Məhəmməd Füzuli: Eşq
Qoy cəfanı mən çəkim, olsun vəfa dildar ilə,Yaxşıdır dünyada hər kəs zövq edə bir kar ilə.
Qəzəl 141Məşşatə o qıvrım saçın hörüyünü ələ aldıqda,Əlinin qısqanclığından Çində nafənin qarnı sancılanar.
Qəzəl 144Bu möhnətxanədə aqil olanlar xaniman tutmaz,Ədəm mülkündən özgə mülkdə qalmaz, məkan tutmaz.
Qəzəl 146Möhtaci-vüsalın, gözəlim, söylə kim olmaz?Müştaqi-camalın, gözəlim, söylə kim olmaz?
Qəzəl 148Deyil hübab o kim, göz yaşımda oldu əyan,Ayağı əşkimin olmuş qabar dolanmaqdan.
Qəzəl 149Bəzək vaxtı baxarsa güzgüyə gül üzlü ol canan,Görər kirpiklərindən güzgünün köksündə yüz peykan.
Qəzəl 150Salmasın Tanrı məni ol sərv boylumdan cida,Ayrılıq göstərməsin eşq əhlinə hərgiz xuda.
Qəzəl 151Şövqi-ləlin könlümü hər ləhzə pürxun eyləyər,Surəti-halım ürək qanı digərgün eyləyər.
Qəzəl 153Qəsd eləyib canımıza, aşiqə etməyin cəfa.Eyləməyin cəfa əgər etməsəniz də siz vəfa.
Qəzəl 154“Bağrı qan olma” deyən, könlüm necə qan olmasın?Bir könül varmı, gözəl, zülfünlə al qan olmasın?
Qəzəl 155Yar kuyində çəkir bəxtim məni biixtiyar,İxtiyarım qalmayır, halım olur çox biqərar.
Qəzəl 157Zülmündən, ey sənəm, dolub ahimlə asiman,Bilməm nə zülmdür göyə qalxır zaman-zaman.
Qəzəl 158Ol qələm kim, nəqş edib surətləri, ey dilrüba,Ayrılıq tərhin töküb, çəkmiş məni səndən cida.
Qəzəl 160Var bu sinəmdə oxundan yüz yara hər dəm mənim,Sineyi-çakim olub sanki dəmirdən cövşənim.
Qəzəl 161Qanlı göz yaşım sübut eylər, ciyər pürxun olub,Bir deyən yoxdur nədən könlüm belə məhzun olub.
Qəzəl 162Gecə xatırlamayır dərdimi bəzmində nədən,Necə xəlvətdi o yer, gəlməyirəm xatirə mən.
Qəzəl 164Çıxsa can qaytarar ətrin, gözəlim, can bədənə,Ölünü zövqi-kəlamın gətirər nitqə yenə.
Qəzəl 165Həmmam ilə ənis dünən nazlı yar olub,Hər tük tənimdə bir müjeyi-əşkbar olub.
Qəzəl 167Sərv boylum sayə salsa başıma gər bir kərə,Saxlaram daim başımda, qoymaram düşsün yerə.
Qəzəl 168Ayinədə əksim özümə bir nəzər etdi,Əhvalımı göz yaşı töküb didə tər etdi.
Qəzəl 169Könlümün gözləri yar nərgisinə saldı nəzər,Yox təəccüb, qarə bəxtim mənə vermirsə səmər.
Qəzəl 171Ayüzlüm hər kəsə ləli-ləbindən kam vermişdir,Mənə kam istəyəndə hər zaman düşnam vermişdir.
Qəzəl 172Yar üçün yar gərək təneyi-əğyar çəkə,Cövri-əğyari gərək, şübhəsiz, hər yar çəkə.
Qəzəl 173Aşiqi-sadiqdə aşiqçün gərək pərva ola,Ta ki, nə dərdin aça aşiq, nə o rüsva ola.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.