qanlı yaş cari edib, qəmlərə mötad olubam.

Hacı ağa Fəqir OrdubadiQəzəl1 dəq
Yoxdur aləmdə bir aşiq kim, ola kami rəva

Yoxdur aləmdə bir aşiq kim, ola kami rəva,Gər olub, aşiq degil, aşiqdir kami narəva.

Nəcəfqulu bəy ŞeydaQəzəl19271 dəq
Yetişdi cana konul, ey nigar, rəhm eylə

Yetişdi cana konul, ey nigar, rəhm eylə,Qalıb yolunda gozum intizar, rəhm eylə!

Mir Mehdi XəzaniQəzəl1 dəq
Boynuma kakilin, ey şux, kəmənd eyləmisən

Boynuma kakilin, ey şux, kəmənd eyləmisən,Bir uzun fikrə mənim başımı bənd eyləmisən.

Mirzə Əli LəliQəzəl1 dəq
Tufana

Biydad! Çərxi-gərdun saldı bizi əmanə,Sənsiz dönübdü ey gül, gözüm yaşı tufanə.

Mücrüm KərimQəzəl1 dəq
Gözlərimdən tökülür bu dili-müztər qanı

Gözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.

Mirzə Mehdi ŞükuhiQəzəl1 dəq
Tarı bilsin, hicr bizar eyləyib candan məni

Tarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.

Əndəlib QaracadağiQəzəl1 dəq
Deyin o yara, edir aşiqin səfər, gəlsin

Deyin o yara, edir aşiqin səfər, gəlsin,Şikənci-əqrəb ara gizlədib qəmər, gəlsin.

Məşədi Əyyub BakiQəzəl1 dəq
Möhnətindən daima halım pərişandır, fələk

Möhnətindən daima halım pərişandır, fələk!Dəmbədəm aləm ləbindən içdiyim qandır, fələk!

Kazım ağa SalikQəzəl1 dəq
İçində

Sən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.

Sədi Sani QarabağiQəzəl1 dəq
Hər bağın, hər bağçanın bir bülbüli-şeydası var

Hər bağın, hər bağçanın bir bülbüli-şeydası var,Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var.

Səməd VurğunQəzəl1 dəq
Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlir

Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlirQış günləri yaza döndü şirin dil xoş zəban gəlir.

Molla CüməQəzəl1 dəq
Bir bikəsi-zarəm, vətənimdə vətənim yox

Bir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!

Məmo bəy MəmaiQəzəl1 dəq
Get!

Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.

Hüseyn CavidQəzəl1 dəq
Bilin, bu dəhri-dünyada hərə bir növ cəlal istər

Bilin, bu dəhri-dünyada hərə bir növ calal istər,Kimi talibdi üqbaya, kimi dünyada mal istər.

Aşıq ƏləsgərQəzəl1 dəq
Dəyən bülbül pərinə daima gülzarsız qalsın

Dəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.

Fazil xan ŞeydaQəzəl1 dəq
Əfsus ki, yarım gecə gəldi, gecə getdi

Əfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.

Ağabəyim ağaQəzəl1 dəq