Təbiət və bahar
Gəldi gül gülzarə, ömründə ona kam olmadı,Yüz tikan gördü yanında, canı aram olmadı.
Qəzəl 84Güldən almış ziynəti ol türfə dəstarın sənin,Hər yana saçmış qığılcım odlu rüxsarın sənin.
Qəzəl 86Qoy bu gülşəndə mənə gül üzlülər yar olmasın,Çünki bir gül yoxdur ətrafında yüz xar olmasın.
Qəzəl 88Vüsalın zövqünə kölgən sənin hər ləhzə mayildir,Nə fayda, bu səadətdən özü biçarə qafildir.
Qəzəl 89Könül xaki-rəhinlə birləşib, kuyin məkan etmiş,Iki üftadəni bu hal necə gör mehriban etmiş.
Qəzəl 92Lalə qəlbin yaxıb eşqin, onu sevdaya salıb,Əridib şəmi məhəbbət odu, qovğayə salıb.
Qəzəl 93Cəfadır aşiqə, kəmmərhəmət olarsa nigar,Düşün məni nə qədər incidirsən, ey dildar!
Qəzəl 94Qırmızı donda o qamətlə sən, ey huri üzar!Bir əlifsən kim, qızıl xətlə yazıb pərvərdigar.
Qəzəl 98Cismim içrə təkcə bu yüz zəxmi-bidərman deyil,Mən kimi yüz dağı var, kölgəm də biəfğan deyil.
Qəzəl 104İşim qəmində yenə çeşmi-əşkbarə düşüb,Gözün də indi işi qəlbi-dağidarə düşüb.
Qəzəl 114Şöhrətim artdıqca eşqimdə, adın şöhrət tapar,Etibarım getsə əldən, sən taparsan etibar.
Qəzəl 118Dil açıb şəm elədi arizi-dildar ilə bəhs,Tez tutuldu dili, qəhrindən edər yar ilə bəhs.
Qəzəl 127Açar düyünlərimi açsa bəlkə naleyi-zar,Açılsa nalə yolu, işdən hər düyün açılar.
Qəzəl 128Vəslin mənə novruz, gecəsi oldu müyəssər,Sanki o gecəm gündüz ilə oldu bərabər.
Qəzəl 129Zənn qılma gözlərimdən ləxtə-ləxtə qan damar,Vurduğun oxlar yerindən qanım, ey canan, damar.
Qəzəl 132Qətlimə xəncərlə qəsd etdi o türki-tündxu,Odlanırdım mən ətəşdən, mərhəmətlə verdi su.
Qəzəl 135O məhrudən mənə nə lütf vardır, nə kərəm vardır,Odur ki, xəstə könlümdə mənim min dərdü qəm vardır.
Qəzəl 139Könlümün cövr təmənnası var ol bədxudən,Yenə könlüm bu təmənnadadır ol ahudən.
Qəzəl 141Məşşatə o qıvrım saçın hörüyünü ələ aldıqda,Əlinin qısqanclığından Çində nafənin qarnı sancılanar.
Qəzəl 143Mən kiməm ki, sənin kuyin mənə məskən olsun?Kuyinin torpağı hər ləhzə mənim nəzərimdə olsun?
Qəzəl 147Şəbi –hicran xəyalın etdi xəlvətxanəmi rövşən,Xəyalın şəmi dildə yüz çırağa oldu pərtövzən.
Qəzəl 148Deyil hübab o kim, göz yaşımda oldu əyan,Ayağı əşkimin olmuş qabar dolanmaqdan.
Qəzəl 156Qalmadı qəlbimdə bir insanla söhbətçün həvəs,Məncə, bu dövranda bir həmsöhbət axtarmaq əbəs.
Qəzəl 157Zülmündən, ey sənəm, dolub ahimlə asiman,Bilməm nə zülmdür göyə qalxır zaman-zaman.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.