Fuzuli: Safavid era
Bəs ki, zə’fi-ruzədən hər gün bulur təğyiri-hal,Olacaqdır eyd üçün mahi-təmamim bir hilal.
Bəzmi-eşq içrə şərabımdır sirişki-laləgunBəzmi-eşq içrə şərabımdır sirişki-laləgun,Qıldı qəm, qəddim büküb, cami-şərabım sərnigun.
Bir qul oğılani könül mülkünə sultan etdimBir qul oğılani könül mülkünə sultan etdim,Misr idi, padişəhin Yusifi-Kən’an etdim.
Canə basdım qönçəvəş peykanını, ey tazə gülCanə basdım qönçəvəş peykanını, ey tazə gül,Dözmək içün hicrinə düzdüm dəmirdən bir könül.
Canlar verib, sənin kimi cananə yetmişəmCanlar verib, sənin kimi cananə yetmişəm,Rəhm eylə kim, yetincə sənə canə yetmişəm.
Can verir rayiheyi-türbəti-pakin, ey takCan verir rayiheyi-türbəti-pakin, ey tak,Nəvvər-Əllahu ləkəl-əzrə, səq-Əllahu sərak.
Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daşCismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş!Ehtiyat et, yanmasın nagəh quru odunda yaş.
Çərx hər ay başına salmış qaşından bir xəyalÇərx hər ay başına salmış qaşından bir xəyal,Bu cəhətdəndir hər ay başında olmaq bir hilal.
Demiş hər qönçəyə aşiqligim razın səba derlərDemiş hər qönçəyə aşiqligim razın səba derlər,El ağızın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər.
Ey könül, çox seyr qılma, günbədi-dəvvar təkEy könül, çox seyr qılma, günbədi-dəvvar tək,Sakin olmaq seyrdən yey, nöqteyi-pərgar tək.
Ey məh, mənimlə dustlərim düşmən eylədinEy məh, mənimlə dustlərim düşmən eylədin,Düşmən həm eyləməz bu işi kim, sən eylədin.
Ey xədəngi-qəminə sineyi-əhbab hədəfEy xədəngi-qəminə sineyi-əhbab hədəf,Müntəzir xəncəri-müjganinə canlar səf-səf.
Əksi-rüxsarın ilə oldu müzəyyən miratƏksi-rüxsarın ilə oldu müzəyyən mir’at,Bədəni-mürdəyə feyzi-nəzərin verdi həyat.
Faş qıldın qəmim, ey dideyi-xunbar, mənimFaş qıldın qəmim, ey dideyi-xunbar, mənim!Eylədin mərdümə nəm olduğun izhar mənim.
Gəl, ey rahət sanan əsbab cəmin, qılma nadanlıqGəl, ey rahət sanan əsbab cəm’in, qılma nadanlıq,Təriqi-fəqr tut kim, fəqr imiş aləmdə sultanlıq.
Gərmdir şamü səhər mehrinlə çərxi-lacivərdGərmdir şamü səhər mehrinlə çərxi-lacivərd,Gəh sirişki-al edər izharü gəh rüxsari-zərd.
Hiç sünbül sünbüli-zülfün kimi mişkin degilHiç sünbül sünbüli-zülfün kimi mişkin degil,Nafeyi-Çini saçın tək derlər, əmma çin degil.
Hər hübabi-əşkimə bir əks salmış peykərimHər hübabi-əşkimə bir əks salmış peykərim,Şahi-mülki-möhnətəm, tutmuş cahani ləşkərim.
Həzər qıl ah odundan, cövrünü üşşaqə az eyləHəzər qıl ah odundan, cövrünü üşşaqə az eylə,Xəsü xaşaki yaqma, şö’ləsindən ehtiraz eylə!
Hübabi-əşki-xunin cismimi eldən nihan etmişHübabi-əşki-xunin cismimi eldən nihan etmiş,Qəmi-eşqin məni-rüsvayi binamü nişan etmiş.
Xəlqə ağızın sirrini hər dəm qılır izhar sözXəlqə ağızın sirrini hər dəm qılır izhar söz,Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.
Xəlqə xublardan vüsali-rahətəfzadır qərəzXəlqə xublardan vüsali-rahətəfzadır qərəz,Aşiqə ancaq təsərrüfsüz təmaşadır qərəz.
Xəm qədilə ağılaram ol türreyi-tərrarsızXəm qədilə ağılaram ol türreyi-tərrarsız,Gərçi derlər çəngdən çıxmaz tərənnüm tarsız.
Xoş ol zaman ki, hərimi-vüsalə məhrəm idimXoş ol zaman ki, hərimi-vüsalə məhrəm idim,Nə mübtəlayi-bəla, müğəyyədi-ğəm idim.
Tags are assigned automatically from keywords and refined by editors.